Yeni CAĞ Aİ Agentliyi

Şok! 8 mart bayramının kirli tarixçəsi!

Bölüm:  ARAŞDIRMA   Tarix: 09.03.10
8 mart – Qadınlar günü yoxsa yəhudilərin Purim bayramı?

Tarixi hadisələrə baxış fonunda söyləmək olar ki, 1910-cu ilin 8 Mart (yəhudilərə görə 15 Adar) tarixinin “beynəlxalq qadınlar günü” elan olunması təklifi ilə çıxış edən Klara Eysner (Setkin) adlı məxluq əslində bu təklifi özü kimi məkrli qadının - Əhəməni hökmdarı Kserksin arvadı yəhudi Esfirin şərəfinə vermişdir. Və əslində yüz ildir ki, bəşəriyyət bu həqiqəti bilmədən 8 mart yalanı ilə aldadılır.
8 MART – QADINLAR GÜNÜ YOXSA YƏHUDİLƏRİN PURİM BAYRAMI?


“Ey kitab əhli, nə üçün bilə-bilə haqqa yalan donu geyindirir və doğrunu gizlədirsiniz?” (Ali-İmran surəsi, 71-ci ayə).


8 mart tarixinin 1910-cu ildə Kopenhagendə keçirilən kommunist qadın internasionalının toplantısında “beynəlxalq qadınlar günü” elan olunması ideyası, çoxlarına məlumdur ki, Klara Setkin (Eysner) adlı yəhudi qadına məxsusdur. Bu qadının yaşam tarixçəsindəki əxlaqdan uzaq həyat tərzinə malik olması, 20 iyun 1933-cü ildə Arxangelskdə canı çıxarkən dilinə gətirdiyi son sözün “Roza, Roza” (uzun müddət üzünü görmədiyi yaxın rəfiqəsi bolşevik Roza Lüksemburq nəzərdə tutulur) olması kimi müəmmalı məqamları bir kənara qoyaq və bu günün gerçək tarixçəsi barədə araşdırmaların nəticələrini dəyərli oxuculara təqdim edək.
Rus pravoslav keşişi Andrey Kurayev (Andrey Ata kimi tanınır) özünün “İnsanı necə antisemitə çevirirlər?” adlı kitabında qeyd edir ki, 8 mart tarixinin ilk dəfə “qadınlar günü” kimi elan olunduğu 1910-cu ilin 8 mart tarixi yəhudilərin Purim bayramı günü ilə üst-üstə düşürdü (yəhudi təqvimi ilə 14-15 Adar günlərinə təsadüf edən Purim bayramı milad təqvimi ilə yerini dəyişir, 2009-cu ildə bu bayram martın 9-na təsadüf edirdi). Adət üzrə yəhudilərdə bu bayram fevralın son həftəsi və martın ilk ongünlüyü aralığına düşür. Müəllif haqlı olaraq bildirir ki, beynəlxalq qadınlar günü kimi niyə məhz 8 mart tarixinin seçilməsinin hətta kommunist-bolşevik düşüncəsi ilə də normal izah tərzi yoxdur. Həmin tarixdə nə olub, hansı alovlu bolşevik və ya kommunist qadın həbs olunub, hüquqları pozulub, işgəncəyə və ya zorakılığa məruz qalıb, işdən atılıb, kommunist hərəkatının hansı öndəri və ya fəalı həmin tarixdə anadan olub bilinmir. Hər hansı mühüm əhəmiyyət kəsb edən bir səbəb yoxdursa, niyə bu qadınlar günü kimi martın 7-si, 9-u, 11-i və yaxud yazın gəlişini ifadə edən 22 mart tarixləri yox, məhz 8 mart tarixi seçilməliydi? Deməli, burda məsələnin daha dərində yatan tərəflərinə diqqət yetirmək lazımdır. Klara Setkin adlı yəhudi, göründüyünə görə, bu tarixi heç də təsadüf nəticəsində təklif etməyib.
