Azəri Türk Ðóññêèé
WAPPDARSS
Axtar
ANA SƏHİFƏ
Manşet
Son xəbər
Gündəm
Rəsmi Xronika
Araşdırma
Siyasət
Müsahibə
Cəmiyyət
Sosial
Dünya
Türk Dünyası
Diaspora
Güney Azərbaycan
İqtisadiyyat
Kriminal
Press Klub
Müxtəlif
Tarix
Mənəviyyat
Şou biznes
İdman
Yaşam
Bu bizik
Bizimlə əlaqə
Facebook'ta Paylaş
Azərbaycan xalqının ümummilli liderinin saytı

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı



Azərbaycanın birinci xanımının saytı

Hər şey Azərbaycan haqqında


Baş redaktor:
Aqil ƏLƏSGƏR
Redaksiyaya zəng:
(+99455) 211-11-82

MƏNƏVİYYAT : Partlayış törətmədən öncə...
[ Sayta qoyulub: 03:56 08.01.2010 ] Oxunub: 494

...hara gedəcəyin barədə oxu!!!

«Biriniz digər qardaşına silahla işarə etməsin. Heç kəs bilmir, bəlkə də şeytan onun əlindən xəta çıxarar və bununla da cəhənnəmin bir quyusuna düçar olar»

Biz müsəlmanlar toplumu, təkfir, terror, ifratçılıq və radikallıq fitnəsinin tüğyan etdiyi bir zamanda yaşayırıq. Artıq iş o yerə gəlib çıxıb ki, terrorizm bütün dünyanı ağuşuna almışdır. Terrorizmi araşdırmaq, köklərini öyrənmək və terror mənbəyini boğmaq üçün bir çox müşavirələr və konfranslar keçirilmişdir. Amma bu konfranslar terrorizmin mahiyyəti və onun qarşısının necə alınması məsələsi barədə müxtəlif rəylərlə qarşı-qarşıya qalmışlar.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Ayların Sultanı Ramazanda Qurani Kərim dinləyək...
[ Sayta qoyulub: 20:18 23.08.2009 ] Oxunub: 390

FORUMA


MƏNƏVİYYAT : Orucluq ayı barədə nə bilirik?
[ Sayta qoyulub: 21:45 13.08.2009 ] Oxunub: 1014

Ramazan ayının tarixi barədə nə bilirik?

Şəklin üzərinə basMüqəddəs Ramazan ayı müsəlmanlara hicrinin ikinci (622-ci il) ili təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, insanlara gözüaçıq, təmiz vicdanla olmağa yönəldir. Və oruc tutmaqla ifadə olunur. Orucluq hicrinin ikinci ilində Məhəmməd Peyğəmbəri tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran hədiyyə edilmişdir.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : İnsanları zülmətdən nura çıxaran insan: Məhəmməd Rəsulullah
[ Sayta qoyulub: 03:52 11.03.2009 ] Oxunub: 1008

Peyğəmbərimizn (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) həyatına qısa nəzər

Rabiul Əvvəl ayının on ikisi Allah təalə bütün bəşəriyyətə mərhəmət olaraq Məhəmməd İbn Abdullah ibn Əbdül Müttalib əl-Haşimi əl-Qurəşinin dünyaya gəlməsinə izn verdi(Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: Fəxr etmək üçün demirəm, mən qiyamət günü Adəm övladının ən şərəflisiyəm. Müsnədi Əhməd: 3, 2, ¹ 11000.). O dünyaya gəlməmiş atası vəfat edir və o yetim kimi doğulur, altı yaşında isə anası da vəfat edir.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : İslam, iman, ehsan
[ Sayta qoyulub: 03:21 11.01.2009 ] Oxunub: 311

İslam və imanın əsasları barədə nə bilirik?

