|
Kilsə zəngi ilə ətrafa xaç saçanlar...
Bölüm: Cəmiyyət Tarix: 14.03.10
Misyonerlərin Azərbaycandakı ayaq səsləri...
Xristian təmayüllü təriqətlərin Azərbaycana ayaq açması heç kəsə sirr deyil. Belə ki, “yehova şahidləri” deyilən əksəriyyət üzvləri qadınlardan ibarət olan xristian-sinkretist cərəyanın izləri də ölkəmizdə görünməkdədir. Hərəkatın əsası 1896-cı ildə Çarls Teys Rassel (1852-1916) tərəfindən qoyulmuşdur. Rassel “Yehovanın Şahidləri” nin kitablarında “1000 illik krallığın peyğəmbəri” kimi göstərilir. Əvvələr “Rasselistlər” adlanan bu cərəyan, 1931-ildə keçirilən konqresdə “Yehovanın şahidləri” adını qəbul etdi. Bu ad da İncildə yazılan “ Siz mənim şahidlərimsiniz- deyir Yehova” ifadəsindən götürülmüşdür. “ Yehova Şahidləri” çox mürəkkəb və təsirsiz ötüşməyən psixoloji metodlardan istifadə edirlər. Məsələn: İnsanları Dünya və gələcək haqqında ümidsizliyə düçar etmək, müharibə, zəlzələ, sel, qıtlıq, xəstəlik kimi problemlərin Allah tərəfindən göndərildiyini və bunlardan qurtulmağın mümkünsüzlüyünü iddia etmək, “yehova şahidi” olmayanlar üçün qiyamətin və fəlakətin gələcəyinə, xristianların müqəddəs kitablarını istədikləri şəkildə yozmaq və onlara qərəzli şərh vermək, maddi problemləri olan insanlar üçün iş qurmaq, əmək haqqı vermək və s. Yehova şahidlərinin baxışlarına görə, İsa məsih 144000 Yehova Şahidi ilə birlikdə yer üzünə enərək, bütün siyasi quruluşları, dövlətləri, millətləri bir sözlə “Şeytanın Güclərini” yox edəcəklər. Bütün bu hadisələr “ Armagedon savaşı” vasitəsilə baş verəcəkdir və nəticədə yer üzündə Tanrının hakimiyyəti qurulacaqdır. Maraqlı burasıdır ki, ”Yehova şahidləri” adlanan cərəyanın əksər üzvləri qadınlardır və əsasən gecələr fəaliyyətə başlayırlar. Gecələr insanların azlığından, nəzarət zəifliyindən istifadə edib fəaliyyət göstərirlər. “Adventizm” və “Baptizm” adlanan cərəyanda Azərbaycanda dini təbliğatla məşğul olan xristian məzhəbləri hesab olunur. Protestant təmayüllü xristian dini cərəyan olan Adventizmin əsası 1831-ci ildə ABŞ-da Vilyam Miller tərəfindən qoyulmuşdur. Millerin ideyası tək Amerika da deyil, Avropa və Asiyada da geniş vüsət tapdı. Onun davamçılarını adventistlər adlandırmağa başladılar. (latınca adventus-zühur etmək)Onların inamına və hesablamalarına görə İsa(ə) yaxın illərdə zühur edəcək və dünyadakı ədaləti bərpa edəcək. Zaman keçdikcə adventistlər bir neçə qruplara bölündülər. Bunların arasında “Yevangelist adventistləri”, “Allah kilsəsi” “İkinci günün advendistləri”, “Yeddinci günün adventistləri” və s. göstərmək olar. Onların arasında “Yeddinci günün adventistləri” daha geniş yayılmışdır. Dünyada 30 milyona yaxın sayları olan Baptistlər, tarixlərinin Yəhya peyğəmbərin və İsa Məsihin dövründən başladıqlarını irəli sürürlər. 