|
|
 |
 |
 |
 |
[ Sayta qoyulub: 17:38 27.04.2010 ] Oxunub: 260
Farsların “azərbaycanlı” dini rəhbəri ləhcəni dildən ayıra bilmir?
Son zamanlar İran İslam Respublikası rəsmiləri təhlükəsizlik məsələsi ilə bağlı narahatlıqla danışırlar. Aprelin 25-də İranın ali rəhbəri ayətulla Xamneyi Daxili İşlər Nazirliyinin komandanları və məmurlarını qəbul edib. O, çıxışında silahlı qüvvələrin daha məsuliyyətli davranmasına toxunaraq, deyib: “Təhlükəsizlik qüvvələri öz güclərini göstərməklə yanaşı, xalqa qarşı çox səmimi və nəzakətli davranmalıdır. Bu, təhlükəsizlik qüvvələrimizin iki önəmli xüsusiyyətidir”.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 15:51 03.04.2010 ] Oxunub: 328
İran adlanan yerin Azərbaycandakı səfirliyinin əməkdaşı Xani Məhəmmədi ilə Aqil Ələsgər və Samir Əsədli arasında qarşıdurma oldu
 Əjdər Tağızadə: “Bu gün Azərbaycan türkləri azadlıq, istiqlal, tarixi təbii sərvətimiz Urmiya gölü isə su istəyir” Aprelin 2-də Dünya Azərbaycanlıları Konqresi (DAK) İran adlanan yerin Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirdi. Piket Güney Azərbaycanın Urmiya gölünün quruma təhlükəsiylə bağlı güneyli soydaşlarımızın bu gün həmin gölün ətrafında keçirməyi planlaşdırdığı simvolik aksiyaya dəstək xarakteri daşıyırdı.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:39 09.03.2010 ] Oxunub: 236
Əjdər Tağızadə: Qürbətdə keçən ömür
Tarix öz-özünə yazılmır. Tarixi yazanlar olur. Qəhrəmanlıq tarixindən danışıram. Bu tarixin yeni səhifələrindən birini yazan qəhrəmandan – Bütöv Azərbaycanın ərdəbilli oğlu Əjdər Tağızadədən söz açmaq istəyirəm. O, İran adlanan yerdə güneyli soydaşlarımızın milli və vətəndaş haqlarını çeynəyən fars şovinist rejiminə qarşı mübarizə aparan, Cənubi Azərbaycanın istiqlalı uğrunda fəaliyyət göstərən, ömrünün 20 ildən çoxunu bu amala həsr edən soydaşımızdır. 1986-cı ildən İsveç Krallığında siyasi mühacir həyatı yaşayan Ə.Tağızadə bu gün də irtica fars rejiminə qarşı yorulmaq bilmədən mübarizə aparır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:08 14.01.2010 ] Oxunub: 623
Samir Əsədli: "Fars rejiminin əsarəti altında yaşayan türklərin bir istəyi var: öz hüquqlarını əldə etmək və öz istiqlaliyyətinə qovuşmaq"
İranda vəziyyət hələ də gərgin olaraq qalır, sonuncu prezident seçkisindən sonra ölkədə sular hələ də durulmayıb. Əksinə, vəziyyət günü-gündən pisləşir. Etirazlar səngimir, hakimiyyət isə həmişə olduğu cəza aparatını işə salmaqla böyük repressiyalar həyata keçirir. Küçələrdə ölənlərin sayı-hesabı bilinmir. Hər zaman bu ölkədə baş verən proseslərdə aktiv iştirakıyla yadda qalan həmyerlilərimiz bu dəfə də fəaldırlar.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 15:21 30.11.2009 ] Oxunub: 255
20 milyon dollardan kimlər faydalanacaq?
İran dövlət radiosu, parlamentin qəbul etdiyi qanunla təsis edilən pulun eyni zamanda İrana qarşı sui-qəsdlərin və ABŞ ilə İngiltərənin insan haqqları pozuntuları iddialarının araşdırılması üçün istifadə ediləcəyini bildirib
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 21:04 23.11.2009 ] Oxunub: 216
O 700 min dollar girov ödəməklə yanaşı hərəkətindən peşiman olduğunu deməyə zorlanıb
İranın sabiq vitse-prezidenti Məhəmməd Əli Abtahi 700 min dollar girov müqabilində zaminə buraxılıb. Tehran prokuroru Abbas Cəfər Dolatabadi dövlət əlehinə fəaliyyətdə ittham olunaraq barəsində 6 il həbs cəzası kəsilən keçmiş vitse–prezidentin müvəqqəti buraxıldığını deyib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:48 16.11.2009 ] Oxunub: 288
Bu qudurğanlığın qarşısında nə vaxta qədər susacağıq?
