Azəri Türk Ðóññêèé
WAPPDARSS
Axtar
ANA SƏHİFƏ
Manşet
Son xəbər
Gündəm
Rəsmi Xronika
Araşdırma
Siyasət
Müsahibə
Cəmiyyət
Sosial
Dünya
Türk Dünyası
Diaspora
Güney Azərbaycan
İqtisadiyyat
Kriminal
Press Klub
Müxtəlif
Tarix
Mənəviyyat
Şou biznes
İdman
Yaşam
Bu bizik
Bizimlə əlaqə
Facebook'ta Paylaş
Azərbaycan xalqının ümummilli liderinin saytı

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı



Azərbaycanın birinci xanımının saytı

Hər şey Azərbaycan haqqında


Baş redaktor:
Aqil ƏLƏSGƏR
Redaksiyaya zəng:
(+99455) 211-11-82

MANŞET : VHP Milli Məclisə yeni simalarla gedir
[ Sayta qoyulub: 01:59 23.08.2010 ] Oxunub: 447

80 dairədən namizəd irəli sürəcək partiyanın 15 saylı Yasamal I dairəsindən namizədi “Yeni Cağ” qəzetinin baş redaktoru Aqil Ələsgərdir

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) parlament seçkilərində 80-dən çox seçki dairəsindən namizəd irəli sürəcək. Partiya namizəd siyahısını artıq yekunlaşdırmaq üzrədir. Partiyanın təşkilat şöbəsinin müdiri Samir Əsədli sayta VHP-nin 15 namizədinin siyahısını açıqlayıb. Tam namizədlər siyahısı isə növbəti həftə açıqlanacaq.

DAVAMI » »  |  FORUMA


MANŞET : “Əbu Bəkr” məscidinə qarşı terrorun üzərindən 2 il keçir...
[ Sayta qoyulub: 06:51 17.08.2010 ] Oxunub: 1151

Terrora məruz qalan məscidin imamı Qamət Süleyman: “Özümə qarşı terror hadisəsini gözləyirdim, ancaq məscidə qarşı yox”

“Əbu Bəkr” məscidinin bağlanmasının üzərindən iki il ötür. Bu iki il ərzində nə baş verdi? Nədən terrora məruz qalan məscidin qapısının qıfılları sökülməyib? “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin suallarını “Əbu Bəkr” məscidinin imamı, Nərimanov rayon Dindarları İcmasının sədri Qamət Süleyman cavablandırır.

DAVAMI » »  |  FORUMA


MANŞET : Qəzzə Ərdoğanı Qəddafiyə dəyişdi
[ Sayta qoyulub: 09:00 15.07.2010 ] Oxunub: 184

Liviyanın yardım gəmisi fələstinlilərin seçim dəyişikliyinə səbəb oldu

Liviyanın Qəzzəyə kömək gəmisi göndərməsi Qəzzədə son dövrdə məşhur olan Türkiyənin baş naziri Ərdoğanın yerini Liviya lideri Qəddafinin almasına səbəb oldu. Liviyanın göndərdiyi gəmi, İsrailin çağırışlarını qəbul edərək Əl Ariş limanına yönəldi. Ancaq Qəzzə Limanında Qəddafi fotoşəkilləriylə gözləyən Qəzzə xalqı, gəmi üçün dua edirdi

DAVAMI » »  |  FORUMA


MANŞET : Klintondan Azərbaycan müxalifətinə incə mesaj
[ Sayta qoyulub: 04:01 07.07.2010 ] Oxunub: 254

Gənclərə vaxt ayıran ABŞ rəsmisinin müxalifətlə görüşməməsi nə anlama gəlir?

ABŞ-ın xarici işlər naziri Hillari Klinton Bakıya səfəri zamanı müxalifətlə görüşməməsi ciddi müzakirə mövzusuna çevrildi. Müxalifətlə görüşməyən xanım Klinton gənclərlə görüşməyə vaxt tapdı. Bunun özü də ciddi mesaj daşıyır.

DAVAMI » »  |  FORUMA


MANŞET : Klinton Azərbaycanda çevriliş ediləcəyinin işarəsini verdi?
[ Sayta qoyulub: 01:34 06.07.2010 ] Oxunub: 288

Türkiyədə ABŞ Xarici İşlər Nazirinin Qafqaz səfəri “Azərbaycanda çevriliş olacaq” qənaəti yaradıb...