A.Kurayev “şadyanalıq bayramı” mənasını verən Purim bayramının yəhudilərdə qadın ağlını və millətin özünümüdafiə haqlarını simvolizə etdiyini yazır. Yəhudilərin tarixi ənənəsinə görə, Purim bayramı günündə müxtəlif karnaval kostyumları geymək, deyib-gülmək, əylənmək, sinaqoqlarda müqəddəs kitabların oxunuşunda iştirak etmək və əlindəki “şax-şax” (treşotka) adlı uşaq oyuncağına bənzər səs-küylü aləti hərlətmək gərəkdir. Yəhudi kişiləri isə həmin gün bacardıqları qədər çox içki içməlidirlər. Hətta yəhudilərin fikrincə, “gələcəkdə əksər bayramlar sıradan çıxsa da, Purim bayramı olduğu kimi qalacaq.”
Bəs Purim bayramı yəhudilərdə nə vaxtdan bəri qeyd olunur? Bu bayramla “qadınlar günü” təklifinin hansı əlaqəsi var? Niyə sinaqoqlarda “müqəddəs mətnlər”in oxunuşu zamanı Aman adlı insanın ismi çəkilən zaman yəhudilər ayaqlarını yerə döyür və şax-şaxlarla səs-küy salırlar? Yəhudilərin bu dərəcədə nifrət və qəzəbinə tuş gəlmiş Aman adlı adam kim olub görəsən? Bu ayinlər zamanı “Mordehayın ruhu şad olsun” deyimi kimi ifadə edir? Bu sualların cavabını eradan əvvəl 480-ci il hadisələrində aramaq lazım gəlir.
E.ə. 550-ci ildə Azərbaycan Maday dövlətində hakimiyyəti Babil yəhudilərinin pulları hesabına ələ keçirən Kir yəhudilərə hər cür ixtiyar verərək onların Babil sürgünündən qurtulub Qüdsə və İsrailə dönmələrinə şərait yaratmış, Maday xəzinəsindən onlarla karvan qızılı və ləl-cəvahiratı onlara vermişdi. Lakin yəhudilərin böyük bir qismi geriyə dönmədi, əldə etdikləri var-dövlətlə İkiçayarasında yaşamağa davam etdilər. Burda onların rahat yaşayışı, güclü ticarət dövriyyəsi və gəlir mənbələri vardı. Vaxtilə cuhut beyinlərinə hakim kəsilmiş sürgündən azad olma düşüncəsinin yerini artıq pula, var-dövlətə olan hərislik tutmuşdu. İkiçayarasını ələ keçirən perslər gözlədiklərinin əksinə olaraq bölgədə rahat hərəkət edə və ticarət dövriyyəsinə hakim ola bilmədilər. Və perslərlə Babil yəhudiləri arasında tədricən narazılıq dalğası yaranmağa başladı. Tövratın bir hissəsi hesab olunan “Esfir” kitabı bu hadisələrdən geniş söhbət açır.
E.ə.480-ci ildə İkiçayarasında yəhudilərin əlindən üstün mövqelər əldə edə bilməyən perslər Əhəməni hökmdarı Kserksə durumu anlatmağı qərara aldılar. Əhəməni ordusunun sərkərdəsi Aman (və ya Haman) Kserksin yanına gedərək onu Babil yəhudilərini qırmağın vaxtı çatdığına inandırır (Esfir kitabı, 3:13). Kserksin saray əyanı, yəhudi Mardohey (və ya Mordehay) Kserksin arvadı olan, yəhudi mənşəli olduğunu məharətlə gizlədə bilmiş (Esfir kitabı, 2:20) Esfirin atalığı və tərbiyəçisi idi. Bu