|
|
 |
 |
 |
 |
[ Sayta qoyulub: 23:54 07.07.2010 ] Oxunub: 91
Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz Təmsilçiliyi, Dünya Azərbaycanlıları İctimai Mərkəzi və İctimai Fikir Fondu ictimaiyyəti anket sorğusunda aktiv olmağa dəvət edir
Türkiyə Cümhuriyyətindən Avrasiya Qəzetçilər Dərnəyi, Azərbaycandan İctimai Fikir Fondu və Dünya Azərbaycanlıları İctimai Mərkəzi Azərbaycan Mətbuatının 135 illiyi münasibəti ilə sorgu keçirir. Sorğu anketi ilə tanış olaraq, 11 sahə üzrə kimləri “Azərbaycan Mətbuatının Dostu” görürsünüzsə, agd.baku@gmail.com elektron ünvanına yazmağınızı xahiş edirik.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 01:58 06.07.2010 ] Oxunub: 87
Paniranizm və panfariszm siyasəti dövləti idarə edən mollakratiyanın əsas silahı kimi din pərdəsi altından yönləndirilir
20-ci yüzilin başlanğıcında dünyanın əksər dövlətlərində şahlıq və krallıq rejimlərindən Ana Yasaya bağlı olan bir dövlət düzəninə keçid prosesləri başladı. Əslində bu yöndə baş vermiş inqilabi dəyişikliklər bəşəriyyətin, dünyanın mədəni həyatının qlobal şəkildə inkişafına böyük təkan oldu. Bu möhtəşəm inqilabi proses demokratik cəmiyyət uğrunda xalqların ümumi mübarizəsində yeni səhifələrə açdı. Məşrutə Hərəkatı Güney Azərbaycanda ilk demokratik inqilabın beşiyi olub İranda və Güney Azərbaycanda Məşrutə Hərəkatının baş verməsi əslində Şərq aləmində cahanşümul bir hadisə hesab olunur.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 01:11 23.06.2010 ] Oxunub: 375
Jurnal Peyğəmbərimizin (s) səhabələrini təhqir edir
Karvan jurnalının ¹ 5 (26) may 2010 nəşrinin 50-51 səhifələrində “Saxta hədislər” başlığı altında gedən məqalədə guya Həzrət Əliyə (Allah ondan razı olsun) qədər olan xəlifələrin Peyğəmbərimizdən (səllallahu aleyhi vəssalam) qalan hədislərin məhv olunması barədə göstərişlər vermələri, habelə Əbu Hureyrənin (Allah ondan razı olsun) hədis dəllalçısı adlandırılması hiddətə səbəb olan yazılardandır. Jurnalın 40-41-ci səhifələrində Əbu Bəkr başlığı altında gedən məqalədə Peyğəmbərimizin (səllallahu aleyhi vəssalam) yaxın dostu, silahdaşı və qayınatası olan Əbu Bəkrin (Allah ondan razı olsun) guya xilafətin başına ona layiq olmadığı halda keçməsi, Peyğəmbərimizin (səllallahu aleyhi vəssalam) qızı Fatımənin (Allah ondan razı olsun) guya ondan küsülü olması, guya Peyğımbərdən (səllallahu aleyhi vəssalam) qalan yazılı hədisləri yandırması kimi nalayiq sözlər yazılmışdır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 16:26 21.05.2010 ] Oxunub: 367
Azərbaycanın tanınmış şəxsləri nüfuzlu mükafatla ödülləndirildilər
Türkiyə Cümhuriyyətindən Avrasiya Gazeteçilər Dərnəyi, Avrasiya Haber Ajansı, Azərbaycandan İctimai Fikir Fondu, İctimai Nəzarət Mərkəzi, "İctimai Rəy" Analitik Mərkəzi Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 87-ci il dönümü və 28 may Respublika Günü münasibəti ilə 2010-cu il may ayının 1-19-u arası respublika üzrə paytaxt və 17 rayonda sorğu keçirib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 13:38 29.04.2010 ] Oxunub: 213
Baş yazarımız Aqil Ələsgər uğurlu ictimai faaliyyatinə görə, “Avrasiya” Araşdırma İctimai Rəy Mərkəzi tərəfindən ödülləndirildi
“Avrasiya” Araşdırma İctimai Rəy Mərkəzi “Qızıl Kürə” Beynəlxalq Mükafatı ücün kecirdiyi sorğunun nəticələrinə acıqladı. “Avrasiya” Araşdırma İctimai Rəy Mərkəzi Respublikada “Qızıl Kürə” Beynəlxalq Mükafatı uğrunda respondentlər arasında sorgular kecirib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 12:18 26.04.2010 ] Oxunub: 186
