Azəri Türk Ðóññêèé
WAPPDARSS
Axtar
ANA SƏHİFƏ
Manşet
Son xəbər
Gündəm
Rəsmi Xronika
Araşdırma
Siyasət
Müsahibə
Cəmiyyət
Sosial
Dünya
Türk Dünyası
Diaspora
Güney Azərbaycan
İqtisadiyyat
Kriminal
Press Klub
Müxtəlif
Tarix
Mənəviyyat
Şou biznes
İdman
Yaşam
Bu bizik
Bizimlə əlaqə
Facebook'ta Paylaş
Azərbaycan xalqının ümummilli liderinin saytı

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı



Azərbaycanın birinci xanımının saytı

Hər şey Azərbaycan haqqında


Baş redaktor:
Aqil ƏLƏSGƏR
Redaksiyaya zəng:
(+99455) 211-11-82

ARAŞDIRMA:  Fətullah Gülənin "islam inqilabı" modeli
[ Sayta qoyulub: 02:44 10.05.2008 ] Oxunub: 1436

Gülənin fikrincə, "Hizbullah" terror təşkilatı Allahın əsgərləridir!

Dünyəvi dövləti yıxmaq istəyən F.Gülən prezidentləri "şeytanın yolu" ilə getməkdə suçlayır
Fətullah Gülən "İşıq evləri"ndə qurulacaq şəriət dövlətinin əsgərlərinin yetişdiyini öz kitabında yazdı
Gülənin öz kitablarında dövləti ələ keçirmək, təriqətçiliyə və terrora dəstəklə bağlı maraqlı qeydlər "Yeni Çağ"da!


Fətullah Gülən. Bu şəxslə bağlı yaradılan süni imicə inansaq, bu şəxsin təriqətçiliklə, radikal dinçiliklə heç bir əlaqəsi yoxdur. Və haqlı olaraq bəziləri Gülənin nəyin nəsi olduğunun bilinmədiyini iddia edirlər. Bu yazıda bu şəxsin təriqətçiliyə münasibəti barədə məlumat verəcəyik.

Gülənin təriqətçiliyi və ya dövlət başçısı şeytan yolunu tutub?
Bilinən bir reallıq var ki, Gülən də vaxtilə bu təriqət-dərgah süzgəcindən keçib. Özü də bu dərgah-təriqət ab havası ona o qədər təsir edib ki, müəllimi haqqında Əhməd Ərsözün yazdığı və ön sözünü Gülənin yazdığı "Alvarlı Efe Həzrətləri, Xacə Muhəmməd Lütfi Həzrətləri" kitabının 47-ci səhifəsindəki bu şer yer alırdı:

Tərk edərsən şəriəti,
ədd edərsən təriqəti,
Bulamazsın həqiqəti,
Lütfi imanın incininr.

Gülənin təriqət sevgisinin olmadığını iddia edənlər, yaxşı olar ki, "Sızıntı" dərgisindəki "Kalbin Zümrüt Təpələrində" adlı köşəsini oxusunlar. O zaman Gülənin qələmindən təriqətlə bağlı hansı fikirlərin yazıldığının şahidi olacaqlar. Üstəlik Gülənlə İBDA-C terror örgütünün Yeni Dünya düzəni ilə bağlı görüşlərinin eyniliyi sizləri heyrətə düşürəcək. İnsan əlindən çıxan bütün sistemləri "şeytan yolu" adlandıran Gülən respublika quruluşuna da bu sözlərlə qarşı çıxır. "Şeytana aid bir yol onların önünə gətirilib onlara göstərildimi, o anda həmin yolu tutarlar. Parlament olaraq da bu yolu dəstəklərlər. Rəisi Cümhur (dövlət başçısı) olaraq da o yolu tutarlar... Yəni, insan nəfsindən yaranan bu yolu, ŞEYTAN YOLUNU mənimsəyərlər".

Gülənin düşüncəsinə görə, insanlar onun bildiyi haqq yolla getməli və bu yöndə ölümü belə göz önünə almalıdırlar ("Fasıldan- Fasıla, 1-ci cild, səh.114 və 125). Və ya "Əsrin gətirdiyi tərəddütlər" əsərinin ikinci cildinin 58-ci səhifəsində bildirir ki, "Buxari və Müslimdə zikr edilən bir hədisi-şərifə dayanaraq deyirik ki, müsəlmanlar gec-tez bir gün millət-hakim olacaqlar". Gülənin bu sözlərini oxuyan məsum müsəlmanlar "inşallah" deyirlər, ancaq unudurlar ki, Gülənin "müsəlmanlıq" anlayışı Vatikanın Opus Dei cərəyanının İslama münasibəti ilə eynidirlər. Eyni zamanda Gülən bu sözləri deyərkən onu Mehdi sayan müsəlmanları nəzərdə tuturdu. Belə olmasaydı, hər gün axıdılan müsəlman qanlarının durdurulması üçün ən azından bir dəfə etirazını bildirər, Buşun siyasətini pisləyərdi. Bəs Gülən neyləyir? Türkiyə savadsızlıq girdabında boğularkən, Bərzani və PKK-nın nəzarətində olan Şimali İraqda məktəb açan və dünya insanına ingilis dilini öyrədən Gülən Pensilvaniyada öz sakit həyatını yaşayır. Ara-bir də meydana çıxaraq, yəhudi və xristianlar üçün göz yaşı tökür. Bəyəm, onların canı candır, müsəlmanınkı can deyil?