Gündəlik həyatımızda bu kəlmələr çox eşidilir. Bəs görəsən bunların mahiyyəti nədir? Suala doğru cavab vermək üçün Qur’an və Sünnəyə müraciət edək.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Aşura ilə əlaqədar yanlış anlayışlar və əsassız adətlər
[ Sayta qoyulub: 00:13 24.12.2008 ] Oxunub: 682

Qiyamət günü Aşura günü gerçəkləşəcəkmi?

Aşura günü, onun fəziləti, o gündə oruc tutmağın savabı, o gündə baş verən tarixi hadisələrə dair dəlillər səhih mənbələrə (Quran və Sünnəyə) əsaslanır. Bununla belə, Aşura ilə əlaqədar bəzi əfsanələr və yanlış anlayışlar cahil insanların ağıllarına öz yolunu tapmağa imkan, macal tapa bilmişdir ki, bunlar səhih, etibarlı islam mənbələrinə əsaslanmır və yaxud onlarla dəstəklənmir. Bu adətlərin ən çox yayılanlarına bunlar aiddir:

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Zəlalət firqəsi: "Təkfir və hicrət camaatı"
[ Sayta qoyulub: 01:01 12.10.2008 ] Oxunub: 570

Məscidləri “Ziyan evi” sayaraq hücrə evlərdə hərbi-siyasi cəhətdən təşkilatlanan batil firqənin görüşünə görə, İslam ümmətinin qədim və müasir zəmanədə yaşayan böyük alimlərinin hamısı dindən dönmüş mürtədlərdir

Ötən əsrdə meydana gəlmiş müasir zəlalət firqələrindən biri də, özünü "Müsəlman camaatı" adlandıran "Təkfir və hicrət camaatı"dır. Böyük günah sahiblərini kafir hesab etməklə xəvariclərin minhəcinə (yəni üslubuna, metoduna) əsaslanmış bu hizb, Misirin həbsxanalarından birində yatan məhbuslar tərəfindən təsis edilmişdir. 1965-ci ildə Misirdə keçirilən kütləvi həbslərdən bir müddət sonra hizbin azadlığa buraxılmış bəzi üzvləri öz çirkin fikirlərini müsəlmanlar arasında yaymağa başladı. "Təkfir və hicrət camaatı"nın Misir torpağında artan tərəfdarları arasında universitet tələbələri xüsusilə nəzərə çarpırdı.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Bunları hamı bilməlidir!
[ Sayta qoyulub: 15:21 11.05.2008 ] Oxunub: 1254

İslam dini haqqında hamının bilməsi lazım olan ərkanlar

Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : İslam “qılınc” dinidirmi?
[ Sayta qoyulub: 00:51 17.03.2008 ] Oxunub: 774

«Əgər Rəbbin istəsəydi, yer üzərində olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?»

Ali-İmran sürəsinin 19-cu ayəsində buyurulur: «Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır…». Tanrının haqq, doğru din adlandırdığı İslam dini, həqiqətən, xoşbəxtlik, qardaşlıq, birlik, məhəbbət dinidir. Məhz bu din vasitəsilə bütün bəşəriyyət doğru yola yönəldilir. Qurani-Kərim nəinki ərəblərin, eyni zamanda bütün dünya xalqlarının kitabı sayılır. Bu müqəddəs kitab yalnız müsəlmanlarla deyil, həm də qeyri-müsəlmanlarla da ünsiyyət qurur, onları haqq dini olan İslama səsləyir.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Kişi və qadına verilən ilahi vəzifə
[ Sayta qoyulub: 13:15 10.03.2008 ] Oxunub: 763

İslamda evlənməyin əhəmiyəti

Gözəl və doğru insan tərbiyəsi üçün ailə mühüm məktəblərdən biri sayılır. Ailə mühitində ər-arvad bir çox insani fəzilətlərə nail ola bilər. Bunun nəticəsində bir çox günahları özlərindən uzaq edərlər. Qurani-Kərim ailə qurmağı kişi və qadınlar arasında asayiş, məhəbbət və mehribanlıq mənbəyi olmaqla yanaşı, Allahu-təalanın (c.c.) möcüzə və nişanələrindən biri hesab edir və «Rum» surəsinin 21-ci ayəsində buyurur:

