Yeni CAĞ Aİ Agentliyi

Baş yazarımız İstanbulda “18-ci ilində Xocalı Soyqırımını unutma!” kampaniyası keçirdi (FOTO)

Bölüm:  GÜNDƏM   Tarix: 04.03.10
Türk Dünyası Araşdırmalar Vəqfi 18-ci ilində də Xocalı Soyqırımını unutmadı

Süleymaniyə Kültür Mərkəzində keçirilən konfransın məruzəçisi Aqil Ələsgər Türkiyənin 3 telekanalının da Ana Xəbər Proqramlarının qonağı oldu

Xəbər verildiyi kimi, Dünya Azərbaycanlıları Konqresinin Nəzarət Təftiş Komissiyasının sədri, Türkiyənin Avrasiya Jurnalistlər Birliyinin Qafqaz təmsilçisi və “Yeni Çağ” Analitik İnformasiya Agentliyinin direktoru Aqil Ələsgər Türkiyəyə işgüzar səfərini başa vuraraq vətənə dönüb.
Ötən ildən etibarən başlatdığı “Xocalı Soyqırımını unutma!” proqramı çərçivəsində gerçəkləşdirilən səfər zamanı Aqil Ələsgər İstanbulda bir sıra görüşlər keçirib, Xocalı ilə bağlı tədbirlərə qatılıb.

Səfərin ilk günü Mərmərə Universitetində Xocalı ilə bağlı keçirilən konfransa qatılan A.Ələsgər həmin gün Azərbaycanın İstanbuldakı Baş Konsulu Səyyad Salahlı, MHP-li millət vəkili Osman Durmuş və ÇXP başqanının yardımçısı, millət vəkili Onur Öymənlə və digər şəxslərlə görüşüb.

Fevralın 25-də Türkiyənin TV NET telekanalının Xəbərlər Proqramının qonağı olaraq, çıxış edən A.Ələsgər Soyqırım günü nüfuzlu ÜLKE TV telekanalının Səhər Proqramının qonağı olub. Hər iki canlı televiziya proqramında Xocalı həqiqətlərini anladan A.Ələsgər fevralın 26-da KANAL T kanalının Ana Xəbər proqramında iştirak edib. Hər üç telekanalda Qarabağ həqiqətlərinə işıq tutan Aqil Ələsgər fevralın 27-də Süleymaniyə Kültür Vəqfində Türk Dünyası Araşdırmalar Mərkəzinin təşkil etdiyi Xocalını Anma Gecəsində baş məruzəçi olub. Türk Dünyasının Xocası professor Turan Yazqanın rəhbərlik etdiyi Türk Dünyası Araşdırmalar Mərkəzinin təşkil etdiyi gecədə Xocalı ilə bağlı həqiqətləri geniş auditoriyaya çatdıran Aqil Ələsgər Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinə də toxunub.


“Yeni Çağ” AİA
www.yenicag.az
















Xəbərin ünvanı:
http://www.yenicag.az/article.php?storyid=3533
Materiallardan istifadə edərkən www.F1-Az.com saytına istinad zəruridir!
© Copyright 2006, Rahim N.Aliyev, All Rights Reserved.
Sual və təklifləriniz: admin@f1-az.com