Gülənə görə "Hizbullah" Allahın əsgərləridir!

Bütün bunlar isə onun İslamdan uzaq "İSLAM ALİMİ" imici ilə üst-üstə düşür. Hər halda özünün etiraf etdiyi kimi ("Kiçik dünyam" kitabında) cəmi iki il düz-əməlli dini təhsil alan Fətullah Gülənin müsəlmanlara nə qədər bağlı olmağının göstəricisidir. Yox! Fətullah Gülənin də sevdiyi müsəlmanlar var. Ancaq onlar Abdullah Yegin kimi xristianlığıda haqq din sayanlar, Mustafa Sunqur kimi üzdəniraq əmələ əl atanlar, Mehmed Qırxıncı kimi mason uşaqlarıdır... Yox Gülənin sevdiyi başqa bir müsəlman qrup da var. Onun adı isə "Hizbullah"dır!

"Fasıldan Fasıla" kitabında günahsız insanları qətl edən, ən azı PKK qədər vəhşi örgüt olan "Hizbullah" haqqında bu sözlər yazılıb:"... Həzrəti Muhəmməd Mustafanın əsgərləri, Cindullah, Allah ordusu... Hizbullah; Allah camaatı, Allah Partiyası... Siyasi boğuşmalar qarşısında Allah partiyası..."

Amerikapərəst Liderlərin Kölgəsində

Nə qədər qəribədir ki, Hizbullahı tərifləyən F.Gülənin ABŞ-la qurduğu "körpülər" daim işləmişdir. F.Gülən yüksəlişindəki böyük addımları Türkiyədəki amerikanpərəst siyasi liderlərə borcludur. F.Gülən beynəlxalq miqyaslı fəaliyyətini, ABŞ-ın Türkiyədə ən güclü olduğu illərdə, yəni 1980-cı illərdə başlamışdır. Dövlət içindəki mənbələri o dərəcədə etibarlıdır ki, hər dəfə haqqında həbs qəti imkan tədbiri seçildiyi vaxt bir gün əvvəldən xəbər tutaraq qaçmış və ya gizlənmişdir. Maraqlıdır ki, rəsmən axtarışda olduğu bir vaxtda Çanaqqala Mərkəz Vaizliyi vəzifəsinə təyinat almışdır.

F.Gülənin fəaliyyəti üçün tramplin rolunu 1989-cu ildə İzmir Fövqaladə Hal Qərargahı tərəfindən həbs olunduqdan sonra Turqut Özal tərəfindən həbsdən çıxarılması oynamışdır. Türkiyə dövləti daxilində gizli təşkilatlanmaya isə Tansu Çillərin baş nazir olduğu dövrdə (1993-1997) müvəffəq olmuşdur. Həmin Tansu Çillər ki, bu gün Baş Qərargah Hərbi Məhkəməsi tərəfindən aparılan istintaqda SİA ilə əlaqələri təhqiq olunur. Xatırlatmaq istəyirəm ki, məhz Tansu Çillərin baş nazirliyi dövründə, onun təlimatı ilə 1995-ci ildə Bakıda uğursuz dövlət çevrilişi cəhdi edildi. Bu gün artıq bu çevriliş əmrini şəxsən Tansu Çillərin verdiyi hamı tərəfindən bilinir. Tansu Çillər hökuməti dövründə F.Gülən elə bir siyasi gücə qovuşmuşdur ki, Türk Silahlı Qüvvələrində yüksək vəzifələrə təyinlərə təsir edə bilirdi. 10 oktyabr 1995-ci ildə bir mətbuat açıqlamasında F.Gülən, adını açıqlamadığı bir general-leytenantın quru qoşunları baş komandanlığı vəzifəsinə təyininə mane olduğunu şəxsən bildirmişdir.