yəhudi qızına kişiləri ələ almaq üsullarını incəliklərinə qədər məhz Mordehay öyrətmiş, onun Kserksə getməsinə nail olmuşdu. Kserksin Babildə qalan yəhudiləri qırıb-çatmaq barədə fərman verməsinə imkan verməmək üçün Esfir hökmdarın ona olan aşırı sevgisindən istifadə etməyi qərara alır. Onun Hamanı da dəvət edərək təşkil etdiyi böyük içki məclisində Esfir işi elə düzüb-qoşur ki, hökmdar Kserks Hamanı Esfirin əyləşdiyi hücrənin içinə yıxıldığı yerdə görür və qısqanclığından ağlını itirən Kserks Hamanın öldürülməsini əmr edir (Esfir kitabı, 7:8, 8:7). Hökmdardan Amanın bütün ailəsini məhv etmək səlahiyyəti alan Esfir nəinki Kserksi yəhudiləri qırmaq fikrindən daşındırır, hətta beyni dumanlanan hökmdar yəhudilərə qarşı çıxan hər kəsin ölümünə fərman verilməsini Esfirə və Mardoheyə tapşırır. Yəhudi təqvimi ilə 13 Adar tarixində (milad təqvimi ilə martın əvvəlinə düşür) imperiyanın 127 vilayətinə Mardoheyin və Esfirin tərtib etdiyi hökmdar fərmanı yetişir, fərmanda yəhudilərə özlərini müdafiə etmək, onlara qarşı çıxan hər kəsi ailəliklə məhv etməyə və əmlakına sahib çıxmağa icazə verildiyi qeyd olunmuşdu (Esfir kitabı, 8,8-11). İki gün ərzində vilayət hakimləri və satraplar hökmdar fərmanını icra edərək yəhudiləri qorumaqla qalmır, onlara silah və ixtiyar verərək istədikləri addımları atmalarına şərait yaradırlar. “Yəhudilər özlərinin bütün düşmənlərini qadınına, qocasına, uşağına baxmadan qırıb-çatdılar və onlarla istədikləri rəftarı etdilər” (Esfir kitabı, 9,3-5). 75 minədək pers öldürüldü, ən varlı perslərin bütün var-dövlətləri isə yəhudilərin əlinə keçdi. Bu zəfəri yəhudilər hər il 15 Adar tarixində təmtəraqla qeyd etməyi qərara aldılar.
Purim bayramında yəhudilərin “birnəfəsə” adlı bir adəti var, ayinlər zamanı Esfirin əmri ilə Amanın eyni vaxtda dara çəkilmiş on övladının adları birnəfəsə çəkilir. Bu bayramda hazırlanan şirniyyatlar da diqqəti cəlb edir – “ozney Aman” (Amanın qulağı) adlanan xüsusi hazırlanmış üçkünc şirniyyatı hər kəs yeməlidir. Həmçinin, “Amantaşen” (Amanın cibləri) adı verilən içi doldurulmuş peçenyelər onu yeyən yəhudilərə 13-15 Adar hadisələrində zəngin perslərin var-dövlətinə necə sahib çıxdıqlarını xatırladır.
Beləliklə, xatırlanan tarixi hadisələrə baxış fonunda söyləmək olar ki, 1910-cu ilin 8 Mart (yəhudilərə görə 15 Adar) tarixinin “beynəlxalq qadınlar günü” elan olunması təklifi ilə çıxış edən Klara Eysner (Setkin) adlı məxluq əslində bu təklifi özü kimi məkrli qadının - Əhəməni hökmdarı Kserksin arvadı yəhudi Esfirin şərəfinə vermişdir. Və əslində yüz ildir ki, bəşəriyyət bu həqiqəti bilmədən 8 mart yalanı ilə aldadılır.