ABŞ Xarici İşlər Naziri Hillari Klintonun Qafqaz səfərini Azərbaycandan başlatması və “Azərbaycanda demokratiyanın inkişafı üçün hər cür yardıma hazırıq” deməsi Türkiyədə fərqli anlaşılıb. Türkiyənin “Vətən” qəzetinin yazarı Fikrət Bila bunun çevriliş ola biləcəyini yazıb.

DAVAMI » »  |  FORUMA


MANŞET : Bu gün Milli Qurtuluş günüdür
[ Sayta qoyulub: 12:55 15.06.2010 ] Oxunub: 312

18 il əvvəl ölkədə başlanan vətəndaş müharibəsi hakimiyyəti Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur etdi

Aqil Ələsgər və "Yeni Çağ" Analitik İnformasiya Agentliyinin kollektivi bu gün münasibəti ilə Azərbaycan xalqını təbrik edir!

Bu gün Azərbaycanda Milli Qurtuluş günüdür. 18 il əvvəl ölkədə başlanan vətəndaş müharibəsi hakimiyyətin siyasi rəhbərliyini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur etdi. 1993-cü ilin iyununda Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı.

DAVAMI » »  |  FORUMA


MANŞET : “ABU Petrol”da kütləvi istefalar başlayıb
[ Sayta qoyulub: 08:28 12.06.2010 ] Oxunub: 225

Şirkətin yeni rəhbəri Vüqar Bayramov iş saatını 14 saata çıxarıb, operatorların bəxşişinə də göz dikib

Hansı vəzifəli məmurun oğlu yanacaqdoldurma stansiyasında havaya atəş açdı?

“Abu Petrol”larda qiyam olacaq. Bu barədə “Yeni Çağ” AİA-a xəbər verən mənbənin sözlərinə görə, artıq sıravi işçidən rəhbər heyətə qədər hər kəs “partlamağa hazır bomba” kimidir. Şirkətin özəl sirrlərinə bələd olan həmin şəxsin sözlərinə görə, sabiq iqtisadi inkişaf naziri Heydər Babayev vəzifəsindən çıxarıldıqdan sonra qardaşı Yaşar Babayev də “Abu Petrol”dan uzaqlaşdırılıb və onun yerinə təyin olunan Vüqar Bayramov şirkət əməkdaşlarına zülm edir.

DAVAMI » »  |  FORUMA


MANŞET : Türkiyədəki “Kamal Kılıçdaroğlu” rüzgarının pərdəarxası
[ Sayta qoyulub: 04:37 23.05.2010 ] Oxunub: 748

CHP-nin yeni başqanı və ətrafında yaşananlar Ərdoğanın hakimiyyətə gəldiyi dövrü xatırladır

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) yeni liderini seçdi. CHP-nin yeni lideri Kamal Kılıçdaroğlu oldu. Bu gün Türkiyənin paytaxtı Ankarada keçirilən qurultay zamanı Kamal Kılıçdaroğlu 1246 seçicinin 1189-nun səsini alaraq səsçoxluğunu toplamaqla liderliyi əldə edə bildi. CHP-nin sabiq rəhbəri Dəniz Baykal isə qurultaydan sonra xələfinə zəng edərək, təbrik edib. Bu aysberqin görünən tərəfidir. Bəs görünməyən tərəfində nələr olur?

DAVAMI » »  |  FORUMA


MANŞET : Azərbaycanın kənd təsərrüfatı sellər altında qalıb
[ Sayta qoyulub: 20:31 11.05.2010 ] Oxunub: 197

Kənd Təsərrüfatı Naziri İsmət Abasov isə ermənilərlə birlikdədir

Bu gün Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti nazir İsmət Abasovun Ermənistana səfəri ilə bağlı açıqlama yayıb. Məlumatda bildirilir ki, səfərdə məqsəd İrəvanda keçirilən Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının 36-cı sessiyasında (11-12 may) və BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci Regional konfransında (13-14 may) iştirak etməkdir. Nazirin Ermənistana səfəri məhz adı çəkilən beynəlxalq təşkilatların dəvəti əsasında reallaşıb.

