|
|
 |
 |
 |
 |
[ Sayta qoyulub: 12:08 27.05.2010 ] Oxunub: 373
Avrasiya Qəzetçilər Dərnəyinin rəhbərliyi Rabitə və İnformasiya naziri Əli Abbasov və Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıçla görüşdü
 Türkiyəli qonaqların Bakıya işgüzar səfəri davam edir Xəbər verildiyi kimi Türkiyənin Avrasiya Qəzetçilər Dərnəyinin rəhbərliyi Bakıda işgüzar səfərdədir. Səfərin məqsədi Azərbaycan və Türkiyənin media qurumları arasında qarşılıqlı əlaqələrin inkişafı və Türk Dünyası ilə bağlı birgə proyektlərin həyata keçirilməsi üçün fəaliyyət planının müəyyənləşdirilməsidir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 00:57 15.05.2010 ] Oxunub: 273
Baş yazarımız Aqil Ələsgər uğurlu ictimai fəaliyyətinə görə, “Qızıl Kürə” Beynəlxalq Mükafatına layiq görüldü
 
Bu gün “Dünya Azərbaycanlıları” İctimai Mərkəzi və “Avrasiya” Araşdırma İctimai Rəy Mərkəzi “Excelsior” Hotelində “Qızıl Kürə” və “Qızıl Buta” Beynəlxalq Mükafatlarının təqdimetmə mərasimi keçirildi. Təqdimetmə mərasimində Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç, general-mayor Novruzəli Orucov, millət vəkilləri Cavanşir Paşazadə, Gülər Əhmədova, Eldar Quliyev, Əhəd Əhmədov, “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin direktoru Aqil Ələsgər, “Elçi” qəzetinin baş redaktoru Əli Həziquliyev, iş adamları və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 15:51 09.04.2010 ] Oxunub: 414
Aqil Ələsgər: "İslama qarşı düşüncələr “demokratiya məhsulu” kimi qiymətləndirilməməlidir"
Bu gün Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda “Yeni Çağ” Analitik İnformasiya Agentliyi və Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “İslam və Media: Problemlər və Perspektivlər” mövzusunda Dəyirmi Masa keçirildi. Tədbirdə Azərbaycanın tanınmış QHT rəhbərləri, ziyalıları, din adamları iştirak edirdilər. Dəyirmi Masanı giriş sözü ilə “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin direktoru, Avrasiya Qəzetçilər Dərnəyinin Qafqaz üzrə nümayəndəsi Aqil Ələsgər açdı.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:19 26.09.2009 ] Oxunub: 470
Bakı Təbriz” Xəbər Qrupu “Ən çox oxunan Milli portal hansıdır?” sorğusunun nəticələrini açıqladı
Bakı Təbriz” Xəbər Qrupunun “Ən çox oxunan Milli portal hansıdır?” sorğusu başa çatıb. “Yeni Çağ” Analitik İnformasiya Agentliyinə Bakı Təbriz” Xəbər Qrupundan verilən xəbərə görə, “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin internet səhifəsi (www.yenicag.az) 1143 nəfərin iştirak etdiyi sorğuda ən çox səs toplayan portallardan biri seçilib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 03:45 20.09.2009 ] Oxunub: 277
Əziz bacı və qardaşlar!
Sizi Ayların Sultanı Ramazan ayının başa çatması, bu əziz bayram münasibəti ilə təbrik edirik! Qoy bu bayram vətənimiz Azərbaycana, ümumilikdə Türk-İslam Dünyası üçün xeyirli-uğurlu olsun! Qoy bu bayram İslam Dünyasının üzərindəki qara buludların darmadağın olmasına, müsəlmanları İslamdan uzaqlaşdırmaq üçün min bir hiyləyə əl atan mənfur düşmənlərimizin pərişan olmasına səbəb olsun! Qoy bu Ramazan bayramı hər bir müsəlmanın sevincinə səbəb olsun və bu bir ay ərzində edilən bütün xeyirxah dualar gələn Ramazana qədər gerçəkəşsin! Qoy gülün ən gözəl qoxuyanı, çiçəyin ən gözəl açanı, ulduzun ən gözəl parlayanı, həyatın ən gözəl anı, Allah Təalanın cənnəti Məhəmməd ümmətinə nəsib olsun! Qoy by bayramda Allah Təala bütün ibadətləri qəbul edib, cəmi müslümin bütün günahlarını əhv etsin!
