|
|
 |
 |
 |
 |
[ Sayta qoyulub: 03:04 24.12.2009 ] Oxunub: 376
Bu gün Azərbaycan Prezidentinin doğum günüdür
 Aqil Ələsgər və “Yeni Çağ” Analitik Informasiya Agentliyinin kollektivi İlham Heydəroğlunu doğum günü münasibəti ilə təbrik edir və işıqlı Azərbaycanımıza Böyük Qələbə qazandırmasını arzu edirik! İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 21:57 30.11.2009 ] Oxunub: 260
Çar II Nikolay ölümündən sonra Rusiya Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilib
Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 19:28 17.11.2009 ] Oxunub: 288
İmperiya zəncirlərini qırmaq uğrunda tarixi mübarizə yeni müstəviyə-Milli Azadlıq Hərəkatına çevrildi
1988-ci il noyabrın 17-də Azərbaycan xalqı o vaxtki Sovet rəhbərliyinin ölkəmizə qarşı ədalətsiz mövqeyinə, Respublikaya başçılıq edənlərin isə xalqa zidd siyasətinə etiraz səsini ucaldaraq, ayağa qalxdı.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 14:32 14.11.2009 ] Oxunub: 223
…Roma imperatorluğu təklif edilibmiş!
“Yeni Cag”AİA Türkiyənin “cnnturk” saytına istinadən bildirir ki, tanınmış türkiyəli tarixçi Xəlil İnalcıq Fateh Sultan Mehmedlə bağlı yeni bir iddia ortaya atıb.Alimin sözlərinə görə, Roma papası II Piy xristianlığı qəbul edəcəyi təqdirdə Osmanlı sultanını Roma imperatoru kimi tanıyacağını vəd edib. İnalcıq bu barədə özünün “Fatehin İstanbul tarixi” adlı əsərində də yazacağını və Papanın Sultan Mehmedə göndərdiyi məktubun məzmunu haqda da məlumat verəcəyini deyib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 16:55 10.11.2009 ] Oxunub: 569
Heydər Əliyev Mustafa Kamal Paşa Atatürkü necə görürdü?
Azərbaycan Respublikasının Ulu Öndəri Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürk haqqında dedikləri yalnız bir böyük dövlət xadiminin başqa bir böyük dövlət xadimi barədəki mülahizələri kimi maraqlı olaraq qalmır, eyni zamanda tarixin kifayət qədər sərt sınaqlarından çıxmış mükəmməl bir siyasi-ideoloji, təcrübə sistemini müasir dövrün həm lokal Azərbaycan, həm də qlobal ümumdünya tələbləri baxımından qiymətləndirilməsi kimi də diqqəti cəlb edir. Atatürk türk xalqını, türk dövlətçiliyini, Heydər Əliyev Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini xilas etmişlər. Və bu səbəbdən də bir milli xilaskarın başqa bir milli xilaskar barədəki düşüncələrinin maraqlı olacağı düşüncəsindəyik.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 12:53 09.11.2009 ] Oxunub: 190
Bayrağımız 1918-ci il noyabr ayının 9-da ADR-in qərarı ilə qəbul edilib
Bu gün Azərbaycan Respublikası Dövlət bayrağının yaranmasının 91-ci ildönümüdür. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabr ayının 9-da Azərbaycan Demokratik Cumhuriyyətinin qərarı ilə qəbul edilib. Sovet hakimiyyəti dövründə bayraqdan imtina edilib. Daha sonra üç rəngli bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edilib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 16:38 08.11.2009 ] Oxunub: 152
Bakı Metropoliteninin işçiləri peşə bayramlarını qeyd edir
Noyabrın 8-də Bakı Metropoliteninin işçiləri peşə bayramlarını qeyd ediblər. Metopoliten işçiləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarı önünə əklil qoyublar.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 15:25 06.11.2009 ] Oxunub: 174
Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür
6 noyabr 1926-cı ildə Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə «Danışır Bakı!» ifadəsi ətrafa yayıldı. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də maneəsiz qulaq asmaq mümkün idi. O zaman həmin hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 22:01 31.10.2009 ] Oxunub: 165