DAVAMI » »  |  FORUMA


MANŞET : Xamneyi yalan danışır, yoxsa İrandan xəbəri yoxdur?..
[ Sayta qoyulub: 06:48 08.05.2010 ] Oxunub: 375

“Qarabağdakı seperatçı rejimlə hər cür əlaqə haramdır” deyən Ayətullah Xamneyini İranın “Mehr” Agentliyi yalançı çıxardı


Rəsmi agentlik “İranın Dağlıq Qarabağdakı separatçı rejimə təkcə keçən il 1 milyon dollarlıq kənd təsərrüfatı texnikası satdığını” açıqladı

DAVAMI » »  |  FORUMA


MANŞET : İranın casus şəbəkəsi çökdürüldü (yenilənib)
[ Sayta qoyulub: 04:21 02.05.2010 ] Oxunub: 450

Kuveytdə Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin tərkibindəki İranın Keşikçilər Qvardiyasının agentləri ifşa olunub

Casusların İrana müalicə, dini yerlərin ziyarəti və turist səfərləri adı altında getdikləri və İslam İnqilabı Keşikçiləri Qvardiyasının zabitləri ilə görüşərək, ABŞ-ın Kuveytdəki bazaları barəd əldə edilən kəşfiyyat məlumatlarını ötürürdükləri üzə çıxıb

Yəməndən sonra Kuveytdə İrana çalışan casus şəbəkəsi çökdürüldü. “Yeni Çağ” AİA “əl-Arabiyyə” telekanalına istinadən xəbər verir ki, Kuveyt hüquq-mühafizə orqanları bu günə qədərki ən böyük əməliyyata imza atıblar. Onlar Kuveyt Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin tərkibindəki böyük casus şəbəkəsini ifşa və həbs ediblər. Həmin şəxslərin İranın Keşikçilər Qvardiyası tərəfindən ələ alındığı önə sürülür.

DAVAMI » »  |  FORUMA


MANŞET : 30 aprel Tələbə-Polis qarşıdurması günü oldu
[ Sayta qoyulub: 20:37 30.04.2010 ] Oxunub: 156

Neft Akademiyasındakı terrorun anım günü aləm qarışdı

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsinin üzərindən bir il keçdi. Onlarla ailəni göz yaşına boğan hadisənin ildönümü günü polis fövqəladə iş rejiminə keçdi. Akademiya rəhbərliyinin laqeyd münasibət göstərdiyi hadisəyə gənclər həssas reaksiya göstərdilər. Nə oldusa elə buna görə oldu. Polislə gənclər bir-birinə girdi. Bu arada Baş Prokurorluqdan da ötən ilki hadisə ilə bağlı önəmli açıqlama gəldi. Bütün bu hadisələrlə bağlı xəbər toplusu aşağıdadır.

DAVAMI » »  |  FORUMA


MANŞET : Şok! İranda sünnilərin camaat namazı qılmaları qadağan edildi
[ Sayta qoyulub: 13:46 28.04.2010 ] Oxunub: 539

İslam Dünyası farsların şok qərarı ilə sarsıldı

İran İslam Respublikasının Məzhəblərarası Yaxınlaşma Komitəsinin rəhbəri Ayətullah Məhəmməd Əli Təsxirinin Bakıda dedikləri ilə İranda baş verənlər ziddiyyət təşkil edir

DAVAMI » »  |  FORUMA


MANŞET : Erməni-türk münasibətlərində “səssiz diplomatiya” dövrü
[ Sayta qoyulub: 04:18 24.04.2010 ] Oxunub: 126

AKP hökuməti bundan sonra Ermənistanla dialoqu gizli şəkildə aparmaq və avqustda sərhədləri açmaq barədə plan cızır

Ərdoğanın “Dağlıq Qarabağ bizim şərtimiz deyil” sözlərindən sonra Gülün “İndi səssiz diplomatiyaya ehtiyac var. Onsuz da uzun müddətdir səssiz diplomatiya aparılır.” sözləri Türkiyə-Ermənistan münasibətlərinin yenidən qapalı qapılar ardında yürüdüləcəyindən xəbər verir. Nə vaxta qədər? Bəzi mənbələr Ermənistanın “naz” siyasəti ilə AKP-nin cəsarətsiz davranışlarının avqustda “bəhrə” verəcəyindən xəbər verir. Yəni, bu gün küsmüş kimi görünsələr də, Türkiyə-Ermənistan sərhədləri avqustda açıla bilər.

DAVAMI » »  |  FORUMA


MANŞET : Bildiriş! Aprelin 24-ü: Bizim günümüz!!!
[ Sayta qoyulub: 21:17 18.04.2010 ] Oxunub: 97

Hörmətli oxucular!

