Azəri Türk Đóńńęčé
WAPPDARSS
Axtar
ANA SƏHİFƏ
Manşet
Son xəbər
Gündəm
Rəsmi Xronika
Araşdırma
Siyasət
Müsahibə
Cəmiyyət
Sosial
Dünya
Türk Dünyası
Diaspora
Güney Azərbaycan
İqtisadiyyat
Kriminal
Press Klub
Müxtəlif
Tarix
Mənəviyyat
Şou biznes
İdman
Yaşam
Bu bizik
Bizimlə əlaqə
Facebook'ta Paylaş
Azərbaycan xalqının ümummilli liderinin saytı

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı



Azərbaycanın birinci xanımının saytı

Hər şey Azərbaycan haqqında


Baş redaktor:
Aqil ƏLƏSGƏR
Redaksiyaya zəng:
(+99455) 211-11-82

GÜNDƏM : HYATT REGENCY Hotelində möhtəşəm mərasim keçirildi - FOTO
[ Sayta qoyulub: 18:16 21.07.2010 ] Oxunub: 383

Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz Təmsilçiliyi “jurnalistləri mükafatlandırdı

Milli Mətbuat günü münasibəti ilə iyulun 21-də media sahəsində xidmətləri olan şəxslər mükafatlandırıldı. Bu münasibətlə Hyatt Regency otelində təqdimat mərasimi keçirilib. Mərasimi giriş sözü ilə açan Avrasiya Gazeteciler Derneğinin Qafqaz Təmsilçisi, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər tədbir iştirakçıların milli mətbuatımızın 135 illiyi ilə bağlı təbrik edib və keçirdikləri sorğunun ortaya çıxardığı nəticələr barədə danışıb. A.Ələsgər iki qardaş ölkənin mətbuatının münasibətlərinin daha da yaxşılaşmasına çalışdıqlarını sözlərinə əlavə edib.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : “Yeni Çağ” iyulun 25-də satışda olacaq
[ Sayta qoyulub: 12:48 17.07.2010 ] Oxunub: 117

Aqil Ələsgər: “Bəzi yayım firmalarının bürokratik əngəlləri bizi bir həftə geri saldı”

Xəbər verildiyi kimi, Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz təmsilçisi Aqil Ələsgərin rəhbərlik etdiyi “Yeni Çağ” qəzeti yenidən nəşrini bərpa edib. Ancaq qəzet bu ayın 18-də deyil, 25-də işıq üzü görəcək. Buna səbəb bürokratik əngəllərdir.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : "Yeni Çağ" qəzeti iyunun 18-də yenidən hər bazar köşklərdə!
[ Sayta qoyulub: 00:25 08.07.2010 ] Oxunub: 69

Bizim gəlişimizdən yenə biriləri narahat olacaq!!!

FORUMA


GÜNDƏM : Klintondan Qarabağ xahişi...
[ Sayta qoyulub: 03:26 07.07.2010 ] Oxunub: 86

İlham Əliyevi 5 rayonun geri qaytarılması ilə bağlı razılaşma əldə etdiyi iddia olunur

Xəbər verildiyi kimi, ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfər edərək, bir sıra rəsmilərlə görüşlər keçirib. Həmin görüşün ən əsası isə Azərbaycan prezidenti İlham Əliyevlə aparılan danışıqlar olub. Bağlı qapılar arxasında keçirilən görüşdə konkret olaraq detallı şəkildə hansı məsələlərin müzakirə edildiyi aydın deyil. Lakin bəlli olan odur ki, bu danışıqlarda Qarabağ məsələsi əsas mövzu olub.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Bir terror dövləti: Ermənistan
[ Sayta qoyulub: 01:45 06.07.2010 ] Oxunub: 80

Terroçular necə qəhrəmana çevrilir?

Terror dünyanın hal-hazırda əziyyət çəkdiyi ən ciddi problemlərdən biridir. Terroçuları dəstəkləyən bir çox ölkələr var ki, həmin ölkələr terroçulardan faydalanaraq öz siyasətlərini həyata keirirlər.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Hansı məmurlarımız narkotik maddələrdən istifadə edir?
[ Sayta qoyulub: 12:08 05.06.2010 ] Oxunub: 520

"999", "777", "555" şifrələrinin sirri...