Dərin sayğı və ehtiramla
Aqil Ələsgər “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin kollektivi Azərbaycan Dinşünaslar Birliyinin İdarə Heyəti
“Yeni Çağ” AİA www.yenicag.az
FORUMA |
[ Sayta qoyulub: 15:26 07.09.2009 ] Oxunub: 249
Yayına başlayandan bu günə kimi 190 000 dəfə ziyarət olunan www.yenicag.az bu gündən etibarən analitik informasiya agentliyi kimi fəaliyyət göstərəcək
Bir soyuq fevral günü fədakar dostların meydana gətirdiyi “Yeni Çağ” qəzeti 2007-ci ilin sentyabr ayının 5-də öz internet səhifəsini oxucularına təqdim etdi. O gündən bəri Azərbaycanımızın bütün görünən və görünməyən düşmənlərindən ölüm təhdidləri almasına baxmayaraq, tutduğumuz haqq yoldan dönmədik... Dönməyəcəyik də... Çünki bizim qırmızı cizgilərimiz var və bu cizgiləri tapdalayan hər kəs qarşısında “Yeni Çağ”ı görəcəkdir...
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 20:11 19.07.2009 ] Oxunub: 238
Azərbaycan Dinşünaslar Birliyinin sədri bəzi mətbu orqanların onun fikirlərini kontekstdən çıxardığını bildirdi
Bəzi mətbuat orqanlarında Azərbaycan Dinşünaslar Birliyinin sədri Aqil Ələsgərə istinadən dərc olunan “Azərbaycan Dinşünaslar Birliyi də Həcc ziyarətindən imtina etməyi münasib bildi” cümləsi kontekstdən çıxarılıb. Aqil Ələsgər Allahın əmrlərindən olan Həcc Ziyarətindən imtina etmək barədə heç bir fikir bildirməmişdir. Əksinə, imkanı olan hər bir müsəlmanın bu vacib əməli yerinə yetirməli olduğunu qeyd etmişdir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 21:34 13.04.2009 ] Oxunub: 411
Baş yazarımızın reportajı Türkiyənin ən nüfuzlu qəzeti olan "Hürriyyət"də dərc olundu
Türkiyə-Azərbaycan münasibətlərində gərginləşmə davam edərkən, baş yazarımız Aqil Ələsgər anlamlı bir lahiyəyə imza atdı. Digər media quruluşlarından fərqli olaraq, Türkiyəni qınamaq yerinə, çətin şəraitdə yaşayan qaçqınlarımızın vəziyyətini və onların Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə münasibətini Türkiyənin ən nüfuzlu qəzeti olan "Hürriyyət" vasitəsi ilə Anadolu insanına çatdırdı. Baxmayaraq ki, "Yeni Çağ" bir il öncə bu gün yaşananları xəbər vermişdi vı o zaman bu gün Türkiyəni tənqid edənlərin çoxu bizi tənqid atəşinə tutmuşdu.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 17:14 02.03.2009 ] Oxunub: 639
“Yeni Çağ” qəzeti, Dünya Azərbaycanlıları Konqresi və Tələt Paşa Komitəsinin bərabər təşkil etdiyi konfransın ilk məruzəsini Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki baş konsulu Səyyad Adil oğlu Salahlı (Aran) etdi
 