İran adlanan yerin 3-cü kanalı kimi tanınan dövlət televiziyası Arazın hər iki tayında yaşayan Azərbaycan türklərini növbəti dəfə təhqir edib. "Yeni Çağ" AİA-nın GünAzTV-yə istinadən yaydığı məlumata görə, noyabrın 12-də telekanal məqsədyönlü şəkildə "Sərhəd səfəri" adlı bir sənədli film göstərib. Bu film isə başdan ayağa qədər Azərbaycan türklərini təhqir edən faktlarla doludur. Ümumiyyətlə, filmdə Arazın hər iki tayında yaşayan Azərbaycan türkləri bir-birinə düşmən göstərilməyə çalışılır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:32 15.11.2009 ] Oxunub: 238
İran Polisi İnternetə nəzarət etmək üçün xüsusi bölmə yaradıb
Bölmənin rəhbəri yerli kütləvi informasiya vasitələrinə bildirib ki, məqsəd fırıldaqçılıq, böhtan və təhqiramiz hərəkətlərə qarşı mübarizə aparmaqdır.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 19:55 11.11.2009 ] Oxunub: 144
"Azərbaycan cəlbedici ölkə olduğu üçün İran Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edib"
Bunu hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. "Burada İranın əsas məqsədi Azərbaycan vətəndaşlarının daha çox gedib-gəlməsində maraqlı olmasıdır".
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 19:25 07.11.2009 ] Oxunub: 209
Əcnəbi jurnalistlər azad olundu
Noyabrın 4-də İranda Beynəlxalq imperializmlə milli mübarizə günü keçirilən mitinqlər zamanı həbs edilmiş üç əcnəbi jurnalist azadlığa buraxılıb. Bu barədə Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi məlumat verib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 14:34 07.11.2009 ] Oxunub: 154
"Avropa İttifaqı özü Türkiyənin bu quruma üzv qəbul olunmasını istəməlidir"
Bunu Tehran rejimin prezidenti Mahmud Əhmedinejad Tehrandakı Prezident Sarayında NTV və TRT-nin suallarını cavablandırarkən bildirib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 19:25 02.11.2009 ] Oxunub: 189
Şovinistlər Qədim Azərbaycan şəhərində qalmağa qorxurlar
Fars rejimi paytaxtı Tehrandan köçürməyə hazırlaşır. Paytaxtın Tehrandan köçürülməsi onun seysmoloji cəhətdən təhlükəli ərazidə yerləşməsi ilə əsaslandırılıb. Qeyri-rəsmi məlumatlara görə, köçürülmə haqqında olan plan artıq ölkənin ali qanunverici orqanı tərəfindən təsdiqlənib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 20:37 27.10.2009 ] Oxunub: 149
Əlyar Səfərli: “Məqsəd ölkəmizdə casus şəbəkəsini daha da genişləndirməkdir”
İranın xarici işlər naziri Manuçöhr Möttəki Tehranda keçirdiyi mətbuat konfransında Azərbaycanla viza rejimini aradan qaldırmaq istəyində olduqlarını bəyan edib. Möttəki bildirib ki, Azərbaycanla əlaqələri inkişaf etdirmək üçün viza rejiminin aradan qaldırılmasını məqsədəuyğun sayırlar:
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 15:25 27.10.2009 ] Oxunub: 122
Tehran rejimi viza bəhanəsi ilə alimimizi zindanda saxlayır
Azərbaycanlı alim bir ildən artıqdır qanunsuz olaraq İranda İstintaq təcridxanasında saxlanılır. Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun Bioloji sistemlər fizikası laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyevin Hüquqlarını Müdafiə Komitəsi bu gün keçirdiyi tədbirdə alimin həbsi ilə bağlı məlumat verib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:46 26.10.2009 ] Oxunub: 143
Tehran rejiminin Azərbaycanda IV özəl sərgisi ilə bağlı hazırlanmış reklam lövhələrində yerləşdirilmiş xəritə saxtalaşdırılıb
Xəzərin hüququ statusunun müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin getdiyi bir vaxtda, İran Xəzər dənizinin Azərbaycan sektoruna iddiasını açıq şəkildə nümayiş etdirməkdə davam edir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:05 25.10.2009 ] Oxunub: 124
Fars rejimi daha dörd fəal həbs olunub
ETTELAAT əməkdaşları Aydın Teğipur, Mədinə Qasemi, Nevid Meşqat və Məhəmməd Məhəmmədlunu oktyabrın 23-də əvvəlcə polisə, daha sonra isə ETTELAAT idarəsinə aparıblar.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 20:19 24.10.2009 ] Oxunub: 223
«Traktorsazi»nin oyununda 65 min azarkeş milli şüarlar səsləndirdi
