Azəri Türk Đóńńęčé
WAPPDARSS
Axtar
ANA SƏHİFƏ
Manşet
Son xəbər
Gündəm
Rəsmi Xronika
Araşdırma
Siyasət
Müsahibə
Cəmiyyət
Sosial
Dünya
Türk Dünyası
Diaspora
Güney Azərbaycan
İqtisadiyyat
Kriminal
Press Klub
Müxtəlif
Tarix
Mənəviyyat
Şou biznes
İdman
Yaşam
Bu bizik
Bizimlə əlaqə
Facebook'ta Paylaş
Azərbaycan xalqının ümummilli liderinin saytı

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı



Azərbaycanın birinci xanımının saytı

Hər şey Azərbaycan haqqında


Baş redaktor:
Aqil ƏLƏSGƏR
Redaksiyaya zəng:
(+99455) 211-11-82

Aqil ƏLƏSGƏR:  Yəhudi Lobbisinin "Ona Minute"u və ...
[ Sayta qoyulub: 06:08 08.03.2010 ] Oxunub: 366

Türkiyə açılımları həyata keçirməyə məcbur edilir, bu açılımların sonu isə Türkiyənin bölünməsinə gətirib çıxarır

ABŞ Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitəsi, "Erməni soyqırımı" iddialarıyla əlaqədar qanunu qəbul etdi. Bəs bu qərarın pərdə arxasındakı müəllifi kim idi?


ABŞ-da Türkiyə əleyhinə bu növ təklif və qanun qanunlarına qarşı dayanan Yəhudi lobbisi vardı.

Ta ki bu hadisəyə qədər…

Yəhudi lobbisi, Türkiyə-İsrail əlaqələrinin pozulmasından ötrü bu dəfə qanunun qarşısında dayanmayacağını açıqlamışdı.

Türkiyə səfiri Namiq Tan vəzifə başına gələr gəlməz vəziyyətə müdaxilə etməyə çalışdı. Güclü Yəhudi lobbiləriylə təmasa keçərək, soyqırım qanununa qarşı dayanmalarını istədi. Ancaq bacara bilmədi.

Hətta silah lobbisinin dəstəyi ilə yəhudi və erməni lobbisinə meydan oxuyacağına güvənsə də, Türkiyə bu dəfə başarısız oldu. Çünki bu vaxta qədər həmin sənədin qarşısında dayanan tək güc artıq Türkiyənin yanında deyildi. Bəli, bu həqiqətdir ki, yəhudi və ermənilər tarix boyu bir-birlərini nəinki sevməyiblər, hətta nifrət ediblər. Ancaq Fələstin məsələsi yəhudilər üçün daha həssas olduğundan, Türkiyənin heç bir hədəsi onların fikrini dəyişdirmədi.

İllərdən bəri ABŞ Nümayəndələr Məclisi Xarici Əlaqələr Komitəsi bu məsələni gündəmdən düşürmürdü. Bu il isə öncəkindən fərqli olaraq, bu məsələ ciddi təbliğat və təzyiq vasitəsinə çevrildi. Türkiyə “Bizimlə şantaj dili ilə danışa bilməzsiniz” söyləsə də, qarşı tərəf bildiyi dildən danışdı. Göstərdi ki, NATO-dan çıxmaq, İncirlik ştabını bağlamaq, silah proyektindən çəkilmək kimi hədələr Amerika yəhudilərini narahat etmir. Çünki bu iddiaları irəli atanlar da bir məqamı gözdən qaçırmışdılar:

Əslində, bu həm də Amerikanın hər il mart ayında başladıb, aprel ayının 24-ə qədər davam etdirdiyi psixoloji müharibənin tərkib hissəsindən başqa bir şey deyil. Obama Türkiyə Böyük Millət Məclisindəki çıxışında şərtlərini saymışdı: Erməni açılımı, Kürd açılımı, Kipr açılımı, Ruhanilər Məktəbi açılımı.

Bu plan üzrə hərəkət edilsə, Türkiyə:

Öncə erməni, sonra da kürd açılımını qətiləşdirməlidir.

Yəni, ermənilərlə sərhəd də daxil olmaqla hər mövzuda anlaşmaq Türkiyənin boynunun borcudur, Amerikaya görə...

Kürd açılımına gəlincə, burada heç də kürd xalqına hər cür dəstəkdən sohbət getmir, kürd adı altında PKK-nın leqallaşdırılması planlaşdırılır.

Kipr açılımı isə Türkiyənin Adadakı əsgəri geri çəkməsi deməkdir ki, Türk Ordusu buna hələlik dirəndiyi üçün sındırılır, Gənəl Kurmayın "yataq otağı" belə araşdırılır...

Ruhanilər Məktəbi isə Türkiyəni hər zaman yunanlara satan Bartaleyemosun çoxdanki arzusudur...

Qısaca desək, Türkiyədən üç düşməni qarşısında (Erməni, rum və PKK) diz çökməsi tələb olunur. Bunun ardınca isə Türkiyənin bölünməsi planı yatmaqdadır... Bütün bu məsələlərdə Amerikanın nə qədər ciddi olduğunu anlatmaq üçün belə bir qərara ehtiyac vardı.


Təbii ki, burada Yəhudi lobbisini də unutmamaq lazım. Onlar da əllərinə keçən fürsəti yaxşı dəyərləndirdilər. Bu dəfə "Ona Minute" deyən tərəf Yəhudi Lobbisi oldu…



“Yeni Çağ” AİA
www.yenicag.az


 
Əlavə keçidlər

 


© Yeni Çağ Analitik İnformasiya Agentliyi, 2007-2009
Materiallardan istifadə zamanı yenicag.az linkinə istinad vacibdir.
Müəlliflərin mövqeyi agentliyin mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunan reklamların mətninə görə agentlik məsuliyyət daşımır.