Gülənin təriqətçiliyi və ya nurçularla təriqətçilərin ortaq xüsusiyyətləri

Fətullah Gülənin gənclik illərindəki ən yaxın iki dostundan biri (digəri Səid Nursinin tələbəsi mason tələbəsi Mehmet Qırxıncı idi) "Qara səs" ləqəbli Cəmaləddin Qaplanın dili ilə izah edək: "İslam inqilabının ordusuna qəbul edilmək üçün bir müsəlmanın bu mərhələləri seçməsi gərəkir. 1. Mədrəsə dövrü. Bu dövrdə müsəlmanın elmi görüşləri tamamlanacaq. Yəni, Quranın konstitusiya, şəriətin qanun olduğunu öyrənəcək, bunu dərk edəcək. Bu yolda öz böyüklərinin yolu ilə gedəcək". 2. Təkkə dövrü. Bu mərhələdən sonra müsəlman "təkkə dövrü"nü yaşayacaq. Təkkə dövrü təriqətçilik deməkdir. Təriqətlərdə müsəlman mükəmməlləcək. 3. Kazarma dövrü. Bu mərhələ inqilabın silahlı mərhələsidir ki, bu dövrdə müsəlman tətik çəkməyi öyrənəcək" (qaynaq: Ergün Poyraz,"Kanla Abdest alanlar", s.226-227).

Görürsünüzmü, nurçularla təriqətçilər arasında əlaqə necə sistematikdir. Yəni, mədrəsədən keçməyənin təkkəyə girməsini Kaplan məntiqli saymır. Mütləq bu mərhələlər keçinilməlidir.

Fətullah Gülən də əslində qeyri-qanuni mədrəsə kimi fəaliyyət göstərən "İşıq evlərinin" tərifini verərkən gənclik dostunun söylədiyindən fərqli bir şey söyləmir: "İnanıram ki, gerçək xidmət edən şəxslər bu evlərin qapılarını ardına qədər açıq qoyacaq, xidməti davam etdirəcəklər. ÇÜNKİ BU EVLƏRDƏ ƏSGƏR YETİŞİR. Çünki bu evlərdə dərviş yetişir. Çünki bu evlərdə mədrəsə mollası yetişir. Bu evləri qapatsanız, dövlət olsanız belə, sizin varidatınız istifadə edilə-edilə tükənəcək".
Əlavə şərhə ehtiyac varmı?



Aqil Ələsgər


 
Əlavə keçidlər

Oxşar xəbərlər:
· İranın “İslamoğlu” kartı və xəvariclər – II Yazı
· İranın “məzhəb birliyi” oyunu və “İslamoğlu” kartı... - I Yazı
· Azərbaycan Respublikasının Konstitusiyasında milli ideologiya problemi
· Həsən ibn Əs-Sabbahı bu qədər dərindən tanımırsınız...
· Qurban bayramına alverçi münasibəti...
· İrəvanda “Türk” Universiteti qurulacaq
· Səid Nursinin tələbələri arasında fərq və ya Badıllı adlı muzdlu yazara ikinci cavab
· Ermənipərəst fətullahçıların çirkin oyununun pərdəarxası (yenilənib)
· Türkiyənin ən qaranlıq və cinayətlərlə zəngin olan dərgahının gizlinləri…
· Fətullahçılardan "türk-erməni dostluğu"na daha bir töhfə
· ABŞ-dan Gülənə daha bir zərbə

ARAŞDIRMA bölümünün son 20 xəbəri:
· İranın “İslamoğlu” kartı və xəvariclər – II Yazı
· ANONS! Skandal araşdırma! İranın “İslamoğlu” kartı -2
· İranın “məzhəb birliyi” oyunu və “İslamoğlu” kartı... - I Yazı
· Azərbaycan iqtidarını devirmək planı...
· Azərbaycan Respublikasının Konstitusiyasında milli ideologiya problemi
· Ermənilər Qafqazdan qaçırlar
· Erməni ilə ortaq elmi məqalə yazan dövlət məmuru kimdir?
· Müsəlman qanına bulaşan bayram…
· Suraxanı Atəşgahı ilə bağlı etiraf edə bilmədiklərimiz
· Şok! 8 mart bayramının kirli tarixçəsi!
· “Federalizm Azərbaycanın qurtuluş yoludur?”
· Böyük Azərbaycanın qurucusu Şah İsmayıl Xətai...
· Həsən ibn Əs-Sabbahı bu qədər dərindən tanımırsınız...
· Bakıda braziliyalılar soyuldu
· Türkiyədə II Uluslararası Türk Kültürü Qurultayı keçirilib
· Bakıdakı kilsə zəngləri sakinləri narahat edir
· Şimal ayısı ilə tans
· Dünyanın ən baha kücəsi harada yerləşir?
· Avropa Şurası da YAP-çı “çıxdı”
· Facebook-da «yatan» jurnalistlər


Çap variantı  Dosta göndər


 


© Yeni Çağ Analitik İnformasiya Agentliyi, 2007-2009
Materiallardan istifadə zamanı yenicag.az linkinə istinad vacibdir.
Müəlliflərin mövqeyi agentliyin mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunan reklamların mətninə görə agentlik məsuliyyət daşımır.