İran çempionatında çıxış edən Təbrizin «Traktorsazi» komandası oktyabırın 23-də öz meydançasında növbəti oyununu keçirib. "Yeni Çağ" AİA-ya Güney Azərbaycan Milli Oyanış Hərəkatından (GAMOH) verilən məlumatda bildirilir ki, stadionu dolduran 65 min azarkeş bütün oyun boyu milli şüarlar səsləndiriblər.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 14:45 23.10.2009 ] Oxunub: 142
"Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlər"
Güney Azərbaycan ədəbiyyatı haqqında yeni kitab işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsi tərəfindən hazırlanan "Cənubi Azərbaycan ədəbiyyatı tarixi XIX-XX əsrlər" kitabında XIX və XX əsrləri əhatə edən Güney Azərbaycan ədəbiyyatının tarixindən bəhs olunur. İki cilddə çap olunan kitabın redaksiya heyətinin üzvləri akademik Mirzə İbrahimov, filologiya elmləri doktoru, professor Teymur Əhmədov və filologiya elmləri doktoru Rəhim Əliyevdir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 13:58 05.10.2009 ] Oxunub: 168
İran adlanan yerin dövlət radiosu Azərbaycan bayrağını təhrif edib
İran adlanan yerin Milli Teleradio Şirkətinin rəsmi saytı Azərbaycan Respublikasının dövlət bayrağını təhrif edib. "Yeni Çağ" AİA-ın “Mediaforum”a istinadən yaydığı məlumata görə, saytda oktyabrın 4-də yerləşdirilmiş videomaterialın təqdimatında yer alan dövlət bayrağında səkkizguşəli ulduzun əvəzində İsrailin dövlət bayrağındakı simvol verilib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 21:22 30.09.2009 ] Oxunub: 146
Rejim artıq Xomeyninin varislərini təhqir etməyə başlayıb
İran adlanan yerin ikinci nüvə obyektinin aşkarlanması və son günlərdə keçirdiyi raket sınaqları beynəlxalq ictimaiyyətdə rəsmi Tehrana qarşı onun nüvə ambisiyaları ilə bağlı mövqeyi bir qədər də sərtləşdirmək yönümündə fikirlərə yol açıb. Lakin bəzi ekspertlər xarici münasibətlərdə nadinc davranış nümayiş etdirən hökumətin daxildə ciddi təhlükələrlə üzləşdiyini müşahidə edir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:48 25.09.2009 ] Oxunub: 107
İranda dərslər farsca başlayıb, Azərbaycan dili yada düşməyib
İranda məktəblər açılıb. Bu il İranda bir milyon iki yüz min şagird birinci sinfə gedib, 14 milyondan çox tələbə və təqribən bir milyon müəllim dərslərə başlayıb. Prezident seçkilərində, Mahmud Əhmədinejad da daxil olmaqla, bütün namizədlər ana dilində təhsil çağırışları və vədləri edib. “Vədlərə baxmayaraq, bu tədris ilində məktəblərdə ana dilində təhsil və ya ana dilinin tədrisi barədə heç bir addım atılmayıb”.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 19:11 23.09.2009 ] Oxunub: 119
Mollaların buynuzunun yeri gicişir
Fars rejimi bəyan edib ki, ölkədə uranın zənginləşdirilməsi məqsədi üçün yeni, təkmilləşdirilmiş tipli sentrifuqlar yaradılıb və onlar sınaqdan keçirilir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 15:17 20.09.2009 ] Oxunub: 131
“Helmsley” oteli farsbaşını qəbul etməyib
ABŞ-ın Nyu-York ştatında lüks “Helmsley” oteli İran adlanan yerin prezidenti Mahmud Əhmədinejadı qonaq kimi qəbul etməkdən imtina edib. “Yeni Çağ” AİA xəbər verir ki, şəhərinin mərkəzindəki Manhettanda yerləşən oteldə baş verən hadisə barədə ölkənin «New York post» qəzeti yazıb.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 07:44 15.09.2009 ] Oxunub: 116
Şiələrlə hökumət arasındakı vətəndaş müharibəsində 27 nəfər öldü
 Yəmən prezidenti Zeydi şiələrini İranın qızışdırdığını iddia edir Yəmənin şimalında orduyla Şiə üsyançılar arasında çıxan qarşıdurmada 27 adamın öldüyü bildirildi. "Yeni Çağ" AİA ərəb saytlarına istinadən bildirir ki, hökumət Zeydi qrupuna bağlı üsyançılarla aparılan döyüşlərdə 20 üsyançı və 7 əsgərin öldüyünü bildirib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 15:59 14.09.2009 ] Oxunub: 121
Heç bir qrup qətlə görə məsuliyyəti öz üzərinə götürməyib
İran adlanan yerdə sünni dini xadim Borhan Əli qətlə yetirilib. "Yeni Çağ" AİA-nin məlumatına görə, bu barədə Fars xəbərlər agentliyinin xəbərində bildirilir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 06:32 02.09.2009 ] Oxunub: 163
Güney Azərbaycanda amansızlıqla vəhşilik törədən “Sepah” əsgərlərinin şok tarixçəsi...