8 MARTLA BAĞLI DÜŞÜNCƏLƏRİM



“Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu, Allahın onlardan birini digərinə üstün etməsi və öz mallarından sərf etməsinə görədir” (Qurani-Kərim, Ən-Nisa surəsi, 34-cü ayə).


Əslində insan ömründən gedən hər gün önəmlidir, çünki Ulu Yaradanın hər insana seçimini etmək üçün verdiyi bəlli bir zaman kəsimi var və bu zaman kəsiminin hər günü onun aktivinə yaxud passivinə nəsə yazır. Hər gün özünün hansısa özəlliklərinə görə əlamətdardır insan ömründə. Amma vaxtın ümumi axarında bəzən günlərin yeknəsəqliyi insana o günün sadəcə sıradan bir gün olduğu fikrini təlqin edir. Bu gün də o sayaq günlərdən biridir. 8 mart 2010-cu il tarixi. Sıradan bir gün. Cəmiyyətdə nə qədər gurultulu sözlərlə və təmtəraqla qeyd olunsa da, bir qism insan üçün sıradan bir gündür, vəssəlam.
Günün özəlliklərinə gəlincə, qarışıq düşüncələr günü də demək olar bu tarixə. Hər il baş verənlər bu il də bu tarix üçün əsasən təkrar olunur. Məmləkət kişiləri ciblərini qurdalayıb ailə üzvləri və yaxınları olan qadınlara hədiyyə almaq və gül buketi bağlatdırmaq yoluyla bu “bayramı” birtəhər ötüşdürmək qayğısında, gülçülər 2-3 manatlıq gülü 10-15 manata həmin kişilərə satmağın onlara verdiyi zövqü yaşamaqda, mağazalar və ticarət mərkəzləri qiymətini ceyran belinə qaldırıb aylarla sata bilmədikləri mallara bu “əlamətdar gün” münasibətilə 30-40% endirim elan edərək minnətlə müştərilərə satmaqda...
Bu arada BMT baş katibi Ban Kim Mun deyib ki, qadınların 70%-i həyatlarında bir dəfə də olsa zorakılığa uğrayır və bu zorakılıq da çox zaman onun yaxınlarından gəlir. Maraqlı bir türk reklam çarxı yadıma düşdü bu yerdə. Evin şişman qadını hər addımda öz arıq kişisini sözləri və kobud rəftarı ilə pərt edir, kişinin hər etdiyinə bir “mız” qoyur. Sonunda kişi ağzı büzüşmüş və ürəyini tutmuş halda mətbəxin bir küncünə söykənib oturur və dərindən ah çəkib əlləri ilə başını tutur. Ardınca isə kadr arxasından həyəcanlı bir səs eşidilir: “Yeryüzünde her 10 kadından 5-i devamlı olarak şiddete maruz kalıyor”...
BMT baş katibinin düşüncə tərzinin anormallığı elə təkcə bu fikirdən görsənir ki, yer üzündə qadınların heç də hamısı mələk timsallı və məsum deyil, və onların da nə vaxtsa zorakılığa tuş gəlməsi heç də həmişə kişinin kobudluğu kimi qiymətləndirilə bilməz. Kişilər bütün zorakılıq hallarının günahkarı ola bilməz, bu hallarda qadınların özlərinin heçmi suçu yoxdur? Əgər kişi öz qadınını etdiyi xoşagəlməz addıma görə sözlə başa sala bilmirsə, infarkt olmaq dərəcəsinə gəlib çıxırsa, kişi özününkü saydığı ailədə başa düşülmürsə, və nəticədə əsəbinin kulminasiya nöqtəsinə yetişib düşünülməmiş zorakılığa yol verirsə, bunda qadının günahı ən azı zorakılıq edən kişi qədərdir. Təəssüf ki, Azərbaycan cəmiyyəti də daxil olmaqla dünya “zorakılıq” deyəndə günahkar qismində bir qayda olaraq kişi cinsini göstərməkdədir. Əslində isə zorakılığın ən kobud forması fiziki yox, məhz mənəvi zorakılıqdır ki, bu halların da altında kişidən daha çox qadın imzası yatır.
Türkiyənin bir sıra qəzet yazarlarının 8 mart günü ilə bağlı fikirlərində ümumi bir cizgi diqqəti cəlb edir: “8 mart kadının emeğine, bedenine, inancına ve kimliğine sahip çıkması anlamına gelmelidir”. Suallar bu yerdə yanyana düzülür: Məgər gün ərzində bütün enerjisi ilə çalışıb ailəsini dolandırmaq məqsədi güdən kişi cinsinin əməyinə belə gözəl qiymət verilir? Normal qadının bədəni də, inancı da, kimliyi də onun aid olduğu kişidən kənarda ola bilməz. Eləcə də eyni inancı paylaşmayan qadın və kişinin ittifaqından danışmaq mümkün deyil, kişi onun inancını paylaşmayan qadını niyə həyat yoldaşı kimi saxlayıb ona dözməlidir ki. Qadının kimliyi onun aid olduğu kişinin kimliyi hüdudlarında olmalıdır, çünki “qadın-kişi bərabərliyi” dünyaya oxunan nağıldan başqa bir şey deyil əslində. Bəs qadının öz bədəninə sahib çıxması nə anlama gələ bilər? Normal qadının bədəni bir kişiyə aiddir, bu da İlahinin qanunları ilə ölçüldükdə ailə amili ilə bağlı olmalıdır. Öz bədəninə sahib çıxma düşüncəsi qadını ailə orbitindən sapdıran və uçurum kənarına gətirən bir düşüncə tərzinə bənzəyir. Bu günü 1910-cu ildə “beynəlxalq qadınlar günü” elan etmiş Klara Setkin adlı qadın öz bədəninə sahib çıxmaqla görəsən sonrakı həyatında əxlaqsızlıq yoluna düşməkdən savayı nələrə nail olub? Bəs onun rəfiqəsi Roza Lüksemburq, bəs digərləri? Bədəninə sahib çıxma düşüncəsini təbliğ edən bolşevik Sultanova kolxozçu qadınlar qarşısında çıxış edərkən sinəsini açıb “mən azad qadınam” deməmişdimi? Bunları təəssüf ki, 8 mart gününə dürlü təriflər yağdıranlar düşünmürlər.



