|
|
 |
 |
 |
 |
[ Sayta qoyulub: 07:01 08.05.2010 ] Oxunub: 233
Lalinin Hondurası, Lövün Almaniyası, qapalı qutu, Türkiyənin qənimi...
CAR-da keçiriləcək Dünya çempionatının startına 35 gün qalır. Artıq komandalar 30 namizədin yer aldığı ilkin siyahılarını FİFA-ya təqlim etməyə başlayıb. Ayın 11-dək ilkin, iyunun 1-dək yekun heyətlərini açıqlayacaq 32 namizəddən hansı çempionluğa namizəddir? Kimin şansı nə qədərdir? Hansı komandalar mundiala gəzinti xatirinə yollanır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 06:34 28.04.2010 ] Oxunub: 176
İviç Oliçin het-triki Almanya klubunu Avropanın ən nüfuzlu klub turnirinin finalına daşıdı
 Fransanın “Lion” klubu UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Bavariya”ya 0:3 hesabı ilə məğlub olub. Beləliklə, Almaniya klubu Avropanın ən nüfuzlu klub turnirinin finalına vəsiqə qazanıb. Oyundakı qolların hamısını “Bavariya”nın xorvatiyalı hücumçusu İviç Oliç vurub. O, 26-cı dəqiqədə topu Diyeqo Kontentodan qəbul edib və “Lion”un qapısından ilk qolu keçirib. 67-ci diqəqədə İviç Oliç rəqib qapıçının qapıdan çıxmasından istifadə edərək qapının uzaq küncünü, 78-ci dəqiqədə isə yaxın küncünü dəqiqliklə nişan alıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 03:52 26.04.2010 ] Oxunub: 175
Adrian Mutu “Qalatasaray” və “Fənərbaxça”nın maraq dairəsinə düşüb
İtaliyanın “Fiorentina” klubunun rumıniyalı futbolçusu Adrian Mutu Türkiyədə çıxış edə bilər. İtaliya Olimpiya Komitəsi tərəfindən dopinqdən istifadə etdiyi üçün 9 ay müddətinə diskvalifikasiya olunan Mutunu “Qalatasaray” və “Fənərbaxça” klubları öz heytlərində görmək istəyir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:28 24.04.2010 ] Oxunub: 125
Jurnalistlər arasında voleybol turnirinin püşkatma mərasimi keçirilib
Bu gün “Yeni Azərbaycan” qəzetinın redaksiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə jurnalistlər arasında voleybol turnirinin püşkatma mərasimi keçirilib. Azərbaycan Voleybol Federasiyasının beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov yarışın püşkatma mərasiminə start verib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:53 10.03.2010 ] Oxunub: 134
Millimiz Avstriyaya gedir
Azərbaycan yığmasının Hondurasla yoldaşlıq oyununun keçiriləcəyi yer müəyyənləşib. Bu barədə "La Prensa" qəzetinə müsahibəsində Honduras milli komandasının baş məşqçisi Reynaldo Rueda məlumat verib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:56 03.02.2010 ] Oxunub: 238
Andråy Arşavin: «Ard-arda iki məğlubiyyət bizi gåri atdı»
İngiltərə Pråmiår Liqasında îynayan «Arsånal»ın aprarıcı îyunçusu Andråy Arşavin «Mançåstr Yunaytåd»ə yånilmələrindən sînra açıqlama vårib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 03:20 04.01.2010 ] Oxunub: 243
Milli komandamızın üzvü Rusiya Premyer Liqasında çıxış edəcək
"İnter"in və milli komandamızın üzvü Mahir Şükürov karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək. Fanat.az xəbər verir ki, bu barədə futbolçunun şəxsi saytı məlumat yayıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:41 17.12.2009 ] Oxunub: 261
Klub rəhbərliyi Totti ilə yeni müqavilənin imzalanmasına hazırlaşır
İtaliyanın “Roma” klubunun rəhbərliyi komandanın hazırkı kapitanı Françesko Totti ilə yeni müqavilənin şərtləri və müddəaları ilə tanış olduqdan sonra müvafiq sənədin imzalanmasına razılıq verib. Sənədə əsasən, “Roma” kapitanı daha beş il klubun formasını geyinmək şərəfinə nail olacaq.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 20:13 16.12.2009 ] Oxunub: 277
Bu gün “Qalatasaray” mənasız oyuna çıxacaq
Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində son tura start veriləcək. İlk oyun günündə 6 qrupda 12 oyun keçiriləcək.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 03:26 11.12.2009 ] Oxunub: 162
İsveçin Futbol Federasiyası maraqlı bəyanatla çıxış edib
İsveç Futbol Federasiyası bu gün maraqlı bəyanatla çıxış edib. Bəyanata görə, İsveç və Norveç hökumətləri bü ölkələrin Avropa Çempionatı-2016-nın keçirilməsinə dair birgə təşəbbüsünü dəstəkləmir. Daha doğrusu, hökumətlər bu işi maliyyələşdirmək niyyətində deyil.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 01:35 09.12.2009 ] Oxunub: 180
Futbol üzrə İngiltərə çempionatının növbəti turu insidentlə yadda qalıb
“Stok Siti” - “Arsenal” qarşılaşmasından sonra “Stok Siti”nin futbolçusu Ceyms Bitti soyunub-geyinmə otağında baş məşqçi Toni Pulislə əlbəyaxa olub.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 01:15 09.12.2009 ] Oxunub: 198
Qadın voleybolçularımız avstriyalı həmkarlarını məğlub etdilər
Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün CEV kubokunun 1/16 final mərhələsinin cavab görüşünə çıxıb. Komandamız Bakı İdman Sarayında Avstriya “SVS Post”u ilə qarşılaşıb. Rumıniyalı Nikolya Konstantin və litvalı Andrius Steponaviçiusun idarə etdiyi oyunda “Azərreyl” qələbə qazanaraq, 1/8 finala yüksəlib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 17:43 05.12.2009 ] Oxunub: 146
Mundialda zəif komanda olmur...
Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən 2010-cu il dünya çempionatının final mərhələsinin püşkatma mərasimindən sonra milli komandaların baş məşqçiləri açıqlama verib. Ən maraqlı fikirlərdən birini İtaliya yığmasının çalışdırıcısı Marçello Lippi səsləndirib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 15:03 02.12.2009 ] Oxunub: 169
Dünya Futbol Çempionatının püşkü ərəfəsində milli komandaların səbətlər üzrə bölgüsü açıqlandı
Dekabrın 4-ü Cənubi Afrikanın Keyptaun şəhərində 2010-cu il dünya futbol çempionatının püşkü atılacaq. Bu gün FİFA püşk səbətlərini açıqlayıb. Püşkdə komandalar hər birində 4 komanda olan 8 qrupa bölünəcək. Reqlamentə görə, Avropanı çıxmaqla eyni zonanı təmsil edən milli komandalar bir qrupa düşə bilməz.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 13:56 02.12.2009 ] Oxunub: 179
Salyanlılar "Muğan"ı Kemal Alispahiçin köməkçisinə tapşırdılar
Salyanın "Muğan" klubunun baş məşqçi postunda dəyişiklik baş verib. Klubun rəsmi internet saytında yer alan məlumata görə, "Muğan" futbol klubunun baş məşqçisi Kemal Alispahiç klub rəhbərliyi tərəfindən istefaya göndərilib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 20:54 01.12.2009 ] Oxunub: 176
O bu mükafata layiq görülən ilk argentinalı futbolçudur
“France Football” jurnalının ilin yekunlarına görə Avropanın ən yaxşı futbolçuna təsis etdiyi “Qızıl top” mükafatı İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messiyə nəsib olub. AFP səsvermənin nəticələri barədə bu gün xəbər yayıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 21:50 30.11.2009 ] Oxunub: 140
Fəxri mükafat sabah öz sahibini tapacaq
Fransanın nüfuzlu “France Football” jurnalı hər il olduğu kimi ötən mövsümün “Qızıl top” mükafatına layiq görülməyə namizəd futbolçuların adlarını açıqlayıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 21:41 30.11.2009 ] Oxunub: 160
FİFA prezidenti Zepp Blatter bu qərarın lehinə çıxış edib
FİFA-nın prezidenti Zepp Blatter 2010-cu il futbol üzrə Dünya çempionatının oyunlarını 4 hakimin idarə edə biləcəyini bildirib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 01:41 25.11.2009 ] Oxunub: 216
Futbolçunun humanizmi hakimi qəzəbləndirdi
Xorvatiyanın birinci liqasında Sibenik və Medjumurye komandaları arasında futbol matçı həmişəlik tarixə düşdü.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 21:41 22.11.2009 ] Oxunub: 160
Flaqman "İnter" üzərində vacib qələbə qazanıb
"Neftçi" Premyer Liqanın zirvəsindəki təkhakimiyyətliyə son qoyub. Flaqman bu gün Bakı derbisində "İnter"i qonaq edib. Oyun "Neftçi"nin üstünlüyü şəraitində başlayıb. Bunun məntiqi nəticəsi olaraq 21-ci dəqiqədə hesab açılıb. "İnter"i Valter Quqlemon məyus edib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:01 21.11.2009 ] Oxunub: 147
FİFA İrlandiya xahişini rədd etdi
Dünya futbolunun rəhbər orqanı olan FİFA İrlandiya Respublikasının çərşənbə günü keçirilmiş Fransa-İrlandiya matçının pley-offunun təkrar keçirilməsinə dair xahişini rədd edib. İrlandiyanın Futbol Assosiasiyası hesab edir ki, FİFA Parisdə keçirlimiş həmin matçın nəticəsini tanımamalıdır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 03:58 20.11.2009 ] Oxunub: 209
Məğlub “İmperator” Nigeriyaya gedir
Nigeriya Futbol Federasiyası rəhbərliyi yığma komandanın 2010-cu il dünya çempionatında uğurlu çıxışını təmin etmək üçün güclü futbol mütəxəssini texniki məsləhətçi qismində milliyə gətirməyi düşünür. Nigeriya futbol rəsmilərinin seçimində Fatih Terimin Avropada güclü kollektivləri çalışdıran bir mütəxəssis olması böyük rol oynayır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 03:05 19.11.2009 ] Oxunub: 156