Baş yazarımız Aqil Ələsgər son olaraq bu möhtəşəm konfransın təşkilatçılarından biri olaraq, “17-ci ilində Xocalı soyqırımını unutma” kampaniyasına Bahariyyədə yekun vuraraq, vətənə geri döndü Dünən “Yeni Çağ” qəzeti, Dünya Azərbaycanlıları Konqresi və Tələt Paşa Komitəsi İstanbulun Kadıköy bölgəsində yerləşən Bahariyyə Sənət Mərkəzində “17-ci ilində Xocalı soyqırımı” adlı konfrans keçirdi. Başda “Türk Kızılay”ının İstanbul nümayəndəliyi, Türk-Azərbaycan Dostluq, Kültür və Dayanışma Dərnəyinin başqanı Salih Bayraktar, baş katib Rasim Niftəliyev, Tələt Paşa Komitəsinin rəhbərləridən Hüseyn Erikli, “Önce Vatan” gündəlik siyasi qəzetinin xəbər müdiri M.Kemal Sallı, İstanbul F.Trafik Müfəttişləri Dərnəyinin rəhbərliyi olmaqla Türkiyədə fəaliyyət göstərən əksər diaspora təşkilatlarının və ictimai-siyasi təşkilatların nümayəndələrinin qatıldığı konfransda ilk məruzəçi Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki baş konsulu Səyyad Adil oğlu Salahlı (Aran) idi.Tədbir Böyük Azərbaycan Şairi Bəxtiyar Vahabzadənin "Mən Türkəm" şeirinin həzin milli musiqimizin sədası altında başladı. Şeiri Tələt Paşa Komitəsinin icra aparatının üzvü Nazlı xanım İşıldak oxudu.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:44 13.02.2009 ] Oxunub: 2438
Baş yazarımız TV NET və Ulusal Kanal televiziyalarında da çıxış etdi
  “Hürriyyət” qəzeti Prezident İlham Əliyevin suiqəsdlə bağlı açıqlamalarını “Azərbaycanın lideri Əliyev dünən tələsik döndüyü ölkəsində Azəbaycanın təsirli qəzetçisi Azərbaycan Yeni Çağ qəzetinin baş redaktoru Aqil Ələsgərin təhlillərini təsdiqləyən açıqlamalar verdi” deyə duyurdu Türkiyə Azərbaycanda baş verən suiqəsdə bizim mediamızdan daha çox yer verdi desək, yanılmarıq. Gemeral Rail Rzayevin vəfatından sonra türk telekanalları və mətbuatı bu xəbəri manşetlərinə daşıdılar. Türkiyənin ən nüfuzlu qəzeti sayılan “Hürriyyət” qəzeti isə məsələ ilə bağlı “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərin fikirlərinə geniş yer verdi. “Hürriyyət” qəzetindən başqa “TV NET” və “Ulusal Kanal” televiziyaları da canlı yayında Aqil Ələsgərin məsələ ilə bağlı fikirlərinə yer verdilər.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:48 27.12.2008 ] Oxunub: 285
DAK Nəzarət-Təftiş Komissiyasının sədri, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər Avropa səfəri ilə bağlı “Presspost” və RİA-ya danışdı
 “Bizim vəzifəmiz milyonlarla soydaşımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaqdır” "Dünya Azərbaycanlıları Konqresinin ən ümdə vəzifələrindən biri İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Güney Azərbaycan türkünün, eyni zamanda Dağlıq Qarabağ və Qərbi Azərbaycandan didərgin düşən milyonlarla soydaşımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycanın ərazisi işğal edilmiş bir ölkə, Azərbaycan Türklərinin parçalanmış bir xalq olduğunu bəyan etməkdir. Buna paralel olaraq da, lobbiçilik fəaliyyətinin gücləndirilməsinə çalışırıq. Belçika və İsveç səfəri də bu məqsədlərə xidmət edirdi. Yəni məqsəd Azərbaycan həqiqətlərini hər iki ölkənin ictimaiyyətinə çatdırmaq, Belçika və İsveçin ictimai-siyasi təşkilatları və bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Kərkük və digər türk diaspor qurumlarının rəhbərləri ilə görüşlər keçirmək olub. Səfər də son dərəcə uğurlu olub".