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Xoşbəxtliyin bəzi sirrləri...
[ Sayta qoyulub: 23:40 22.02.2008 ] Oxunub: 601

«Sizlərin ən yaxşısı və ən imtiyazlısı odur ki, öz həyat yoldaşı ilə daha mehriban olsun»

Sevimli Peyğəmbərimiz (s) buyurur ki, dünya və axirətdə heç bir ləzzət evlənmədən daha ləzzətli ola bilməz. İnsan ailə qurmaqla həm Allah dərgahına yaxınlaşıb savab qazanır, həm də bir sıra günahlardan qorunur. Psixoloqlar ailəni insanın düzgün, doğru tərbiyəsi üçün ən dəyərli məktəblərdən hesab etmişlər. Kiçik cəmiyyət adlanan, əslində isə cəmiyyətin önəmli sütunlarından sayılan ailəni qorumaq üçün son dərəcədə diqqətli, dözümlü, məsuliyyətli, elmli, alicənab, ağıllı və ən əsası səbirli olmağımız vacibdir.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : İnsan necə idarə olunur?
[ Sayta qoyulub: 23:03 29.01.2008 ] Oxunub: 525

Qəlbi iman əqli imandan qat-qat güclüdür

İnsanın daxilində qeyri-iradi və qeyri-şüuri istəklər - qərizələr mütləq idarə olunmalı və müəyyən hədd çərçivəsində saxlanmalıdır. Əkər bu hədd pozulsa, insanın əxlaqı və tərbiyəsi pisliyə doğru dəyişər. Bəs qərizələrə idarə işini hansı amillər həyata keçirir? Yəni insan hansı amillərin köməyilə öz daxili meyllərini idarə və nəzarət edə bilər? Qeyd etməliyik ki, göstərilən sualın cavabı əsasən əxlaq, fəlsəfə və psixologiya elmlərində öyrənilir. Tarix boyu alimlər həmin idarəedici amilləri təyin və tədqiq etmək üçün çox çalışmış və mübahisə aparmışlar.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Rüşvət vermək olar, yoxsa almaq?
[ Sayta qoyulub: 02:14 14.01.2008 ] Oxunub: 560

Rəsulullah (s), rüşvət verənə və rüşvət alana lənət etdi

İslam qardaşları!.. İslamın müəyyən edilmiş əsaslarından biri də, idarə edən və idarə edilən arasında yardımlaşmanın vacibliyi və ümmətin bütününə xeyir verəcək şeylərlə əlagəli məsuliyyətin fərz olmasıdır. Bu, cəmiyyətin xeyirlərini qoruyur, əmin-amanlıq və rahatlığı zəmanət altına alır. Doğruluq, səmimiyyət və fədakarlıq ilə UCA ALLAH`ın haqlarını və hökmlərini qoruyaraq, hər kəs məsuliyyətini yerinə yetirmədikcə və vəzifəsinə bağlı qalmadıqca, ümmətin heç bir işi doğru olmaz.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Ölümə bir il daha yaxınlaşarkən…
[ Sayta qoyulub: 02:16 31.12.2007 ] Oxunub: 446

Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın!

Əl-Vahid və əl-Qahhar olan ALLAHa həmd olsun! O, göylərin, yerin və hər ikisi arasında olanların RƏBBidir. İzzət sahibi və çox Bağışlayandır. Şəhadət edirəm ki, ALLAHdan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Bu dünya həyatının sona çatmasına hökm etmişdir. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd (sav) Onun qulu və Rəsuludur. Seçilmiş və üstün edilmiş Peyğəmbərdir. ALLAH Ona, əhli-beytinə, seçkin və fəzilətli insanlar olan səhabələrinə çoxlu xeyir-dua və salam etsin!..