Nizami Süleymanov: "Akademiya tapşırıqla, pulla, qohumbazlıqla elm sahəsinə gətirilmiş insanlardan təmizlənməlidir"
Prezident Administarsiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin bir müddət öncə dərc olunan məqaləsi elm sahəsində olan çatışmazlıqlara diqqəti daha da artırdı. Elə bu günlərdə Ali Attestasiya Komissiyasının aşkarladığı plagiat elmi işlər də bu sahədə ciddi problemlərin olduğunu göstərir. Elm sahəsindəki problemlərlə bağlı fikirlərini bizimlə bölüşən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, akademik Nizami Süleymanov söhbətə elmə az vəsait ayrılmasından başladı:
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 11:45 30.03.2010 ] Oxunub: 425
Dünyaca ünlü usta Hacı Çetinkaya bundan sonra BÜYÜKFIRAT üçün çalışacaq
90-cı illərdən bəri Azərbaycanda Anadolu mətbəxinin elçiliyini şərəflə yerinə yetirən, halallıq və təmizlik prinsipinə sadiq qalan BÜYÜKFIRAT RESTAURANT həm də Azərbaycandakı türk restoranları üçün məktəbə çevrilib. Bu gün əminliklə deyə bilərik ki, ölkəmizdəki Türk Mətbəxinin nümayəndələri sayılanları restoranların əksəriyyətinin ustaları BÜYÜKFIRAT MƏKTƏBİNİN məzunlarıdır. Bu gün də BÜYÜKFIRAT RESTAURANTda olduqca təcrübəli ustalar çalışmaqdadır. Türkiyənin çox təcrübəli aşpazları olan Ustabaşı Əziz Usta, Azərbaycanda Lahmacun dedikdə ilk ağıllara gələn Dəhşət Usta, məşhur kababçı Mustafa Ökte və onlarla Türk və Azərbaycanlı usta BÜYÜKFIRAT RESTAURANT çətirinin altında fəaliyyət göstərməkdədir. Bu günlərdə BÜYÜKFIRAT AİLƏSİNƏ Türkiyənin çox ünlü DAŞ FIRIN USTASI HACI ÇETİNKAYA qatılıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:08 10.03.2010 ] Oxunub: 208
Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi qurum ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin bu qərarının təkcə Türkiyə-ABŞ deyil, həm də Azərbaycan-ABŞ münasibətlərinə öz mənfi təsirini göstərəcəyini bildirir
Azəri Türk Qadınlar Birliyi ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin "erməni soyqırımı" ilə bağlı çıxardığı qətnaməni pisləyən etiraz bəyanatı yayıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 05:05 06.02.2010 ] Oxunub: 338
Hakim erməni elitası beynəlxalq silah alveri və narkotranzit də daxil olmaqla, bir çox qaranlıq əməllərin içindədir
Rusiyanın “Versiya” qəzetində Ermənistanın hakim elitasının korrupsiya əməllərinə dair olduqca sensasion material yer alıb. Material Moskvada yerləşən Erməni Milli Klubunun prezidenti Smbat Qaraxanyanın təqdim etdiyi faktlara əsaslanır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:48 03.02.2010 ] Oxunub: 207
Vəkil müstəqil ekspertiza keçirilməsini tələb edib
Həbsdə olan jurnalist Eynulla Fətullayevin qanında və sidiyində cüzi miqdarda heroin izləri aşkarlanıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 05:24 25.01.2010 ] Oxunub: 381
Sabiq deputatın qardaşı iqtidarın əleyhinə təbliğat aparır
Naxçıvanda baş verənlər uzun müddət gündəmdən düşmədi. Xüsusilə, Bənənyarda baş verənlər bəzi mətbuat orqanları tərəfindən şişirdildi. “Yeni Çağ”a verilən xəbərə görə, Bənənyar hadisələrinin şişirdilməsində narazı naxçıvanlılar adlanan qrupun, daha dəqiq desək Rəsul Quliyev-Rza İbadov ittifaqının xüsusi rolu olub.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 22:26 19.01.2010 ] Oxunub: 161
Milli QHT Forumu və ATXƏM bu mövzuda birgə tədbir keçirdi
Yanvarın 19-da “Qafqaz Point” otelinin konfrans zalında Milli QHT Forumu və “Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi” (ATXƏM) İctimai Birliyi “20 yanvar – 20 il” mövzusunda Dəyirmi Masa keçirdi. Tədbirdə dövlət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarının nümayəndələri, tanınmış ziyalılar və QHT rəhbərləri iştirak edirdi.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 16:04 14.01.2010 ] Oxunub: 258