Bir neçə həftədən bəri bizdən asılı olmayan səbəblərdən dolayı saytımız tam gücü ilə çalışa bilmir. İstər iqtisadi problemlər, istərsə də əlimizdəki texnikanın müxtəlif səbəblərdən, ən başlıcası bizim varlığımızı həzm edə bilməyən qüvvələrin hücumları ilə tez-tez sıradan çıxması işlərimizdə ciddi nöqsanlar yaratmışdır. Hazırda “Yeni Çağ”ın kollektivi bu problemlərin həlli ilə ciddi şəkildə məşğuldur. Allah Təala nəsib edərsə, bu ayın 24-dən etibarən aktiv şəkildə yenidən Sizin xəbər və bilgi qaynağınız olacağıq.

Hörmətlə, “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin rəhbərliyi

FORUMA


MANŞET : Rusiyadakı terror hadisəsinin sifarişçisi İrandır
[ Sayta qoyulub: 03:29 05.04.2010 ] Oxunub: 269

Kremllə Ağ Evin anlaşması Fars rejimini çeçenlərlə əlaqə qurmağa sövq edib

Rusiyada baş verən son terror hadisəsindən sonra müxtəlif şərhlər verildi. Dokka Umarovun başçılıq etdiyi “Qafqaz İslam Əmirliyi” adlı çeçen qrupu terrora görə, məsuliyyəti öz üzərinə götürsə də, rus rəsmiləri “çeçenlərin bunu edəcək gücü yoxdur” dedilər. Əslində, iki tərəf də haqlı ola bilər.

DAVAMI » »  |  FORUMA


MANŞET : Azərsaytda ALLAH təhqir edildi (FOTO-FAKT)
[ Sayta qoyulub: 05:10 30.03.2010 ] Oxunub: 642

Ateist sürüsünün dinimizə qarşı təhqirləri həddini aşdı

“Ucuz ətin şorbası” nə olarsa, internetdə pulsuz səhifələrin çoxalması da mənfilikləri üzə çıxarır. Hazırda AZAD SÖZün azacıq da olsa qorunduğu bu məkanı bir sıra avanturistlər murdarlamaqdadırlar.

DAVAMI » »  |  FORUMA


MANŞET : Rədd olsun fars şovinizmi!!!!!!
[ Sayta qoyulub: 19:16 22.02.2010 ] Oxunub: 387

DAK İran adlanan yerin səfirliyi qarşısında möhtəşəm aksiya keçirdi

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) İran adlanan yerin Azərbaycan Respublikasındakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan aksiyada iştirakçılar qonşu ölkədə Azərbaycanın dövlət atributlarının təhqir olunmasına, konsulluğun qarşısında aksiya keçirilməsinə, eyni zamanda öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın soydaşımızın milli-mədəni hüquqlarının pozulmasına dinc şəkildə etiraz ediblər.

DAVAMI » »  |  FORUMA


MANŞET : Əjdər Tağızadə: "Qum İran adlanan yerin Vatikanıdır"
[ Sayta qoyulub: 02:14 19.02.2010 ] Oxunub: 358

DAK Güney Azərbaycandakı son durumla bağlı mətbuat konfransı keçirdi

18 fevral 2010-cu il tarixində saat 12:00-da “Trend” Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Dünya Azərbaycanlıları Konqresi (DAK) “İran adlanan yerdə baş vermiş son hadisələr və oradakı azərbaycanlıların durumu” mövzusunda mətbuat konfransı keçirdi. Mətbuat konfransında DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, DAK-ın Azərbaycan Nümayəndəliyinin rəhbəri Səftər Rəhimli, DAK NTK sədri Aqil Ələsgər, DAK Katibliyinin rəhbəri Samir Əsədli, DAK GT sədri Samir Turan və DAK Mətbuat Xidmətinin rəhbəri Real Cəfərli iştirak edirdi.

DAVAMI » »  |  FORUMA


MANŞET : Valentin gününün gizlədilən gerçək tarixçəsi
[ Sayta qoyulub: 05:41 13.02.2010 ] Oxunub: 1448

14 Fevral - Beynəlxalq Əxlaqsızlıq Günüdür!!!

14 fevral Valentin günü qədim Romanın iyrənc 14-15 fevral "Lupercalia" bayramının xristianlaşdırılmış formasıdır

Aqil ƏLƏSGƏR

Bəxtiyar Vahabzadənin "Gülüstan"da dediyi kimi, "bir deyən olmadı durun ağalar", haradan çıxdı bu "Valentin", kim bunu bizə nə zaman sırıdı kimsənin xəbəri olmadı?! Bir də gördük ki, məmləkətin növcavanları soyuq qış günündə dənizkənarında öz leylilərini gəzdirmək zorunda qalıblar və bu günün səhərisi də həmin leylilərlə məcnunların əksəri soyuqdan sətəlcə(hənnə)m olublar. Yahu, sizi kim məcbur etdi, kiçik çillədə bulvarda gəzəsiniz? Başınıza atmı təpmişdi, yoxsa günmü qəhətiydi, bəylər? Deməssiniz, həmin gün 14 fevral Beynəlxalq Sevgililər günü imiş (Adıbatmışın ismi yaman gurultulu səslənir). Soruşanda ki, kim bu günə belə don geyindirib?