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : İslamda sevgi
[ Sayta qoyulub: 18:38 24.12.2007 ] Oxunub: 550

İbadət üç əsas üzərində qurulur: Məhəbbət, qorxu və istək

Alimlərin dediyinə görə məhəbbət iki qismə bölünür:
1- Birinci qism
İbadət məhəbbəti. Bu məhəbbət xalis Allah üçün olmalıdır. İbadət məhəbbəti ilə birlikdə, məhəbbət bəslədiyinə qarşı zəlil olmalısan. Allahdan başqasına səcdə etməyin, qurban kəsməyin, nəzir verməyin qadağan olduğu kimi, bu məhəbbəti Allahdan başqasına aid etmək olmaz.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Açıq və gizli olan böyük günahlar
[ Sayta qoyulub: 21:55 16.12.2007 ] Oxunub: 486

"Mən göz yaşlarımı, sevincimi namazda qoydum"

Açıq olan böyük günahlar zina, oğurluq, içki içmək kimi əzalarla edilən bötyük günahlardır. Gizli olanlar isə riya, təkəbbürlük kimi qəlblə edilən böyük günahlardır. Şübhəsiz ki, qəlblə edilən böyük günahlar orqanlarla edilən günahlardan daha təhlükəli və müalicəsi də digərindən daha çətindir. Çünki bu cür günahlar yaxşılıqları da yeyir və cəzanı da vacid edir. Bəzi alimlər bu gizli böyük günahlardan bəhs edərkən bunları altımışa qədər saymış və bunları zina, oğurluq və s. kimi günahlardan daha pis saymışlar. Çünkü gizli olanlar daha zərərli, nəticəsi daha pis və qalandır. Onlara davam edilərsə insanda xarakter halına və qəlbində kök salır. Lakin orqanlarla edilə günahlar belə deyildir. Çünü onlar tövbə və istiğfarla, yaxşı əməllər etməklə və kəffarə olan müsibətlərlə silinərlər. «Heç şübhəsiz ki, yaxşılıqlar pislikləri yuyub aparar. Bu öyüd almaq istəyənlərə bir xatırlamadır». (Hud 114).

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Üsyan
[ Sayta qoyulub: 04:26 02.12.2007 ] Oxunub: 747

«Allah sizə küfrü, fusqu və üsyanı çirkin göstərdi».
əl-Hucurat, 7

Üsyan (günah) itaətin ziddidir. «Allah sizə küfrü, fusqu və üsyanı çirkin göstərdi». (əl-Hucurat 7). Fərahidi – rahmətullahi aleyhi – deyir ki: «əl-Asə - İslam toplumu mənasına gəlir. Kim müsəlmanlara müxalif olarsa onların əsasını qırmış, topluluqlarını dağıtmışdır. Asi olmaq, əmrə itaətsizlik etmək, inadkarlıq edərək əmrə müxalif olmaq mənalarına gəlir»(1)

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Ziyarətə gedənlər "blutuz"larını açıq qoymalıdırlar
[ Sayta qoyulub: 15:26 30.11.2007 ] Oxunub: 465

Zəvvarlarımızın "blutuz"la xəbərləşəcəyini oxuyun, amma inanmayın!

Dekabrın 3-də Azadlıq meydanından zəvvarları Həccə aparacaq ilk avtobus yola salınacaq. Qafqaz Müsəlmanları İdarəsindən bildiriblər ki, ilk karvanda 35 avtobus olacaq. Daha 35 avtobusdan ibarət ikinci karvan isə ayın 5-də yola salınacaq. Ümumilikdə 1700 zəvvar avtobuslarla gedəcək. Avtobus ayın 16-dan Məkkədə olacaq.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Təkfir fitnəsi
[ Sayta qoyulub: 04:22 25.11.2007 ] Oxunub: 720

"Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: "Sən mömin deyilsən!" - deməyin!..."

Həmdsənalar Allaha məxsusdur! Peyğəmbərlərin ən şərəflisi Məhəmmədə (sallallahu əleyhi və səlləm), ailəsinə, əshabələrinə və Onun yolunu davam etdirənlərə Allahın salavatı və salamı olsun!