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:22 26.12.2008 ] Oxunub: 254
«Yeni Çağ» ilin qəzeti elan olundu
  «Gənc Liderlər» Uşaq Təşkilatı(GLUT) «Uşaqların Dostu» nominasiyası üzrə 2008-ci ilin ən fəal dövlət və media qurumlarının, millət vəkilləri və ictimai xadimlərin adını açıqlayıb. Bu barədə məlumat verən təşkilatın sədri Fərid Şahbazlı nəticələrin il ərzində aparılan araşdırma və monitorinqlər nəticəsində əldə olunduğunu bildirib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 13:59 12.12.2008 ] Oxunub: 230
İsveç Riksdagında Dağlıq Qarabağ və Güney Azərbaycan məsələləri səsləndirildi
Dekabrın 11-də Dünya Azərbaycanlıları Konqresi (DAK) Azərbaycanın taleyüklü məsələləri ilə bağlı daha bir ölkənin parlamentində dinləmələr keçirdi. Hazırda Avropada keçrilən görüşlərdə iştirak edən baş yazarımız, DAK NTK sədri Aqil Ələsgərin Stokholmdan verdiyi məlumata görə, İsveç Krallığının Riksdagında təşkil olunan yığıncaqda DAK rəhbərliyi, DAK Nəzarət-Təftiş Komissiyasının yetkililəri və DAK üzvləri ilə yanaşı Azərbaycanın İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəfael İbrahimov, İsveç Riksdagının 15-ə yaxın deputatı, bu ölkənin parlamentdə çoxluq təşkil edən Sosial-Demokrat və Moderat partiyalarının üzvləri, Güney Azərbaycan Konqresinin (GAK) sədri Abdulla Əmir Haşimi Cavanşir iştirak ediblər.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 18:58 10.12.2008 ] Oxunub: 242
Azərbaycanın taleyüklü məsələlərilə bağlı toplantını senator Berni Kollas açdı
Dünya Azərbaycanlıları Konqresi (DAK) Belçikada tədbirlərini davam etdirir. Dekabrın 8-də Avropa vaxtı ilə saat 14.00-dan 18.00-dək DAK-ın təşkilatçılığı və təşəbbüsüylə Belçika Senatında “Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində”, “Türkmənçay müqaviləsinin 180 illiyi” və “Parçalanmış xalq” mövzularında dinləmələr keçirildi. DAK həmsədrləri, DAK Daimi Şurasının sədri, DAK İdarə Heyətinin üzvləri, DAK Nəzarət-Təftiş Komissiyasının yetkililəri, DAK Məşvərət Məclisinin rəhbərliyinin, DAK Gənclər Təşkilatının, DAK Belçika və Rusiya nümayəndəliklərinin, DAK həmsədrlərinin müşavirlərinin, DAK Mətbuat Xidmətinin əməkdaşının, DAK fəallarının, Azərbaycanın Belçikadakı səfirliyinin, Belçika Senatının üzvlərinin, bu ölkənin ictimai-siyasi təşkilatların, Azərbaycan, Türkiyə, Kərkük türklərinin diaspor təşkilatlarının, Belçikanın və Türkiyənin kütləvi informasiya vasitələrinin əməkdaşlarının və s. qonaqların iştirakıyla keçirilən toplantını senator Berni Kollas açdı.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 17:46 10.12.2008 ] Oxunub: 232
Qərargaha Şərifə Özdəmir rəhbərlik edəcək