Fars rejimi Azərbaycanda separatçılıq aparmaqdan əl çəkmir
İran adlanan yerin Azərbaycana qarşı separatçı addımlar atmaqda davam edir. Bu ölkənin “Səhər ” kanalı Azərbaycanın cənub bölgəsinin camaatı arasında qarışıqlıq yaradaraq ölkəmizdə vəziyyəti gərginləşdirmək istəyir. Lənkəran bölgəsində yaşayan talış vətəndaşlarımızın arasına fitnə toxumu səpərək, sanki onlara bu ölkədə xüsusi ayrımçılıq sərgilənir, talışlar sanki diskriminasiya olnurmuş kimi görüntü yaratamağa çalışan İran Dövlət televiziyası hər vəchlə ölkəmizdə qarışıqlıq yaratmağa cəhd edir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 20:51 07.01.2010 ] Oxunub: 207
Nazirlər Kabineti “Qaz təchizatı haqqında” qanuna əlavə və dəyişikliklər edib
Azərbaycan Nazirlər Kabineti “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq bəzi qərarlarına əlavə və dəyişikliklər edib. Bu barədə "Yeni Çağ" AİA-a Nazirlər Kabinetindən məlumat verilib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 05:32 07.01.2010 ] Oxunub: 141
Yuxarı sinif şagirdlərinin repetitor hazırlığına getmələri qayda şəklini alıb
Müəllim-repetitorun yanından təzəcə çıxaraq evə tələsən 11-ci sinif məzunu Tural növbəti kursa da vaxtında çatmağa çalışır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:34 06.01.2010 ] Oxunub: 232
Elmin Bədəlov Neft Akademiyasından yazdıqlarının "zibilinə düşüb"
Xəbər verildiyi kimi, Azərbaycan Dövlət Neft Akademiyasının IV kurs tələbəsi eyni zamanda PİA-nın redaktoru Elmin Bədəlova siyasi baxışları və jurnalist fəaliyyətinə görə universitetdə təzyiq göstərirlər. Neft Akademiyasındakı rüşvətdən yazdığına görə universitet rəhbərliyi tələbə ilə prinsipə girib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:12 04.01.2010 ] Oxunub: 193
Amma çağırış yaşında dəyişiklik edilməsi hələlik gündəlikdə yoxdur
Azərbaycanda hərbi xidmətə çağırış sistemində islahatlar növbəti illərdə də davam etdiriləcək. Bunu Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, bu məqsədlə müvafiq qanunlara bir sıra əlavələr və dəyişikliklər olunacaq.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:54 17.12.2009 ] Oxunub: 225
Litva müsabiqədə iştirakdan imtina etdiyini açıqlayıb
Litva “Eurovision-2010” mahnı müsabiqəsinin təşkilatçılarına rəsmi xəbərdarlıq göndərərək müsabiqədə iştirakdan imtina etdiyini açıqlayıb. Litva radio və televiziyasının direktoru Rimvidas Paletskis bunu vəsaitin olmaması ilə izah edib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 19:41 16.12.2009 ] Oxunub: 236
"Azerfon" mobil rabitə operatoru "Vodafone" ilə birgə yeni brend yaradıb
"Azerfon" mobil rabitə operatoru "Vodafone" şirkəti ilə birgə yeni brend yaradıb və üçüncü nəsil şəbəkənin (3G) kommersiya istismarına verilməsini elan edib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:22 14.12.2009 ] Oxunub: 259
Fransa prezidenti Nikolas Sarkozy niyə qəzəbləndi?
Fransa prezidenti Nicolas Sarkozy, həyat yoldaşı Carla Bruni ilə iştirak etdiyi radio proqramında verilən sualdan dolayı çox qəzəblənib. Bruni, ötən həftə iştirak etdiyi radioçu Marc Olivier Fogielin proqramında, şəxsi həyatı ilə bağlı sualları cavablayıb. Proqramda “Nicolas Sarkozyni nə qədər sevirsiniz? Prezident olmasaydı yenə onunla evlənərdiniz?” deyə soruşub.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 01:54 12.12.2009 ] Oxunub: 169
Dünyada mobil istifadəçilərin sayı nə qədərdir?