Uca Allah Qurani Kərimdə buyurur: "Ey iman gətirənlər! Allah yolunda səfərə çıxdığınız zaman diqqətli olun! Sizə salam verən bir şəxsə dünya həyatının puç mənfəətinə tamahsılanaraq: «Sən mömin deyilsən!» - deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!" (Nisa, 4/94).

DAVAMI » »  |  FORUMA


[ Sayta qoyulub: 00:01 15.11.2007 ] Oxunub: 504

"Allahım, yaradılışımı gözəl etdiyin kimi, əxlaqımı da gözəlləşdir"
Həzrət Məhəmməd (s.)

"Mömin qadınlara de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), iffətlərini hifz etsinlər, (əl, üz istisna almaqla), zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s.) naməhrəmə göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini yalnız ərləri, ataları, qayınataları, oğlanları, ərinin (başqa arvaddan olan) oğlanları, qardaşı oğlanları, bacısı oğlanları, qadınlar, öz mülkiyyətində olan şəxslər, qadınların sirlərindən xəbərdar olmayan (və yaxud qadınlardan zövq almağa qadir olmayan) uşaqlardan başqalarına aşkar etməsinlər. Ayaqlarını yerə bərk vurmasınlar ki, gizlində olan zinətləri məlum ola. Ey möminlər! Hamılıqla Allaha tövbə edin ki, bəlkə düz yolda olub nicat tapasınız".
("Nur" surəsi, ayə 31).

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Düşmənçilik və münaqişə
[ Sayta qoyulub: 00:33 29.10.2007 ] Oxunub: 540

“Həqiqətən, Allah pis və həddini aşan insanları sevməz”

Allah taala buyurur: “İnsanların eləsi vardır ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da (dili ilə ürəyinin bir olmasına) Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır. (O şəxs səndən) ayrılan kimi yer üzündə fitnə-fəsad törətməyə, əkini və nəsli (islam cəmiyyətini) məhv etməyə çalışar. Halbuki, Allah fitnə-fəsadı sevməz! Ona: "Allahdan qorx!" - deyildiyi zaman lovğalıq onu günah törətməyə vadar edər. Beləsinə cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!” (əl-Bəqərə, 204-206)

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Allahı və onun Peyğəmbərini hər şeydən üstün tutan səhabə
[ Sayta qoyulub: 00:15 29.10.2007 ] Oxunub: 388

Müasirləri Səid ibn Əmir Əl-Cumahini belə xarakterizə edirlər

Səid ibn Əmir əl-Cumahi Məhəmmədin (ona Allahın salavatı və salamı olsun!), namərdcəsinə əsir götürülmüş səhabələrindən biri olan Xubeyb ibn Adiyə divan tutmaqda iştirak etmək üçün Qureyşin qəbilə başçılarının çağırışı ilə Məkkə yaxınlığındakı ət-Tənim məntəqəsinə gəlmiş minlərlə cavanlardan biri idi.Onun enerji ilə dolu qaynar gəncliyi bu kütləvi yürüşdə ilk sıralarda addımlayan Əbu Sufyan ibn Hərb və Səfvan ibn Umey kimi qureyş şeyxlərinin arasına girməyə ona imkan vermişdi. Bu, Səidə arvadların, uşaqların və gənclərin itələyə-itələyə edam yerinə aparılan qureşlilərin qandallanmış əsirini görməyə kömək edirdi. Bununla Bədr döyüşü zamanı öldürülmüş qureyşlilərin əvəzinə Xubeybin edam edilməsi ilə Məhəmməddən (ona Allahın salavatı və salamı olsun) intiqam almaq istəyirdilər.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Əxlaqsızlığın başqa adı: Siğə (II yazı)
[ Sayta qoyulub: 06:48 04.10.2007 ] Oxunub: 472

Quran müvəqqəti nigah barədə nə deyir?