Pakistanın şimalında Əfqanıstanla həmsərhəd bölgədə yaşayan kalaşlar xarici görünüşləri və adət-ənənələri ilə öz qonşularından fərqlənirlər
Kalaşların Makedoniyalı İsgəndərin Hindistan səfərindən sonra Pakistan ərazisində məskunlaşdığı bildirilir. İsgəndərin ordusundakı əsgərlərin nəsillərindən olduqları hesab edilən sarı saçlı və mavi gözlü qəbilə üzvləri Asiyanın mərkəzində yaşayan digər qonşu xalqlardan asanlıqla seçilirlər. Ancaq kalaşları digərlərindən fərqləndirən yalnız xarici görünüşləri deyildir. Kalaşlar hədsiz alkoqollu içki və narkotika qəbul etmələri, eləcə də intim həyatları ilə seçilirlər.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 15:59 29.10.2009 ] Oxunub: 146
Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır
Bu gün Zəngilanın işğalından 16 il keçir. Əlverişli coğrafi mövqeyə malik Zəngilan Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşir və mühüm strateji əhəmiyyətə malikdir.Ərazisi 700 kv km-dən, əhalisi isə 35 mindən çox olub.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 17:01 25.10.2009 ] Oxunub: 141
Tarixin tozlu yollarında öz izini qoyanlar...
Həzrəti Musa (ə) Peyğəmbərin vəfat etdiyi bu ayda Əli ibn Əbu Talib (r) da yaralanıb. Daha nələr baş verib? Bunu öyrənmək üçün yazını oxumağınız kifayətdir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 13:46 24.10.2009 ] Oxunub: 126
Prezident İlham Əliyevin andiçmə mərasimindən bir il ötür
Bir il öncə, oktyabrın 24-də Azərbaycan xalqının növbəti dəfə böyük səs çoxluğu ilə prezident seçdiyi İlham Əliyev and içərək səlahiyyətlərinin icrasına başlayıb. Son 1 ildə qeydə alınan sürətli inkişaf göstərdi ki, xalq seçimində yanılmayıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 23:47 17.10.2009 ] Oxunub: 122
18 okyabr 1991-ci ildə Azərbaycan parlamenti Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi
1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Ali Sovetində(indiki Milli Məclis) 10 gündən artıq davam edən qızğın müzakirələrdən sonra ölkəmizin taleyində önəmli rol oynayan bir hadisə baş verdi.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 00:54 07.10.2009 ] Oxunub: 633
Yaddaşlarda yaşayan alim gözəlliyini unutmaq xəyanətdir!
Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida Nəsir qızı İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir. Aida Nəsir qızı İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində anadan olmuşdur.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 14:29 27.09.2009 ] Oxunub: 151
İlin sonuna 95 gün qalır
1130. Cənubi İtaliya və Siciliya vahid Siciliya krallığında birləşir 1534. I Süleymanın başçılıq etdiyi Osmanlı qoşunu Təbrizi tutur 1791. Fransa yəhudiləri vətəndaşlıq əldə edirlər
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:28 26.09.2009 ] Oxunub: 155
17 il öncə Sabir Rüstəmxanlı «Nicatımız vətəndaş həmrəyliyindədir!» deyənləri bir çatının altına topladı
Düz 17 il bundan əvvəl – 1992-ci il sentyabrın 26-da Vətəndaş Həmrəyliyi Partiyasının ilk təsis konfransı keçirilib. 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatı istədiyi hədəfə – Azərbaycan Respublikasının müstəqilliyinə nail olduqdan sonra yeni dövlətin inqitsadi inkişafı, azad, demokratik cəmiyyətin yaradılması, şəffaf seçkilərə nail olmaq və beynəlxalq demokratik təsisatlara inteqrasiya zərurəti yarandı ki, bu da özlüyündə ölkənin rifahını müxtəlif ideyalarda görən şəxslərin ayrı-ayrı siyasi qurumlarda mübarizəsini şərtləndirirdi. Başqa sözlə desək, ayrı-ayrı siyasi dünyagörüşə malik olan insanlara Milli Azadlıq Hərəkatında yalnız bir ideya – Azərbaycannın müstəqilliyi ideyası birləşdirmişdi.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 06:41 15.09.2009 ] Oxunub: 155