QADINLAŞAN CƏMİYYƏT VƏ AZƏRBAYCAN KİŞİSİ


“(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər. Allah yenilməz qüvvət, hikmət sahibidir.” (Qurani-Kərim, Bəqərə surəsi, 228-ci ayə).



8 mart tarixi qadınların təbrik olunması qədər kişilərin də hüquqlarının pozulması, onların aşağılanması anlamını verir. Çünki dünyanın əksər ölkələrində kişilər günü eyni təmtəraqla qeyd olunmur, hətta qeyri-iş günü də deyil. O cümlədən də ölkəmizdə, 8 martı təmtəraqla təbrik edilən qadınların 26 iyun Milli Ordu günündə kişiləri təbrik etməməsi, bu günün qeyri-iş günü elan edilməməsi kişi cinsinə sayğısızlıq deyilsə bəs nədir? Azərbaycan Milli Ordusunda xidmət edən kişilər məgər Azərbaycan qadınının şərəf, ləyaqət və namusunun qoruyucusu, müdafiəçisi deyilmi?
Cəmiyyətimiz sürətlə feministləşdirilməkdədir. Ölkədə 200-dən artıq irili-xırdalı qadın hüquqlarını müdafiə təşkilatı fəaliyyət göstərir. Bir ucdan kütləvi tədbirlər keçirirlər, qəzet-jurnallar buraxırlar, xarici donorlardan külli miqdarda qrantlar alırlar, layihələr həyata keçirirlər. Amma bircə dəfə də olsun kişi hüquqlarından danışılmır. Bir dənə də olsun kişi hüquqlarını müdafiə təşkilatına rast gəlinməz. Sanki Azərbaycan cəmiyyətində qadınların dırnağına dəyən hər xırda daşa görə bu kişi tayfası günahkardır. Halbuki Vətəni qoruyan da, ailəsinin yükünü çəkən də, ailə rifahı naminə ölkəsindən didərgin düşüb qürbətə iş dalınca gedən də, ailə-övlad dərdini çəkməkdən infarkt keçirən də istisnasız olaraq Azərbaycan kişisidir. Bu cinsi ayrıseçkilik siyasətinin nəticəsidir ki, Azərbaycan kişisi bu gün öz “dövləti” olan ailəsini belə saxlamağa çətinlik çəkir. Bu feministləşmənin nəticəsidir ki, alfonsluq kişilərin işsizlik problemi ilə paralel şəkildə öz miqyasını durmadan genişləndirməkdədir. Kişilərimiz səhərdən axşamadək qul bazarlarında öz fiziki əməyini təklif etməklə, öz köhnə maşınının üstünə “Taxi” yazısı yapışdırıb qəpik-quruş üçün özünü oda-közə vurmaqla, inşaatlarda günəmuzd fəhləlik etməklə ən ağır işləri görərək öz ailəsinin çörək pulunu çıxarmaq dərdindədir. Amma buna paralel olaraq şəhərin elə bir mərkəzi küçəsi yoxdur ki, orada dəyəri 15 min dollardan yuxarı xarici maşın sürən qadınla rastlaşmayasan. Qəzetlərdəki orta və yüksək maaş vəd edən iş elanlarının mütləq əksəriyyəti qadınlara ünvanlanıb. Orta məktəblərdə şagirdlərin təlim-tərbiyəsi ilə orta hesabla 20 qadın müəllimə və cəmisi bir-iki kişi müəllim məşğul olmaqdadır. Bu yaxında Allahın İngiltərəsində valideynlər sorğu zamanı oğlan uşaqlarının yeniyetməlik dövründə oriyentasiyasının dəyişməsini ibtidai