Müqəddəs Quran kişiyə yalnız öz arvadı və cariyələri ilə cinsi əlaqəyə girməyi icazə verir: «O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə gördükləri bu işdən ötrü) qınanmazlar» (əl-Muminun, 5-6).

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Əxlaqsızlığın başqa adı: Siğə
[ Sayta qoyulub: 07:45 01.10.2007 ] Oxunub: 497

Və ya müvəqqəti nigahın İslamda hökmü

Birinci yazı


Rəhmli və Mərhəmətli Allahın adı ilə!
Həmd olsun Allaha – aləmlərin Rəbbinə! Yerə, nuru Qiyamətə qədər sönməyəcək haqq bir tə'lim gətirən Məhəmməd Peyğəmbərə, həmçinin onun ailəsinə və mö'min əshabələrinə Allahın salamı və salavatı olsun!
Ailə – müsəlman cəmiyyətinin vacib hissəsidir və buna görə Allahın şəriətində ona xüsusi yer ayrılıb. İnsan şəriətə uyğun nigah sayəsində öz təbii ehtiyaclarını ən gözəl şəkildə ödəmək imkanı qazanaraq sakitlik və əminamanlıq əldə edir, nəslini davam etdirib Allahın mükafatına sahib olur, öz həyatını nizamlayır, onda öz ailəsinə və uşaqlarının tərbiyəsinə görə mə'suliyyət hissi oyanır. Amma öz həyatını başqa insanın həyatı ilə bağlayarkən gərək bunu ömürlük edəsən.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Sinəsini islam bayrağına sipər edən səhabə
[ Sayta qoyulub: 06:39 19.09.2007 ] Oxunub: 453

Peyğəmbərimizin sədaqətli səhabəsi Musab bin Umeyri tanıyırıqmı?

Şəklin üzərinə basƏshabı Kiramın böyüklərindən idi, künyəsi Əba Muhamməddir. Məkkənin zəngin ailələrindən idi, yaraşıqlı və gözəl geyinən bir gənc idi. Ana və atası onun üstündə əsərdi. Xüsusilə, Məkkənin ən varlılarından sayılan anası, oğluna gözəl paltarlar geyindirər və gözəl qoxular sürtərdi. Məkkəlilər də onu heyranlıqla seyr edərdilər. Bir dəfəsində Hz. Peyğəmbər (sav) də onun haqqında belə buyurmuşdu: "Məkkədə Musab bin Umeyrdən gözəl geyinən, daha yaraşıqlı və nemətlər içində üzən başqa bir gənc görmədim" (İbn Sa'd, et-Tabakətü'l-Kübra, Beyrut 1960, İİİ, 116).

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Hədislər bizə nəyə görə lazımdır?
[ Sayta qoyulub: 06:16 16.09.2007 ] Oxunub: 490

Hədis Qurandakı ümumi ifadələri dəqiqləşdirməsində də mühüm rol oynayır

Şəklin üzərinə basHədis Qurani Kərimdəki hökmlərə müvafiq olur. Bu vəziyyətdə Quran və hədisdə əksini tapmış hökmlər dəlillərin eyni mövzu ətrafında ardıcıllıqla dayanaraq bir-birini təsdiq edir. Məsələn, namaz qılmaq, zəkat vermək, ramazan orucunu tutmaq, Allah Evini ziyarət etmək kimi məsələlər buraya daxildir. Eyni formada, Allaha şərik qoşmağı, yalan şahidlik etməyi, ata-anaya qarşı çıxmağı qadağan etmək, Allah yolunda mübarizə və bir sıra başqa məsələlər də bu qəbildəndir.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Orucun fərziyyəti mömünlərin yaxşılığı üçündür
[ Sayta qoyulub: 06:09 16.09.2007 ] Oxunub: 434