2013-cü ilə kimi internetə bir milyarda yaxın mobil qurğu qoşulacaq. “Yeni Cag” AİA Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu zaman Şəbəkəyə qoşulan mobil istifadəçilərin sayı 900 milyona çatacaq, çünki onlardan bəziləri artıq eyni zamanda bir neçə mobil qurğudan istifadə edir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 20:52 09.12.2009 ] Oxunub: 179
Azərbaycanda mobil telefonların cəmi 3-4 %-ı 3 G texnologiyasını dəstəkləyir
3 G texnologiyasını dəstəkləyən mobil telefon aparatlarına tələbat artıb. Ekspertlər deyir ki, yaxın 1-2 həftəyə tətbiqinə başlanacaq yeni texnologiyadan Azərbaycandakı mobil telefon sahiblərinin yalnız 3-4 faizi istifadə edə biləcək. 3 G texnologiyasından yararlanmaq üçün yeni telefonlara sahib olmaq lazımdır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 13:53 09.12.2009 ] Oxunub: 193
Müqəddəs Qurban bayramında belə Xətai rayonunun Qaz İstismarı İdarəsi əhalini “qazsız” qoydu
Əhalinin kommunal xidmətlərə olan borclarının şişirdilməsi, həmçinin qaz pulu və işıq pulunun yığılmasında baş verən neqativ hallar barəsində dəfələrlə yazmışıq.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:14 09.12.2009 ] Oxunub: 165
Səfər Əbiyev: "Vəziyyətin bu cür şəkil alması Azərbaycanı başqa vasitələrə əl atmağa vadar edir"
Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinin Komandanı general Rocer Breydi qəbul edib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:12 05.12.2009 ] Oxunub: 122
Onların ortaq lahiyələri 2010-cu ilin əvvəlindən başlayacaq
Microsoft və Yahoo, axtarış sistemi mövzusundakı şərikliklə əlaqədar müzakirələri tamamladı. İnternet nəhəngləri Microsoft və Yahoo, internetdə axtarış mövzusundakı şərikliyi ilə əlaqədar müzakirələri tamamladıqlarını və səlahiyyətlilərin təsdiqini gözlədiklərini açıqlayıblar.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 12:24 02.12.2009 ] Oxunub: 178
Braziliyada maraqlı hadisə baş verdi
Braziliya Futbol Liqasında bu həftə oynanan "Corinthians"-"Flamengo" matçında son dərəcə maraqlı bir hadisə yaşandı.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 20:43 01.12.2009 ] Oxunub: 443
İsveçdə baş verən hadisələr fonunda azərbaycanlı iş adamının tənqid olunmasına tam əks münasibət
Günlərdir Rusiyada yasayan iş adamı Mehrac Babayevə qarşı təxribat kompaniyası davam edir. Bəzi rus və erməni sifarişinin icracıları həmyerlimizi az qala xalq düşməni olaraq qələmə verməyə calışır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 12:08 30.11.2009 ] Oxunub: 195
Varlılıq adamın başını belə xarab edir
30 yaşlı britaniyalı iş adamı köhnə, paslı avtomobil qoşqusunda səfil həyatı sürmək üçün işindən, əmlakından və pullarından imtina edib. İndi o, həyatında verdiyi qərarların ən gözəlini reallaşdırdığını deyir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 20:43 27.11.2009 ] Oxunub: 194
İki min azərbaycanlı zəvvar Hacı olub
İki min azərbaycanlı zəvvar Hacı olub. Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarlar bu gün niyyətlərini gerçəkləşdiriblər.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 20:35 23.11.2009 ] Oxunub: 142
İraqda sadəcə qadınların fəaliyyət göstərdiyi bank şöbəsi açılıb
İraqın paytaxtı Bağdad şəhərində yalnız qadınların fəaliyyət göstərdiyi bankın filialı açılıb. Filialda yalnız qadınlar fəaliyyət göstərir və ora hətta ümumi bankın direktoru kişi olduğundan onun da girişinə qadağa qoyulub.
DAVAMI » » | FORUMA |
| |
 |
 |
 |
|  |
|
|