və orta məktəblərdə qadın müəllimlərin mütləq çoxluğu ilə izah etmiş və həyəcan təbili çalmışlar, hazırda hökümət bunun üzərində baş sındırmaqdadır. Qadınların mövqeyinin Azərbaycan cəmiyyətində bu qədər sürətlə yüksəlməsi təəssüf ki Azərbaycan kişisinin də sürətlə cəmiyyət həyatından kənarlaşdırılması ilə müşayiət olunur. Acınacaqlı olan budur ki, sözügedən durum, bu qadınlaşdırma siyasəti, bu təlqinetmələr Azərbaycan gəncini Milli Ordu əsgəri olmağa, ictimaiyyətin qəbul edəcəyi qətiyyətli kişi etalonu formalaşdırmağa yox, Avropa hotelinin qarşısına çıxmağa sürükləməkdədir.
Yazıya bir az zarafat payı da əlavə etmək istərdim, amma hər zarafatda da danılmaz bir həqiqət olduğunu dəyərli oxucu bilir. İstər İsəvilikdə, istər Musəvilikdə, istərsə də insanlığın ilk və son dini inanc sistemi olan İslamda ilk insan Adəmdir, Həvva deyil. Və cənnətdə qərar tutmuş Adəm də məhz Həvvanın günahı ucbatından cənnətdən çıxarılaraq yerə endirilmiş, bəşəriyyət də məhz Həvvanın sayəsində yer kürəsində İlahi sınaq proqramından keçməyə məcbur olmuşdur. Mərhum Ziya Bünyadovun 1977-ci ildə nəşr olunmuş və ölümündən sonra 2007-ci ildə təkrarən işıq üzü görmüş “Dinlər, təriqətlər, məzhəblər” kitabında Həvva haqda çox maraqlı məqamlar yer alıb: “Adəm torpaqdan və Həvva sümükdən yaradıldıqlarından, kişi yaşı artdıqca gözəlləşdiyi halda, qadın yaşa dolduqca çirkinləşir. Cənnətdə təqsirin böyüyü Həvvanındır (Quran, Əl-Əraf surəsi, 20), çünki İblisə uyaraq şər ağacının meyvəsini o yemişdir... Başqa bir rəvayətə görə, bu qadağan olunmuş meyvəni yeməsi bütün bəşəriyyəti əbədi matəmə qərq etmişdir. Aralarında aybaşı, hamiləlik, doğum sancıları və s. olan on cəza Həvva qızlarına ulu analarının təqsirini xatırladır.” (adı çəkilən kitab, Bakı, “Şərq-Qərb”, 2007, səh.102-103).
Bu yazıda qeyd olunan fikirlər əsla qadınların “bostanına daş atılması” kimi dəyərləndirilməməlidir, çünki bundan öncəki yazıda Azərbaycan kişisinin Anaya münasibəti, Analıq adlı zirvəyə göstərilməli olan sonsuz hörmət və ehtiram, peyğəmbərimizin “cənnət anaların ayaqları altındadır” kəlamı xüsusi vurğulanıb. Demək istədiyimiz budur: Azərbaycan cəmiyyətinin bu gün məhz kişiləşməyə ehtiyacı var, qadınlaşmaya yox. Və Azərbaycan kişisinə cəmiyyətdə layiq olduğu yüksək mövqe, yüksək qiymət mütləq verilməlidir.


Ceyhun BAYRAMLI
“Yeni Çağ” AİA
www.yenicag.az


Xəbərin ünvanı:
http://www.yenicag.az/article.php?storyid=3542
Materiallardan istifadə edərkən www.F1-Az.com saytına istinad zəruridir!
© Copyright 2006, Rahim N.Aliyev, All Rights Reserved.
Sual və təklifləriniz: admin@f1-az.com