Bu yolla insan dünya malına olan arzusunu məhv edir

Allahu Təala: “Orucun fərziyyəti sizin yaxşılığınız üçündür” buyurmuşdur. Çünki, orucun insanın qüvveyi-şəhvaniyyəsini qırdığı kimi nəfsin arzularını qıraraq bütün günahdan, üsyandan xilas edən təqvaya səbəb olduğunu bəyan buyurmuşdur. Çünki insanın dünya əməli iki şeyə həvəslidir: Biri yeyib-içmək arzusudur. Digəri də qüvveyi-şəhvaniyyədir. Bu iki arzu da ancaq oruc ilə məhv edilir.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Ramazanda Quran oxuyun!
[ Sayta qoyulub: 21:59 14.09.2007 ] Oxunub: 345

«Həqiqətən, bu Qur’an (bütün bəşəriyyəti) ən doğru yola (islama) yönəldir, yaxşı işlər görən mö’minlərə böyük bir mükafata nail olacaqları ilə müjdə verir!»
(əl İsra, 9)


Şəklin üzərinə basDoğru yolu və haqqla batili bir birindən ayıran hökümləri açıqlamaq üçün Quranı endirən, izzət və səltənət sahibi Allaha həmd olsun. Uca ehsanı səbəbilə Ona həmd edirəm, Şəhadət edirəm ki, şəni uca Allahdan başqa ilah yoxdur. Və şəhadət edirəm ki, Peyğəmbərimiz Məhəmməd (s.ə.s) Onun qulu və rəsuludur. Allah onu insanlara və cinlərə peyğəmbər olaraq göndərmişdir.

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Ayların Sultanı Ramazan
[ Sayta qoyulub: 14:18 13.09.2007 ] Oxunub: 449

Bu müqəddəs günlərdə oruc tutub, dua edin!

Şəklin üzərinə basAllahu Təala yenidən mübarək Ramazan ayına bizə qovuşmağı nəsib etsin. Bu mübarək ayın fəzilətini, dəyərini və müsəlmanların bu ayda vəzifələrindən bəhs edəcəyik. Bu ayın fəzilətini bizlərə Peyğəmbərimiz (s.a.s.) bu hədisi ilə göstərir: “Əgər qullar Ramazan ayındakı üstünlükləri bilsəydilər bütün ilin Ramazan olmağını istəyərdilər.”(Təbərani)

DAVAMI » »  |  FORUMA


MƏNƏVİYYAT : Ayların sultanı, xoş gəldın!
[ Sayta qoyulub: 14:12 13.09.2007 ] Oxunub: 451

"Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin şeytanlar da qapanarlar. Bir çağırışçı belə deyər: Ey xeyr istəyən kimsə! Buyur!. Ey şər istəyən kimsə! Geri çəkil!. Və hər gecə Allah təalə cəhənnəmdən kimlərisə xilas edər".
Həzrəti Rəsulullah (ona Allahın salavatı və salamı olsun)


Şəklin üzərinə basBu gün bütün müsəlmanların müqəddəs Ramazan ayı, yəni orucluq başlayır. Digər dinlərdən fərqli olaraq İslamda orucluq xüsusi əhəmiyyət daşıyır və yetkinlik yaşına çatmış hər bir müsəlmanın oruc tutması vacibdir. İslamda oruc insanın imanı ilə bağlı olaraq niyyət edib səhər sübhdən gün batana qədər yeməkdən, içməkdən, cinsi əlaqəyə girməkdən, şəhvət doğuran hərəkətlər etməkdən özünü saxlamağı nəzərdə tutan ibadətdir. Oruc mübarək Ramazan ayında tutuldugu üçün ümumi olaraq «Ramazan orucu» adlanır. Bu, ruzi, bərəkət ayıdır. Bu ayda insanlar dinə-imana gəlməli, pis əməllərdən kənar olmalıdır.

DAVAMI » »  |  FORUMA


« Əvvələ qayıtmaq[1] 2 Sonrakı səhifə »


© Yeni Çağ Analitik İnformasiya Agentliyi, 2007-2009
Materiallardan istifadə zamanı yenicag.az linkinə istinad vacibdir.
Müəlliflərin mövqeyi agentliyin mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunan reklamların mətninə görə agentlik məsuliyyət daşımır.