Narkobiznesin Azərbaycan da illik dövriyyəsi 50-60 milyard dollardır

Dünyanı cənginə almış narkotika bəlası durmadan bir dəhşətli xəstəlik kimi geniş vüsət alır. Narkotikaya həm passiv, həm də aktiv şəkildə qurşananlar Allahın onlara bəxş etdiyi biricik ömürlərini bu şəkildə məhv edir. Ən acınacaqlı hal isə narkotikanın biz istəməsək də artıq bizim ətrafımızı yabanı sarmaşıq kimi sarımasıdır. Təsadüfü deyil ki, bu gün narkotik vasitələr "qaranlıq məkan"lardan açıq bazara çıxaraq artıq adi apteklərdə də satılır.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : 28 may Azərbaycanda Respublika Günüdür
[ Sayta qoyulub: 08:18 28.05.2010 ] Oxunub: 147

92 il əvvəl yaranan dövlət Şərqdə ilk demokratik respublika idi

28 may Azərbaycanda Respublika Günü bayram olaraq qeyd edilir. 92 il əvvəl - 1918-ci il mayın 28-də Şərqdə ilk dəfə demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) elan edilib. Bununla da Azərbaycan uzun illərdən sonra Rusiyanın müstəmləkəsi olmaqdan qurtulub. Müstəqillik Bəyannaməsi Milli Şuranın ilk toplantısında Tiflisdə qəbul edilib. Milli Şuraya Məmməd Əmin Rəsulzadə rəhbərlik edib. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoylu seçilib.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : İsmət Abbasovun erməni dili sevgisi İrəvanda tüğyan elədi
[ Sayta qoyulub: 15:30 13.05.2010 ] Oxunub: 204

“Mən erməni dilində danışıram, lakin 23 ildir ki, İrəvanda olmadığıma görə, bu məsələdə bəzi çətinliklərim var” deyən naziri su altında qalan rayonlarımız maraqlandırmır

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransı çərçivəsində Ermənistanda səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov İrəvanda keçirdiyi gənclik illərini xatırlayıb və mətbuat nümayəndələri ilə erməni dilində danışmağa başlayıb.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Şuşanın işğalından 18 il ötür
[ Sayta qoyulub: 06:36 08.05.2010 ] Oxunub: 127

1992-ci il mayın 8-nə keçən gecə erməni hərbi birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib

Azərbaycanın Şuşa şəhərinin işğalından 18 il ötür. 8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirib. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum çəkib. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirilib.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Sərdar Cəlaloğludan müxalifətin ünvanına kəskin ittihamlar
[ Sayta qoyulub: 21:49 04.05.2010 ] Oxunub: 238

"Bunlar deyir ki, səlahiyyət məndə olsun, məsuliyyət başqalarında. Mən qərar verim, kimlərsə küçələrdə qul kimi döyülüb, söyülsün"

Azərbaycan Demokrat Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu bəzi müxalifət liderlərinin birgə aksiya keçirmək istəyinə münasibət açıqlayıb. ADP sədri "ilk növbədə müxalifət liderləri səmimi müxalifət birliyi yaratmağa nail olmalıdırlar ki, sonra da səmimi birlik əsasında digər fəaliyyət göstərsinlər. Orqan olmasa, orqanın funksiyası ola bilməz. Mitinq funksiyadır. Bir yerdə oturub, söhbət edərək, hansısa məsələni həll edə bilmiriksə, mitinq kimi ciddi bir işi necə təşkil edə bilərik? Müxalifət liderləri bir araya gəlib bir stolun başında oturmaq istəmirlər. Mitinqi necə təşkil edəcəklər? Hərə öz kabinetində oturub, telefonla bir-birinə nəsə deyib, əlaqə yaradacaqlar? Bunların hamısı qeyri-səmimi yanaşmadır” söyləyib.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Misirdən İran və “Hizbullah”a zərbə
[ Sayta qoyulub: 18:43 02.05.2010 ] Oxunub: 107

İranın “Hizbullah”çı casuslarının İslam ölkələrində törədəcəkləri iğtişaşların qarşısı alınıb