Bu gün Türkiyədə hansı tarixçinin Nuru paşaya, Ənvər paşaya nə kimi qiymət verməsindən asılı olmayaraq, bu isimlər Azərbaycan türkü üçün əzizdir
Hər il 15 sentyabr - Bakının xilası günündə istər-istəməz Nuru paşa yada düşür. Əfsanələşmiş Nuru paşa... Kimlərsə bu hadisəyə "Bakının qurtuluşu", "Bakının xilası", "Bakının yadellilərdən təmizlənməsi", "Bakıdan düşmənlərin qovulması" və s. kimi qiymət verə bilər. Bu, tarixçilərin işidir. Fəqət birmənalı olan bu idi ki, Azərbaycan dövlətinin var olması üçün bu hadisənin müstəsna önəmi vardı və bu hadisənin baş memarı Nuru paşaydı.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 15:28 30.08.2009 ] Oxunub: 148
"Yeni Çağ"çılar qardaş ölkəni təbrik edir
Tarix ən böyük siyasət elmidir, tarixi bilmədən, öyrənmədən siyasət qurmaq, daxili və xarici siyasət yürütmək, sosial-iqtisadi islahatlar həyata keçirmək, dost və rəqib ölkələrlə münasibətlər qurmaq, düşmənlə müharibə aparmaq mümkün deyil. Gələcəyi çox dəqiqliklə proqnozlaşdırmaq mümkündür. Bunun üçün ən ilkin mərhələ tarixi ciddi və dəqiq, hərtərəfli şəkildə öyrənməkdir. İndiyədək oxuduğumuz kitablardan, dinlədiyimiz mühazirələrdən, baxdığımız tarixi verilişlərdən, elmi müzakirələrdən də belə nəticəyə gəlmək olar ki, min illərdir ki, dünyanın dostluğa, düşmənçiliyə, dövlətə, dövlətçiliyə, qardaşlığa, müttəfiqliyə, ümumiyyətlə insana münasibəti bir elə də dəyişməyib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 12:33 26.08.2009 ] Oxunub: 176
Bu gün Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin doğum günüdür
Allahşükür Paşazadə 1949-cu il avqustun 26-da Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alan Şeyxülislam 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub və dini təhsilini 1975-ci ildə Daşkənd İslam Universitetində bitirib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 11:42 19.07.2009 ] Oxunub: 138
Dünya siyasətçiləri ulu öndərimizin uzaqgörənlik, dözüm, qabiliyyət və liderlik keyfiyyətlərini yüksək qiymətləndirirlər
Bu il — iyul ayının 14-də Azərbaycan xalqının həyatında çox böyük tarixi əhəmiyyət kəsb edən mühüm və əlamətdar hadisələrdən birinin — XX əsrin ən görkəmli siyasətçilərindən olan ümummilli lider Heydər Əliyevin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 40 ili tamam oldu. Tarixçilərin “tarixin memarı”, siyasətçilərin “liderlərin lideri” politoloqların “tarixi yaradan şəxsiyyət”, nəhayət sadə vətəndaşların “ən böyük azərbaycanlı” adlandırdığı Heydər Əliyev həmin adların hamısını Tanrının ona verdiyi şəxsi keyfiyyətləri ilə, təkrarolunmaz əməlləri nəticəsində qazanmışdı.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 17:40 08.05.2009 ] Oxunub: 159
8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub
Azərbaycanın Şuşa şəhərinin işğalından 17 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:19 19.03.2009 ] Oxunub: 199
Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror aktı nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər isə yaralanmışdı
Bu gün Bakı metropolitenin "20 yanvar" stansiyasında baş verən terror aktının ildönümüdür. 15 il əvvəl martın 19-da törədilən bu hadisənin Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanmış terror aktı olduğu təsdiqini tapıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:18 05.02.2009 ] Oxunub: 530
Heydər Əliyev: "Xocalı faciəsi 200 ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir"