DAVAMI » »  |  FORUMA


MANŞET : Mehmet Şevket Eygidən hər kəsin oxumalı olduğu yazı
[ Sayta qoyulub: 02:51 10.02.2010 ] Oxunub: 481

On dörd əsr boyunca İslam dünyasında zühur edən bidətlərin ən qorxuncu və təhlükəlisi zamanımızdakı bu təriqət və ya tayfadır

Türkiyənin ən etibarlı dini yazarlarından olan Mehmet Şevket Eygi neçə vaxtdan bəri İslam camiəsinin içindəki xainləri ifşa edən yazılar qələmə almaqdadır. Sizin üçün Azərbaycancaya çevirdiyimiz yeni yazısında da Azərbaycanda da xərçəng kimi yayılmaqda olan ermənipərəst dini camaata dair ibrətamiz iddilara yer verib. Yazının sonunda kimdən bəhs edildiyini onsuz da biləcəksiniz:

DAVAMI » »  |  FORUMA


MANŞET : Ocaq Nejadın sirli İstanbul görüşləri...
[ Sayta qoyulub: 04:42 03.02.2010 ] Oxunub: 754

İran Azərbaycandakı proyektlərini Türkiyə cəfərilərinin əli ilə həyata keçirmək istəyir

Azərbaycanda məzhəb ayrı-seçkiliyi yaradan, Hizbullahı təbliğ edən Ayətullah Xameneinin Azərbaycan nümayəndəsi Höccətül islam vəlmüslimin Seyid Əli Əkbər Ocaq Nejad son günlərdə yenidən aktivləşib. Bakıda İran İslam İnqilabının qələbəsi münasibətilə konfrans keçirən Ocaq Nejad iranpərəstləri bir araya toplayıb.

DAVAMI » »  |  FORUMA


MANŞET : Azərbaycan! Azərbaycan! Azərbaycan!
[ Sayta qoyulub: 03:30 31.01.2010 ] Oxunub: 490

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Banisi, İdeoloqu, Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaybaycan Demokratik Respublikasının təməl daşını quran, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən, xalqımızın ölümsüz lideri Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu şəriət dərslərini yox, dünyəvi elmləri öyrənməyə yönəltmişdir.

DAVAMI » »  |  FORUMA


MANŞET : İran Ələkrəm Hümbətovun separatçılarından istifadə edir
[ Sayta qoyulub: 02:20 23.01.2010 ] Oxunub: 414

Talış separatçıları Azərbaycanın cənub torpaqlarını “işğal altında olan talış torparları” adlandırırlar

Liderləri Hollandiyada yaşayan talış separatçıları yenidən aktivləşməyə başlayıblar. Özləri ilə bağlı həqiqətlərin meydana çıxmasından bərk narahatlıq keçirdiklərindən hücuma keçməyə başlayıblar. Tarix boyu İran və Rusiya xüsusi-xidmət orqanlarının Azərbaycana qarşı maşası olan bu separatçılar Azərbaycanın ayrılmaz hissəsi olan və talış vətəndaşlarımızın Azərbaycan türkləri ilə kompakt yaşadıqları əraziləri “işğal olunmuş” ərazi kimi göstərirlər.

DAVAMI » »  |  FORUMA


MANŞET : 20 yanvar-sovet-daşnak terrorunun bariz nümunəsi
[ Sayta qoyulub: 22:14 19.01.2010 ] Oxunub: 716

Vətən şəhidlərini heç vaxt unutmayacaq!

20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır. Bu gün "Qanlı Yanvar"ın 20-ci ildönümüdür. 20 il öncə Azərbaycan xalqının taleyində nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl ordusu"nun, sovet hərb maşınının zoruna məruz qalmışdı. Xalqımız təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmiş, milli heysiyyatımız tankların tırtılları altına atılmışdı.