Futbol üzrə milli komandamız dünyanın 15-ci yığmasına qalıb gəldi
Futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnirdə 3-cü yeri tutub. Yığmamız 3-cü yer uğrunda görüşdə Çexiyanı məğlub edib – 2:0.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 01:12 19.11.2009 ] Oxunub: 164
Turnirdə ən yaxşı nəticəni Azərbaycan, Belarus, Gürcüstan və Rusiya yığmaları göstəriblər
Moldovanın paytaxtı Kişinyov şəhərində Dünya Həvəskar Kikboksinq Assosiasiyasının (WPKA) versiyasında kikboksinq üzrə Avropa çempionatı keçirilib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:53 16.11.2009 ] Oxunub: 213
Yeva Roob özünə yeni iş yeri tapıb
Qadın futbolçulardan ibarət Almaniya milli komandasının və “Nürnberq” klubunun üzvü Yeva Roob özünə yeni iş yeri tapıb. 25 yaşlı cazibədar xanım bir müddət öncə porno filmlərdə çəkilmək qərarına gəlib. Özünə Samira Sammer ləqəbi götürən futbolçu artıq filmlərdə rol alıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:53 16.11.2009 ] Oxunub: 122
İraq FİFA-nın cəzasına məruz qala bilər
Birləşmiş Ərəb Əmirliklərində Azərbaycan milli komandasına qalib gəlmiş İraq FİFA-nın cəzasına məruz qala bilər. Dünyanın ən ali futbol qurumu bu ölkənin yığmasını diskvalifikasiya edə bilər. Buna səbəb İraqın Milli Olimpiya Komitəsinin yerli futbol assosiasiyasını buraxmasıdır. Futbol məmurlarının fəaliyyətində maliyyə pozuntuları və seçkilərin yenidən təxirə salınması vəziyyəti qəlizləşdirib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:19 16.11.2009 ] Oxunub: 123
İspaniya isə üçüncülüklə kifayətləndi
Nigeriyada keçirilən 17 yaşadək futbolçular arasında Dünya çempionatı başa çatıb. Turnirin final matçında meydan sahibləri İsveçrə U-17-sini sınağa çəkib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:15 16.11.2009 ] Oxunub: 123
Məşhur futbolcu futboldan kənarlaşdırıldı
Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona 2 ay müddətinə futbolla əlaqəli istənilən fəaliyyətdən kənarlaşdırılıb. “Yeni Cag” AİA “France Presse” agentliyinə istinadən xəbər verir ki, bu haqda qərar FİFA Nizam-İntizam Komitəsinin iclasında qəbul olunub. Argentinalı mütəxəssis Uruqvay yığması ilə 2010-cu il dünya çempionatının seçmə matçından sonra mətbuat konfransında jurnalistlərin ünvanına senzuradan kənar ifadələri ilə əlaqədar cəzalandırılıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:15 16.11.2009 ] Oxunub: 129
Bu vəziyyət döyüşün 2-ci raundunda baş verib
“Yeni Cag” AİA “The Sun” nəşrinə istinadən xəbər verir ki, Britaniyalı boksçular Pol Semuels və Sello Renda döyüş zamanı eyni anda nokdaunda düşüblər. Döyüşün 2-ci raundunda onların hər ikisi sol əllə böyürdən zərbə endiriblər. Hər ikisin zərbəsi dəqiq alınıb. Semyuels və Renda 10 saniyə ərzində özlərinə gələrək, nokdaunddan ayağa qalxıblar və döyüş davam edib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 05:29 16.11.2009 ] Oxunub: 153
Ukrayna və Rusiya növbəti mərhələyə adlamaq ücün şans qazandı
Dünya çempionatınıni pley-off mərhələsinin ilk oyunları keçirilib. Milli komandamızla eyni qrupda yer almış və ikinci yeri tutmuş Rusiya yığması Moskvada Sloveniyanı qəbul edib. Ruslar 88-ci dəqiqəyə qədər 2:0 hesabı ilə öndə olsa da, sona iki dəqiqə qalmış qonaqlar bir qol vurub.
DAVAMI » » | FORUMA |
| |
 |
 |
 |
|  |
|
|