Misirdə beş aya yaxındır ki, Livan Hizbullahının casuslarının məhkəmə prossesi başa çatdı və casuslar 15 il müddətinə həbs olundular. Misir hüquq-mühafizə orqanları tərəfindən altı ay öncə Livan Hizbullahına casusluq edən şəbəkəni yaxalamaqla əslində İranla əlaqələrinə də aydınlıq gətirib.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Baş prokurordan İrana qarşı şok suçlama
[ Sayta qoyulub: 17:27 27.04.2010 ] Oxunub: 188

Zakir Qaralov:“Qətlin sifarişçiləri İranın konkret dini dairələridir”

Respublika Prokurorluğunun korrupsiyaya Qarşı Mübarizə İdarəsində 48 cinayət işinin istintaqı aparılır. Bunu Baş prokuror Zakir Qaralov Milli Məclisin bugünkü iclasında çıxış edərkən deyib. O bildirib ki, korrupsiya ilə bağlı faktların araşdırılması bundan sonra da davam edəcək.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : ABŞ İrana qarşı dəstək naminə Rusiyanın bölgədəki “ayılığına” göz yumur
[ Sayta qoyulub: 04:50 24.04.2010 ] Oxunub: 81

Polşa və Qırğızıstan prezidentlərinin başına gətirilənlər Saakaşvilini qorxuya salıb

"Biz Rusiya ilə dostluq etmək istəyirik". Belə bir bəyanatla Gürcüstan prezidenti Mixail Saakaşvili CNN telekanalına müsahibəsində çıxış edib. Qeyd edək ki, müsahibənin əsas mövzusu Rusiya-Gürcüstan münasibətləri olub.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : “İslam və Media: Problemlər, Perspektivlər”
[ Sayta qoyulub: 17:55 08.04.2010 ] Oxunub: 274

Avrasiya Jurnalistlər Dərnəyinin Qafqaz Təmsilçiliyi və “Yeni Çağ” Analitik İnformasiya Agentliyi bu mövzuda Dəyirmii Masa keçirəcək

Sabah, saat 11.00-da Avrasiya Jurnalistlər Dərnəyinin Qafqaz Təmsilçiliyi və “Yeni Çağ” Analitik İnformasiya Agentliyi “İslam və Media: Problemlər, Perspektivlər” mövzusunda Dəyirmi Masada keçirəcək.Dəyirmi Masada Azərbaycanda fəaliyyət göstərən nüfuzlu QHT rəhbərləri, KİV rəhbərləri, elm və din xadimləri və media nümayəndələri iştirak edəcək. Media dəvətlidir. Ünvan: Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu Rəşid Behbudov küç. 8, mənzil 85/86, Bakı, Azərbaycan Tel: (+99 455) 2111182

FORUMA


GÜNDƏM : Uydurma Erməni Soyqırımı və Gerçəklər
[ Sayta qoyulub: 16:36 31.03.2010 ] Oxunub: 629

31 mart 1918-ci il: Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım günüdür

Cinayətinin cəzasız qalması yeni cinayətlərə rəvac verir

Tarix boyu ermənilər Azərbaycan xalqına qarşı təcavüzkar münasibət sərgiləyiblər. Hər zaman Azərbaycan xalqının düşmənlərinin maşası rolunu məharətlə oynayan erməni şovinistləri sərsəm "böyük Ermənistan" xülyasını həyata keçirmək üçün Cənubi Qafqazda iddia etdikləri əraziləri yerli sakinlərdən təmizləmək məqsədini qarşılarına qoyaraq, müntəzəm surətdə törətdikləri soyqırımı cinayətləri nəticəsində 2 milyon azərbaycanlını deportasiya etmiş və 1,5 milyon azərbaycanlını qətlə yetirmiş, qədim yaşayış məskənlərini, yurd yerlərini, tarix və mədəniyyət abidələrini yerlə yeksan ediblər.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Ali Məhkəmədən bayrağımıza hörmətsizlik (foto-fakt)
[ Sayta qoyulub: 05:18 30.03.2010 ] Oxunub: 418