 Dekabrın 8-də Belçikanın paytaxtı Brüssel şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) Avropadakı daimi nümayəndəliyinin qərargahının rəsmi açılış mərasimi keçirildi. Tədbiri DAK həmsədri Sabi Rüstəmxanlı açaraq bildirdi ki, təşkilatın Almaniyanın Köln şəhərində keçirilən X qurultayında Avropa ölkələrindən birində daimi fəaliyyət göstərən ofisin açılması qərara alınmışdı. DAK-ın Rusiya Nümayəndəliyinin köməyilə qurultaydan bir müddət sonra Belçikada belə qərargah fəaliyyətə başladı:
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 08:21 09.12.2008 ] Oxunub: 358
DAK NTK sədri “Qubada tapılan toplu məzarlıqlar” mövzusuna toxundu
 "Burada qədimdən Azərbaycan türkləri ilə yanaşı yəhudilər, ləzgilər, avarlar və tatlar da var. Ermənilər isə heç vaxt milliyyətə əhəmiyyət verməyib, qarşısına çıxanları öldürüblər" Bu gün Belçika Parlamentinin Senatında keçirilən konfransda qəzetimizin baş yazarı, Dünya Azərbaycanlıları Konqresinin Nəzarət Təftiş Komissiyasının sədri Aqil Ələsgər “Qubada tapılan toplu məzarlıqlar” mövzusunda məruzə etdi. Həmin məruzəni qısa ixtisarla Sizə təqdim edirik.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 07:45 09.12.2008 ] Oxunub: 227
Dünya Azərbaycanlıları Konqresinin Brüsseldəki ofisində Türk Dərnəkləri Birliyi, “Tanış” İraq Türkmən Dərnəyi və Almaniya Türk Tələbə Dərnəklərinin rəhbərlikləri ilə görüşlər keçirilib
Sentyabrın 7-dən başlayaraq Dünya Azərbaycanlıları Konqresi (DAK) Belçikadakı kütləvi tədbirlərinə start verdi. Qəzetimizin baş redaktoru, DAK Nəzarət-Təftiş Komissiyasının sədri Aqil Ələsgərin verdiyi məlumata görə, ayın 7-də səfərlə bağlı Konqresin Brüssel şəhərində yerləşən daimi nümayəndəliyində yığıncaq keçirilib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 15:42 07.12.2008 ] Oxunub: 252
Baş redaktorumuz İsveç, Belçika, Danimarka, Almaniya və Avstriyada mühüm konfranslarda iştirak edəcək
Dünən qəzetimizin baş redaktoru, Dünya Azərbaycanlıları Konqressinin Nəzarət-Təftiş Komissiyasının sədri Aqil Ələsgər Belçikaya yola düşüb. DAK-ın 2008-2009-cu il iş planına uyğun şəkildə keçirilən silsilə tədbirlərdə iştirak edəcək Aqil Ələsgər bildirib ki, Brüsseldə parlamentarilərlə görüşlər keçiriləcək.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 01:51 19.11.2008 ] Oxunub: 255
Sabir Rüstəmxanlı səfirə Azərbaycanın başına gətirilmiş müsibətlər barədə məlumat verib
Dünən Dünya Azərbaycanlıları Konqresinin rəhbərliyi Norveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cənab Jon Ramberglə görüşüb. Norveç səfirliyində keçirilən görüşdə DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərviznia, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK Nəzarət Təftiş Komissiyasının sədri Aqil Ələsgər iştirak edib.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 04:28 05.11.2008 ] Oxunub: 689
Aqil Ələsgər: “Onsuz da yürüdüyümüz bu şərəfli yolda sağdan da, soldan da “vururlar”, Belçikadan bir-iki ermənipərəstin, fətullahçının kölgəmizi qılınclamağı ilə dünya dağılmayacaq ki?”