1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi ilə deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 03:49 03.01.2009 ] Oxunub: 302
Bu gün dünya tarixinə adını qızıl hərflərlə yazdırmış İslam sultanının yeri görünür
 Səlahəddin Əyyubi: "Allah bütün Fələstin üzərində qələbəni mənə verərsə, onda mən torpaqlarımı böləcəm, bunu da vəsiyyətimdə yazacam. Sonra da gəmiyə minib, frankları onların uzaq ölkələrinə qədər təqib edəcəm. Mən ya öləcəm, ya da bütün Yer kürəsini Allaha inanmayanlardan qurtaracam" Səlahəddin Əyyubi (tam adı Əl-Nasir Səlahəddin Yusif ibn Əyyub olub) (d. 1138 - ö. 4 Mart 1193). Misir, Suriya, Yəmən və Fələstin sultanı və Əyyubi sülaləsinin ilk hökmdarı. 2 Oktyabr 1187-də Qüdsü səlibçilərdən alaraq şəhərdə 88 il sürmüş xristian ağalığına son qoymuş, avropalıların ardı ardınca düzəltdikləri III səlib yürüşünü təsirsiz hala gətirmişdir. Səlahəddin, ərəb, türk, kürd və ümumiyyətlə müsəlman aləminin qəhrəmanı hesab olunur.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 08:53 28.11.2008 ] Oxunub: 437
Bu gün Tənzilə Rüstəmxanlının doğum günüdür
Bu gün Onun doğum günüdür. Bəlkə də özünün də yadından çıxıb. Bir insan öz doğum tarixini yadından çıxararmı? Əgər həmin insan vətəni, milləti uğrunda dayanmadan mücadilə aparırsa, qarşısındakı heç bir əngəl ona bu şərəfli mübarizədə mane olmursa, təbii ki, doğum gününü unudar...
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 01:52 23.11.2008 ] Oxunub: 216
555 nəfərlik təşəbbüs qrupu ilə çıxılan və iqtidara uzanan yol
Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:37 15.11.2008 ] Oxunub: 305
DAK Gənclər Təşkilatı Azərbaycanın parçalanmasına həsr olunmuş konfrans keçirdi
Bu gün Azərbaycan Atatürk Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının (DAK GT) təşəbbüsü və təşkilatçılığı ilə "Parçalanmış Xalq" və “Azərbaycanı iki hissəyə - Quzeyə və Güneyə parçalayan Gülüstan və Türkmənçay müqaviləsinin öz hüquqi qüvvəsini itirməsi” mövzularında konfrans keçirildi.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:33 14.11.2008 ] Oxunub: 221
DAK Gənclər Təşkilatı bu mövzuda konfrans keçirəcək
14 noyabr 2008-ci il tarixində, saat 14.00-da Azərbaycan Atatürk Mərkəzində Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının (DAK GT) təşəbbüsü və təşkilatçılığı ilə "Parçalanmış Xalq" və “Azərbaycanı iki hissəyə - Quzeyə və Güneyə parçalayan Gülüstan və Türkmənçay müqaviləsinin öz hüquqi qüvvəsini itirməsi” mövzularında konfrans keçiriləcəkdir. Məhz 195 il bundan əvvəl, yəni 10 fevral 1813-cü ildə Gülüstan və 180 il bundan əvvəl, yəni 13 oktyabr 1828-ci ildə çar Rusiyası və Qacar Türk dövləti arasında bölüşdürüldü.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:10 29.10.2008 ] Oxunub: 304
Artur Rəsizadə dördüncü dəfə Baş nazir postuna təyin olundu
Bu gün Azərbaycan parlamenti prezident İlham Əliyevin təqdimatını dəstəkləyərək Artur Rasizadənin baş nazir təyin olunmasına səs verib. Deputatlardan 101-i təqdimatın lehinə, 2-si əleyhinə səs verib, 1 nəfər isə bitərəf qalıb. Biz də dördüncü dəfə baş nazir postuna təyin olunan A.Rasizadənin ömür yolunu diqqətə çatdırırıq.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 17:00 18.10.2008 ] Oxunub: 250
Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulundan 17 il ötür
Bu gün oktyabrın 18-də Azərbaycanda Dövlət Müstəqilliyi Günü qeyd olunur. XX yüzilliyin sonlarında Sovetlər Birliyinin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırdı. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.
DAVAMI » » | FORUMA |
| |
 |
 |
 |
|  |
|
|