Dövlət qurumları Azərbaycan bayrağına biganə yanaşırlar

Artıq neçəncü gündür ki, Ali Məhkəmənin üzərindəki bayrağımız yırtılmış vəziyyətdə dalğalanmaqdadır. Azərbaycan Prezidentinin bayrağımıza verdiyi önəmin yanında, mühüm dövlət qurumlarının üç rəngli bayrağımıza göstərdiyi bu münasibət heç də ürək açan deyil.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Baş yazarımız İstanbulda “18-ci ilində Xocalı Soyqırımını unutma!” kampaniyası keçirdi (FOTO)
[ Sayta qoyulub: 15:57 04.03.2010 ] Oxunub: 695

Türk Dünyası Araşdırmalar Vəqfi 18-ci ilində də Xocalı Soyqırımını unutmadı

Süleymaniyə Kültür Mərkəzində keçirilən konfransın məruzəçisi Aqil Ələsgər Türkiyənin 3 telekanalının da Ana Xəbər Proqramlarının qonağı oldu

Xəbər verildiyi kimi, Dünya Azərbaycanlıları Konqresinin Nəzarət Təftiş Komissiyasının sədri, Türkiyənin Avrasiya Jurnalistlər Birliyinin Qafqaz təmsilçisi və “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin direktoru Aqil Ələsgər Türkiyəyə işgüzar səfərini başa vuraraq vətənə dönüb.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Aqil Ələsgər İstanbulda işgüzar səfərdədir
[ Sayta qoyulub: 17:14 24.02.2010 ] Oxunub: 165

Baş yazarımız 26 Fevral Xocalı Soyqırımının 18-ci ildönümüylə əlaqədar Türkiyənin İstanbul şəhərində təşkil ediləcək tədbirlərə qatılmaq üçün İstanbula yola düşüb

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Nəzarət-Təftiş Komissiyasının sədri, “Yeni Çağ” Analitik İnformasiya agentliyinin direktoru Aqil Ələsgər 26 Fevral Xocalı Soyqırımının 18-ci ildönümüylə əlaqədar Türkiyənin İstanbul şəhərində təşkil ediləcək tədbirə qatılmaq üçün İstanbula yola düşüb.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Aqil Ələsgər təkzib etdi
[ Sayta qoyulub: 04:44 03.02.2010 ] Oxunub: 501

“Mən son bir həftə ərzində Azərbaycan mətbuatına açıqlama vermədiyim halda, adımdan açıqlama yazılması mətbu dəyərlərə hörmətsizlikdir”

Azərbaycanda azsaylı müstəqil portallardan olan
www.yenicag.az-ın baş redaktoru Aqil Ələsgərə qarşı zaman-zaman təxribatlar edilib. Gah adından e-mail açılaraq, müxtəlif şəxslər təhqir edilib, gah da özünü Aqil Ələsgərə yaxın göstərərək, ona qarşı müxtəlif tələlər təşkil edilib ki, Uca Allah hər dəfə baş yazarımıza bu problemlərdən qurtulmasına yardım edib. Sonuncu dəfə isə A.Ələsgərin adından tanınmayan bir həftəlik qəzetdə açıqlama yayımlanıb.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Aqil Ələsgər Gürcüstandan döndü
[ Sayta qoyulub: 02:01 23.01.2010 ] Oxunub: 307

DAK NTK sədri 20 yanvar günü mərhum prezident Heydər Əliyevin Tiflisdəki abidəsini ziyarət edərək, əklil qoyub

Dünya Azərbaycanlıları Konqresinin Nəzarət Təftiş Komissiyasının sədri, “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin direktoru Aqil Ələgər Gürcüstana işgüzar səfərdən geri qayıdıb. Bu barədə məlumat verən A.Ələsgərin sözlərinə görə, səfərin məqsədi 20 yanvarın 20-ci il dönümü münasibəti ilə Gürcüstanda keçirilən tədbirlərdə iştirak etmək olub:

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Baş yazarımız Gürcüstanda işgüzar səfərdədir
[ Sayta qoyulub: 20:54 19.01.2010 ] Oxunub: 250

DAK NTK sədri Aqil Ələsgər 20 Yanvar faciəsinin 20-ci ildönümüylə əlaqədar Tiflisdə keçiriləcək tədbirə qatılacaq