 “Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun təşəbbüsü ilə keçiriən görüşlərlə etdikləri ayıbı eyniləşdirmələri yusif cinalların, cəlil gündoğduların zehniyyət qısırlığını göstərir”
"Biz Azərbaycanı sevdiyimiz qədər Türkiyəni sevirik! Biz Türkiyəni sevdiyimiz üçün yazırıq, tənqid edirik. Başqa bir ölkənin, məsələn İranın səfiri deyil, prezidenti belə ermənilərə xoş görünmək istəsə, yaltaqlıq etsə, uzaqbaşı deyərik ki, cəhənnəmə qədər yolun var" Bu kimi hücumlar bizi qorxutmaz, əksinə onlar bizim üçün karvan yolunun kənarında dayanan dördayaqlılara bənzəyirlər. Karvan dördayaqlıların çıxardıqları səsdən dolayı dayanır ki, biz də bunların hay-küyü ilə qutsal davamızdan vaz keçək
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:31 31.10.2008 ] Oxunub: 272
Aqil Ələsgər: "Azərbaycan İslam dövlətləri və nüfuzlu islam alimləri tərəfindən "darül-sülh" elan olunduğu üçün cihada cəhd belə yolverilməzdir"
Son zamanlar ölkədə fəaliyyət göstərən bir sıra dini icmaların fəaliyyətində xoşagəlməz nüanslar qeydə alınıb. Belə ki, ayrı-ayrı qruplar və ələlxüsus da Rusiyanın xüsusi xidmət orqanları tərəfindən təşkilatlanan bu cür dini icmalar din xadimləri, əhali və bütövlükdə ölkə miqyasında anti-humanist təbliğat-təşviqat kampaniyası həyata keçirir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 02:57 29.10.2008 ] Oxunub: 259
ADB sədri Aqil Ələsgər bu təşəbbüsü dəstəkiləyir
Ucar rayonunda yas mərasimləri zamanı "cümə axşam"ı və "üç" mərasimlərinin ləğv olunması əhali tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilib. Gəncə, Şəki, Bərdə və Naxçıvan şəhərlərində əhali arasında apardığımız araşdırmaların nəticəsi bunu deməyə əsas verir.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 01:49 13.10.2008 ] Oxunub: 766
Baş redaktorumuz Aqil Ələsgər Prezident seçkisi ilə bağlı keçirilən rəy sorğusunun nəticələrini açıqladı
“Yeni Çağ” qəzeti www.yenicag.az saytı vasitəsi ilə “Azəbaycan Dindarı 2008-ci ildə kimin Prezident seçilməsini istəyir?” mövzusunda keçirdiyi sorğunu yekunlaşdırıb. “Yeni Çağ” qəzetinin baş redaktoru, Azərbaycan Dinşünaslar Birliyinin sədri Aqil Ələsgər 352 nəfərin qatıldığı sorğunun nəticələrini açıqlayıb. Aqil Ələsgərin sözlərinə görə, 19 ölkədə yaşayan (Azərbaycan, ABŞ, Rusiya Federasiyası, İsveç, Belçika, Türkiyə, Almaniya, Fransa, Hollandiya, Gürcüstan, Ukrayna, Qatar, Kuveyt, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Danimarka, İtaliya, Böyük Britaniya, Kanada) soydaşlarımızın qatıldığı sorğunun nəticəsi aşağıdakı kimidir:
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 01:10 22.09.2008 ] Oxunub: 876
11 ayın sultanına – Ramazan ayına həsr olunan məclisə yerli və xarici ictimai təşkilatların rəhbərləri, din xadimləri, media rəhbərləri və mənsubları, elm xadimləri, partiya rəhbərləri və çoxsaylı gənclər təşkilatlarının rəhbərləri və üzvləri qatıldılar
Azərbaycan Dinşünaslar Birliyinin müqəddəs Ramazan ayı ilə bağlı tədbirləri davam edir. Belə tədbirlərdən biri sentyabr ayının 20-də keçirildi. Aqil Ələsgərin rəhbərlik etdiyi ADB rəhbərliyi «Görüş» restoranında 11 ayın sultanı olan Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil etdi. İftar məclisini ADB sədri, «Yeni Çağ» qəzetinin baş redaktoru Aqil Ələsgər açaraq, iftar süfrəsinə gələn qonaqları salamladı və iftar duası ilə yanaşı günü gündən çiçəklənən Azərbaycanımızın daha da güclü olması üçün dua etdi.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 14:54 18.09.2008 ] Oxunub: 1250