1606-cı ildə İngiltərədə kilsə əleyhinə yönəlmiş hərəkat nəticəsində bir qrup insan kilsədən ayrılaraq Hollandiyada sığınacaq tapmış və orada baptizmin əsasını qoymuşlar. Əsası Con Smit tərəfindən qurulan Baptizm yeni kilsənin yaradıcısı hesab olunur. Baptizmə görə uşaqları xaç suyuna çəkmək ayininə ehtiyac yoxdur. Onlar İsa Məsihin varlığına iman gətirən onu Allah kimi dərk edən insanların xaç suyuna çəkilməsini qəbul edirlər. Azərbaycanda Baptizmin ilk görüntüləri XIX- əsrin ikinci yarısında müşahidə edilişdir. Belə ki, çar II-Nikolay Baptistlərin Rusiya üçün təhlükəsini əsas gətirərək onları “ucqarlara” Qafqaza xüsusilə Azərbaycana sürgün etmişdir. Böyük Baptist icması 1899-cu ildə Bakıda qurulmuşdur. Hazırda Azərbaycanda üç baptist icması fəaliyyət göstərir. Buddizmlə əsasən hind əsilli insanların maliyyə dəstəyi ilə yayılan “Krişnaçılıq” təlimi müşahidə edilmişdir. Krişnaizm 5 min il bundan əvvəl Bhaqavad-Qita tərəfindən yazılan “müqəddəs əhdi-ətiqə” əsaslanır. Krişna tərəfdarları həddindən artıq sərt həyat tərzi keçirirlər. Onlar ət, balıq yemirlər, mətbuat nümunələrindən xüsusilə televizor, radiodan istifadə etmirlər.Krişnaçılar demək olar ki, bütün istəklərdən imtina edirlər. Cəmiyyətin 38-ölkədə 120-yə qədər mərkəzi fəaliyyət göstərir. Avropa və Amerika qitəsi ölkələrində yayılmasna baxmayaraq Hindistanda bu dini hərəkatı çox az qism insanlar tanıyır. Azərbacanda “Bakı Krişna Şüuru Cəmiyyəti” adı altında fəaliyyət göstərir və sayları 100-dən çoxdur. Onlar da digər təriqətlər kimi pulla ələ alma, kitab yayımı, toplantılar keçirmək və digər üsullardan istifadə etməklə fəaliyyət göstərirlər. Beləliklə, ölkəmizdə və cəmiyyətimizdə hökm sürən dini vəziyyətə və qeyri-ənənəvi xristian təriqətlərinə azacıq da olsa aydınlıq gətirməyə çalışdıq. Lakin təəssüf doğuracaq hal odur ki, bəzi soydaşlarımızın maddi ehtiyac üzündən və yaxud İslam haqqında bilgisizliyindən, yalançı tərəqətlərin təbliğatına uyaraq ənənəvi dinlərini dəyişməsidir... Bir sözlə Azərbaycandakı dini- ideoloji boşluqlardan istifadə etməyə çalışan, xalqın şüuruna təsir etməyi prinsip hesab edən xristian təriqət və icmaların fəaliyyəti hələ çox maraq doğuracaq. Yeni təriqətlərin gəlişidə hardasa qaçılmazdır. Bütün bunları nəzərə alaraq Azərbaycanda istər islam, istər yəhudi-xristian, istərsədə buddist və digər təmayüllü radikal ünsürlərin fəaliyyətinə ciddi nəzarət olunmalı, əvəzində isə ölkə əhalisinin əksəriyyətinin etiqad bəslədiyi İslam dininin təməl prinsipləri barədə maarifləndirilməsi daha vacib və olduqca əhəmiyyətlidir.
Anar TURAN “Yeni Çağ” AİA www.yenicag.az
Redaksiyadan: Yazı ixtisarla verilir.
Xəbərin ünvanı:
http://www.yenicag.az/article.php?storyid=3537
Materiallardan istifadə edərkən www.F1-Az.com saytına istinad zəruridir!
© Copyright 2006, Rahim N.Aliyev, All Rights Reserved.
Sual və təklifləriniz: admin@f1-az.com
|