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Nəzarət-Təftiş Komissiyasının sədri, “Yeni Çağ” Analitik İnformasiya agentliyinin direktoru Aqil Ələsgər 20 Yanvar faciəsinin 20-ci ildönümüylə əlaqədar Tiflis şəhərində keçiriləcək tədbirdə iştirak etmək üçün Gürcüstana səfərə yola düşüb.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Dağıstan üzərindən Azərbaycana gizli təhlükə
[ Sayta qoyulub: 01:37 18.01.2010 ] Oxunub: 254

Fransada ermənilərə məxsus banklar və şirkətlərlə ortaq işbirliyinə malik olan Süleyman Kərimov regiondakı etnomafiya kimi formalaşan ləzgi qruplaşmasının üstün səviyyəyə malik olması yönündə 2008-2009-cu illərdə 100 milyon dollar maliyyə dəstəyi verib

11 oktyabr 2009-cu il tarixdə Dağıstanın Dərbənd şəhərində mer seçkisi zamanı ən iddialı namizdələrdən biri sabiq baş prokuror, Süleyman Stalski rayon icra hakimiyyətinin başçısı, “Sadval” təşkilatının lideri, bütün ləzgilərin “imam dax”ı (millət atası) İmam Yarəliyev idi. Dağıstanda ən zəngin şəxslərdən biri sayılan, ləzgi milyaderi Süleyman Kərimov onun mer seçilməsi üçün 110 min nəfər əhailisi olan Dərbənddə 30 milyon dollar vəsait xərcləmişdi.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Hansı partiya neçə bələdiyyə yeri “aldı”?
[ Sayta qoyulub: 04:57 14.01.2010 ] Oxunub: 230

Bəs deyirdilər Fazil Qəzənfəroğlunun partiyasında özündən başqa heç kim yoxdu?

Mərkəzi Seçki Komissiyası 2009-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri üzrə yekun statistik rəqəmləri açıqlayıb. Rəsmi məlumatına əsasən, bələdiyyələrə 19 partiyanın 11277 təmsilçisi seçilib. Bələdiyyə üzvü vəsiqələri partiyalar arasında belə bölünüb:

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Azərbaycan və Gürcüstanı təhdid edən “Avarıstan” siyasəti
[ Sayta qoyulub: 12:53 09.01.2010 ] Oxunub: 275

Azərbaycana qarşı hazırlanmış “Ləzgistan”, “Avarıstan”, “Talışstan”, “Arstax”, Gürcüstana qarşı “Acarıstan”, “Cevaxk Erməni”, “Avarıstan” siyasətlərinin əsl mahiyyəti isə Balkan sindromunun Qafqaz dövlətlərinə qarşı tətbiq olunmasıdır

Bu proyektlər ermənilərə məxsus strateji mərkəzlər tərəfindən hazırlanır Güney Qafqazda yeni münaqişə ocaqlarının yaranması üçün Rusiya üzərindən yeni projelər həyata keçirilməkdədir. Belə ki, 18-19-cu yüzilliklərdə olduğu kimi bu dəfə Rusiyada ağır maliyyə böhranlarına, hakimiyyətə qarşı kütləvi şəkildə etiraz hərəkatlarının başlanıla biləcəyinə görə proseslərin diqqətdən yayındırılması yönündə neoimperiya tərəfdarları üçün ermənilər onlara məxsus strateji mərkəzlər tərəfindən hazırlanmış yeni münaqişə ocaqlarının modelini təqdim ediblər.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Erməni açılımına dəstək üçün gülünc arqument
[ Sayta qoyulub: 01:04 04.01.2010 ] Oxunub: 238

Sən demə, dığalarla türklər qohummuşlar...