Aqil Ələsgərin rəhbərlik etdiyi qurum Azərbaycan dindarlarını İlham Əliyevə səs verməyə çağırdı
Dünən Azərbaycan Dinşünaslar Birliyinin İdarə Heyəti növbəti toplantısını keçirmişdir. İdarə Heyətinin katibi Rəşad Səfərovun «Yeni Çağ»a verdiyi məlumata görə, dinşünas Aqil Ələsgərin rəhbərlik etdini İH-nın son toplantısında iki məsələ müzakirə olunmuşdur.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 14:51 18.09.2008 ] Oxunub: 333
Azərbaycan Dinşünaslar Birliyi və “Yeni Çağ” qəzeti 11 ayın Sultanına həsr olunmuş xüsusi buraxılış nəşr etdirdilər
Azərbaycan Dinşünaslar Birliyi və “Yeni Çağ” qəzeti müqəddəs Ramazan ayı münasibəti ilə Azərbaycan dindarları üçün xüsusi buraxılış hədiyyə etdi. Hər il Ramazan ayında müxtəlif tədbirlər həyata keçirən ADB İdarə Heyəti və “Yeni Çağ” qəzetinin kollektivi bu dəfə Ramazan ayının və orucun gözəlliklərinə həsr olunmuş özəl buraxılışla oxucularının görüşünə gəldilər. 11 ayın Sultanı Ramazana həsr olunmuş xüsusi buraxılışda orucluq, Ramazan ayı və Ramazan bayramı ilə bağlı bütün suallara cavab tapmaq mümkündür. “Yeni Çağ”ın xüsusi buraxılışını bütün qəzet köşklərindən əldə edə bilərsiniz...
FORUMA |
[ Sayta qoyulub: 03:02 21.08.2008 ] Oxunub: 573
““Əbu Bəkr” məscidinə atılan partlayıcı maddənin əsl hədəfi hər hansı bir dini qrup deyil, bütövlükdə Azərbaycan Dindarlarıdır”
Dünən Azərbaycan Dinşünaslar Birliyinin İdarə Heyəti növbəti iclasını keçirmişdir. ADB sədri Aqil Ələsgərin rəhbərlik etdiyi iclasda Azərbaycandakı dini durum və son günlər yaşanan olaylar müzakirə olunmuşdur. İclasın sonunda Nərimanov rayon “Cümə” məscidində (“Əbu Bəkr” məscidi) baş verən qanlı terror hadisəsi ilə bağlı bəyanat qəbul olunmuşdur.
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 03:14 08.08.2008 ] Oxunub: 579
"Ancaq bu o demək deyil ki, dini sektaların fəaliyyəti nəzarətdən kənarda qalmalıdır"
Azərbaycan Dinşünaslar Birliyinin sədri, baş yazarımız Aqil Ələsgərin “Olaylar” qəzetinə verdiyi müsahibə - “Müõtəlif adlar altında siyasi poseslərə müdaõilə edən və siyasi oyunların iştirakçısı olan dini sektaların hər biri Azərbaycan üçün təhlükəlidir” - “Din elə bir mənəfi ehtiyacdır ki, onu Azərbaycan dövlətii ödəməsə, onun yerinə həmin ehtiyacı İsrail, İran və yaõud Amerika ödəycək” - “Xristian dini təşkilatlar humanitar yardım adı altında Azərbaycanda müõtəlif məqsədlər üçün fəaliyyətlərini davam etdirirlər” - “İnkişaf etmiş ölkələr özlərində fəaliyyətinə qadağa qoyduqları dini sektaları üçüncü dövlətlərə iõrac edirlər” - “Əbubəkr məscidini siyasi oyunlara çəkmək istəyirlər…”
DAVAMI » » | FORUMA |
[ Sayta qoyulub: 19:04 16.06.2008 ] Oxunub: 1029
Aqil Ələsgər: “Azərbaycana qarşı ən böyük iki gizli təhlükə mövcuddur: İran və Fətullah Gülən Şəbəkəsi”
 “Bu gün DAK kənar, ayrı-ayrı kəşfiyyat orqanlarına bağlı ünsürlərdən təmizlənib” "Bizimsöz": Xəbər verdiyimiz kimi, qonağımız Dünya Azərbaycanlıları Konqresinin Nəzarət Təftiş Komissiyasının sədri, Azərbaycan Dinşünaslar Birliyinin sədri, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgərdir.
DAVAMI » » | FORUMA |
| |
 |
 |
 |
|  |
|
|