İran adlanan yerdə başlanan “demokratiya” dalğasına qarşı fars rejimi öz qanlı maşınını sürdü. Fars rejimi nə qədər gizlətsə də, artıq müxaliflərin işgəncəyə, hətta zorlanmaya məruz qaldığı faktını gizlədə bilmir. Oda bilinən həqiqətdir ki, Ali Ruhani Rejimə bağlı “Sepahi Pasdaran” (İnqilab Keşikçiləri) son nümayişlər zamanı iğtişaşlar çıxaraq, yüzlərlə demokratiya tərəfdarını qanına qəltan edib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 07:39 28.08.2009 ] Oxunub: 154
İran məhbəslərində zorlanma faktları təsdiqlənir
 «Təəssüf ki, iddialar təsdiqlənir. Bəzi seçki məhbusları doğrudan da dəyənəklər və «butulka»larla zorlanıblar» «Ən dəhşətlisi budur ki, onlar mənə elə şeylər elədilər ki, hətta allahsızlar və şeytana tapınanlar da eləməzdilər». İrandakı seçkisonrası olaylarda həbs olunanlardan biri belə deyirdi, etiraf edirdi ki, həbsxanada huşunu itirənə qədər döyülüb və zorlanıb da.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 12:12 15.08.2009 ] Oxunub: 124
BMT İranda həbs olunmuş nümayişçilərə işgəncə verildiliyini deyir
İranda həbs olunmuş nümayişçilərdən bir neçəsi döyülərək öldürülüb. Bunu prezidentliyə keçmiş namizədlərdən biri Mehdi Karrubi deyir. Hakim dairələr hələlik Karrubunun bu bəyanatına münasibət bildirməyib. Karrubi hələ bundan əvvəl internet saytında həbsxanada bir neçə qadın və kişinin zorlandığını bildirimişdi.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 12:42 14.08.2009 ] Oxunub: 152
Güney Azərbaycan türkləri Məşrutə İnqilabının ildönümünü Savalan dağında qeyd edib
Güney Azərbaycan türkləri Məşrutə İnqilabının 103-cü ildönümünü Savalan dağında qeyd ediblər. "Yeni Çağ"a daxil olan məlumata görə, bir qrup mədəni fəal ötən həftənin sonu alpinistlərlə birgə Savalan dağına yürüş ediblər. Dağda hərəkatçılar saz çalıb, şeirlər oxuyub, milli-mədəni istəklərini şüarlarla dilə gətiriblər. Eyni zamanda soydaşlarımız “bozqurd” işarələri altında “Yaşa, yaşa Azərbaycan!” şüarını səsləndiriblər.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 21:51 15.07.2009 ] Oxunub: 171
Zahidan həbsxanasında 13 nəfər sünnü dar ağacından asıldı
İyulun 14-də səhər tezdən İranın Zahidan şəhərinin həbsxanasında “Condollah” (“Allahın döyüşçüləri”) sünni təşkilatının 13 döyüşçüsü edam edilib. Prokurorluğun nümayəndəsi onların Zahidandakı partlayışda əllərin olduğunu bildirib.
DAVAMI » » | FORUMA |
| |
 |
 |
 |
|  |
|
|