Erməni açılımına don geyindirmək üçün ən əttökən arqumentlərdən belə istifadə etməyi məqbul sayan AKP-Camaat mediası indi də yeni “arqument” kəşf ediblər. Qərbdən mayalanan AKP-Camaat mediası ermənilərlə türklərin genetik qohum olduqlarını iddia ediblər.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Bələdiyyə seçkiləri-2009
[ Sayta qoyulub: 03:51 24.12.2009 ] Oxunub: 499

YAP və MSK seçkinin nəticələrindən razıdır, müxalifət isə narazı

Dekabrın 23-də səhər saat 8.00-dan başlayaraq saat 19.00-dək Azərbaycanda bələdiyyə seçkiləri keçirilib. Budəfəki bələdiyyə seçkilərində 31 minə yaxın namizəd 1718 bələdiyyə üzrə 15 min 682 yer uğrunda mübarizə aparıbr. Namizədlərin 16 min 755-i siyasi partiyaların siyahıları üzrə, 14 min 73-ü fərdi qaydada, 147 nəfəri isə təşəbbüs qrupları tərəfindən irəli sürülüb.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Rusların Türküstan soyqırımları...
[ Sayta qoyulub: 21:54 22.12.2009 ] Oxunub: 212

Qırmızı Terror barədə bilmədiklərimiz...

Rusların Qafqazı və Azərbaycanı ələ keçirərkən törətdiyi vəhşiliklər barədə hər bir Azərbaycan bozqurdçusu az və ya çox dərəcədə məlumata malikdir. Lakin soyqırım və vəhşiliklə müşayət edilən rus işğalları Qazaxıstan və Orta Asiyada da qanlı izlər qoymuşdur. Bu barədə rus ədəbiyyatı və tarixi üzrə mütəxəssis, Nyu-Dehlidəki C. Nehru adına universitetin professoru xanım Kalpana Sahninin “Şərqin məhvi - Qafqaz və Mərkəzi Asiyada rus işğalı” adlı əsərindən parçaları göstərmək istəyirik.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Taliban Amerikanı diz çökdürdü
[ Sayta qoyulub: 22:12 17.12.2009 ] Oxunub: 224

NATO, Əfqanıstan üçün Rusiyanın qapısını döydü

Sovetlər, 1979-cu ildə Əfqanıstanı işğal etdiyi zaman əfqan mücahidlərlə döyüşən rusları bu ölkədən çıxarmaq üçün başda ABŞ və NATO olmaq üzrə bütün Qərb dövlətləri səfərbər oldu və dünya savaşının kəndarına gəlindi.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Rəzalət! AKP-nin erməni sevdası bitmir…
[ Sayta qoyulub: 19:56 16.12.2009 ] Oxunub: 220

Ermənistan və Türkiyə telekanalları birləşirlər

Ermənistanın Vanadzor bölgəsində yayımlanan “Lori” telekanalının nümayəndə heyəti başda direktor Armen Saxlyan olmaqla üçgünlük Türkiyənin Qars şəhərində səfərdə olublar. Erməni mətbuatının yazdığına görə, səfər Qarsın yerli telekanalı olan “Serhat”ın dəvəti əsasında baş tutub. Səfər tanışlıq və mümkün əməkdaşlıq sahələrini tapmaq məqsədi daşıyıb.

DAVAMI » »  |  FORUMA


GÜNDƏM : Azərbaycandakı geyim mağazasının sahibinə siyasət qadağan edildi
[ Sayta qoyulub: 05:26 14.12.2009 ] Oxunub: 237

Leyla Zananın "LC WAIKIKI"nin sahiblərindən biri olduğu bildirilir

Leyla Zana DTP-nin tədbirlərində iştirak etsə də, 9 Mart 2005-ci il tarixində reallaşan quruluş müddətinə qatılmadı. 2007-ci ilin mart ayında keçirilən konqresə qatılmamasına baxmayaraq Partiya Məclisi üzvlüyünə seçilən Zananın üzvlüyü Yargıtay Respublika Baş prokurorluğu tərəfindən haqqında daha əvvəl verilən siyasət qadağası səbəb göstərilərək ləğv edildi.

DAVAMI » »  |  FORUMA


« Əvvələ qayıtmaq[1] 2 3 ... 9 Sonrakı səhifə »


© Yeni Çağ Analitik İnformasiya Agentliyi, 2007-2009
Materiallardan istifadə zamanı yenicag.az linkinə istinad vacibdir.
Müəlliflərin mövqeyi agentliyin mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunan reklamların mətninə görə agentlik məsuliyyət daşımır.