DAVAMI » »  |  FORUMA


MANŞET : Türkiyədə anti-Azərbaycan təbliğatına hazırlıq görülür
[ Sayta qoyulub: 02:57 11.01.2010 ] Oxunub: 638

Ermənipərəstlər 20 yanvar günü Türkiyədə Azərbaycan əleyhinə mitinq edəcəklər

Türkiyə iqtidarının erməni açılımının fiaskoya uğraması səbəbindən hazırda bu prosses arxa plana keçirilib və Türkiyə başqa məsələlərə yönəlib. Ancaq aldığımız məlumata görə, Türkiyədəki ermənilər, gizli erməni və ermənipərəstlərlə birlikdə Erməni açılımı məsələsini yenidən gündəmə gətirəcəklər. Həm də Azərbaycan üçün qanlı gün sayılan 20 yanvar tarixində...

DAVAMI » »  |  FORUMA


MANŞET : Dünyanın ən bahalı futbolçılarının siyahısı...
[ Sayta qoyulub: 19:57 09.01.2010 ] Oxunub: 297

Tarixə imza atan qolçular...

Dünyada və tarixdə ən çox qazanan onlardır. “Yeni Çağ” gəlmiş-keçmiş ən bahalı futbolçuların siyahısını təqdim edir.

DAVAMI » »  |  FORUMA


MANŞET : İsraildən vəhşi təlim
[ Sayta qoyulub: 15:36 05.01.2010 ] Oxunub: 231

İsrail ordusuna aid itlər "Allahu əkbər" deyənlərə hücum edəcək şəkildə öyrədilir

Ağla sığmaz hadisə, ərəb əslli İsrailli millət vəkili Əhməd Tibinin, İsrail ordusuna aid itlərin "Allahu əkbər" deyənlərə reaksiya verəcək şəkildə öyrədildiyini üzə çıxarması ilə ortaya çıxdı. İddianı gündəmə gətirən "Haaretz" qəzetinin yazdığına görə Tibi, keçən həftə sonu keçirilən bir nümayişdə, itlərin göstərdiyi reaksiyanı, bütün əsgər ailələrinin gördüyünü söylədi.

DAVAMI » »  |  FORUMA


MANŞET : 2010: Parlament seçkiləri, yoxsa regional savaş
[ Sayta qoyulub: 01:12 04.01.2010 ] Oxunub: 373

Hakimiyyətin real ortağı statusunu hansı region qazanacaq?

2010-cu ilin gəlməsi ilə Parlament seçkilərinə doğru gerisayım artıq başlayıb. Bu gün üzdə hiss olunmasa da, parlament seçkilərinə hazırlıqlar başlayıb. Elə bütün regional xarakterli qrupların aktivləşməsi də açıq şəkildə hiss olunmaqdadır.

DAVAMI » »  |  FORUMA


MANŞET : Rəsul Quliyev-Rza İbadov ittifaqı genişlənir
[ Sayta qoyulub: 03:30 28.12.2009 ] Oxunub: 370

İqtidara qarşı alternativ qüvvə olmaq istəyənlər “Qorqud Holdinq”in sahibi Heydər Əliyev və tikinti maqnatı Mehrac Babayevlə də danışıq aparıblar

Qrupun Bakı görüşlərinin təşkilatçısı Rza İbadovun qardaşı Kərim kimlərlə görüşüb?

Qarşıdan gələn parlament seçkilərinə müxtəlif qüvvələrin hazırlaşdıqları barədə məlumat vermişdik. Bu qüvvələrdən birinin də keçmiş düşmənlər eks-spiker Rəsul Quliyev və sabiq deputat Rza İbadov olduğunu da diqqətə çatdırmışdıq. Qeyd etmişdik ki, mərhum Heydər Əliyevin qızı Sevil Əliyevanın adının gündəmə gətirilməsində də rolu olan Rza İbadov parlament seçkiləri öncəsi Azərbaycan iqtidarına sürpriz etmək istəyir. İbadov-Quliyev cütlüyü hazırda hakimiyyətdən narazı olan naxçıvanlı və qərbi azərbaycanlılardan ibarət gizli ittifaq yaratmaq niyyətindədirlər.

DAVAMI » »  |  FORUMA


« Əvvələ qayıtmaq[1] 2 3 4 Sonrakı səhifə »


© Yeni Çağ Analitik İnformasiya Agentliyi, 2007-2009
Materiallardan istifadə zamanı yenicag.az linkinə istinad vacibdir.
Müəlliflərin mövqeyi agentliyin mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunan reklamların mətninə görə agentlik məsuliyyət daşımır.