Azəri Türk Ðóññêèé
WAPPDARSS
Axtar
ANA SƏHİFƏ
Manşet
Son xəbər
Gündəm
Rəsmi Xronika
Araşdırma
Siyasət
Müsahibə
Cəmiyyət
Sosial
Dünya
Türk Dünyası
Diaspora
Güney Azərbaycan
İqtisadiyyat
Kriminal
Press Klub
Müxtəlif
Tarix
Mənəviyyat
Şou biznes
İdman
Yaşam
Bu bizik
Bizimlə əlaqə
Facebook'ta Paylaş
Azərbaycan xalqının ümummilli liderinin saytı

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı



Azərbaycanın birinci xanımının saytı

Hər şey Azərbaycan haqqında


Baş redaktor:
Aqil ƏLƏSGƏR
Redaksiyaya zəng:
(+99455) 211-11-82

MANŞET:  Rədd olsun fars şovinizmi!!!!!!
[ Sayta qoyulub: 19:16 22.02.2010 ] Oxunub: 389

DAK İran adlanan yerin səfirliyi qarşısında möhtəşəm aksiya keçirdi

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) İran adlanan yerin Azərbaycan Respublikasındakı səfirliyinin binası qarşısında etiraz aksiyası keçirib. Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan aksiyada iştirakçılar qonşu ölkədə Azərbaycanın dövlət atributlarının təhqir olunmasına, konsulluğun qarşısında aksiya keçirilməsinə, eyni zamanda öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın soydaşımızın milli-mədəni hüquqlarının pozulmasına dinc şəkildə etiraz ediblər.


Yüzlərlə adam “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “İslamçı dövlət, işğalçı dövət!”, “Yaşasın Azərbaycan!”, “Ruş, fars, erməni - bunlar türkün düşməni!” kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Ermənistan prezidenti Serj Sərkisyan və İran adlanan yerin prezidenti Mahmud Əhmədinejadın üzərinə “Müsəlman təəssübkeşinin iç üzü” yazılan şəklini, onların qucaqlaşmış formada çəkilmiş fotoşəkilini, “Ermənistanla qardaşlıq İslam dəyərlərinə ziddir!”, ”Qatillərə qucaq açan ölkəyə ar olsun”, “Fars şovinizminə “yox” deyirik!”, "Bozqurd dünyanın hər qarışında var!", "40 milyon Azərbaycan türkünə ana dilində təhsil!", "Haray, haray mən türkəm!", "Şəhidlərimizi unutmadıq!", "Səid Mətinpura azadlıq!", "Çingiz Bəxtavərin qisasını alacağıq!" şüarları yazılan plakatlar qaldırıblar. Aksiya iştirakçıları Ermənistan prezidenti havaya qaldırıblar.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə aksiyada çıxış edərək, İran adlanan yerin Ermənistanla münasibətlər qurmasını, bu ölkədə azərbaycanlılara qarşı təzyiqləri, aparılan həbsləri pisləyib.

Sonda DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri təşkilatın bəyanatını oxuyaraq, sənədi İran adlanan yerin səfirliyinə təqdim edib. Bəyanatda İran adlanan yerdə həbsdə olan azərbaycanlıların azad olunması, bu ölkənin Ermənistanla əlaqələrinin dayandırılması, İran adlanan yerin mətbuatında azərbaycanlılara qarşı təhqirlərə son qoyulması tələb olunub. Aksiya iştirakçılarının təhlükəsizliyini qorumaq məqsədilə əraziyə yüzlərlə polis əməkdaşı cəlb olunub. Təxminən 30 dəqiqə davam edən aksiya heç bir insident baş vermədən başa çatıb. Düzdür, polislə piket iştirakçıları arasında heç bir qarşıdurma baş verməsə də, ancaq 9 nəfər saxlanılıb. Onlardan yalnız ikisinin adı məlumdur. Bunlar DAK Gənclər Təşkilatının sədri Samir Turan və onun müavini Fuad Abdurrəhmanlıdır. Saxlanılanlar Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinə aparılıblar. Hazırda onlar müstəntiqlər tərəfindən dindirilir. Digərlərinin də adları dəqiqləşən kimi məlumat veriləcək. Artıq DAK Daimi Şurasının sədri Əjdər Tağızadə və DAK-ın Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimli Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsindədirlər.

DAK-ın İran adlanan yerin səfirliyinə təqdim etdiyi bəyanatın tam mətni:

"1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələri ilə Azərbaycanın tarixi torpaqları Rusiya və İran adlanan yerin imperiyaları tərəfindən ikiyə parçalanmış, son 200 illik mərhələdə xalqımız “bölünmüş xalq” statusu ilə yaşamalı olmuşdur. On illər boyu milli-mənəvi varlığımız yad ideologiya və rejimlərin zorakı təzyiq və basqılarına məruz qalaraq, azadlıq və birlik ideyalarımıza qarşı ardıcıl olaraq repressiv siyasət həyata keçirilmişdir. Lakin bütün bunlar Azərbaycan xalqının milli iradəsini və mübarizə əzmini bir an belə olsun sarsıda bilməmiş, azadlıq uğrunda mucadilədə quzeyli-güneyli torpaqlarımız zaman-zaman şəhidlərimizin müqəddəs qanları ilə suvarılmışdır.
Nəhayət, 20 il əvvəl Azərbaycanın quzeyində milli-azadlıq hərəkatı qələbə çalmış, Sovet imperiyasının çökməsilə xalqımız layiq olduğu tarixi haqqına qovuşmuşdur. Bu gün Azərbaycan xalqının milli-siyasi mənafelərini layiqincə təmsil edən müstəqil, demokratik Azərbaycan Respublikası özünün sürətli tərəqqi və inkişaf mərhələsini yaşamaqda, sivilizasiyalı beynəlxalq aləmə uğurla inteqrasiya olunmaqdadır. Müstəqil Azərbaycanın uğurlu daxili və xarici siyasəti, cəmiyyətdə demokratik hüquqi dəyərlərin bərqərar edilməsi, beynəlxalq sülh və təhlükəsizlik işinə ölkəmizin töhfələri, bir çox regional və transmilli iqtisadi layihələrdə, enerji təhlükəsizliyi kimi qlobal məsələlərdə Azərbaycan dövlətinin önəmli rolu, sivilizasiyalı dünya birliyi ilə ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri, o cümlədən İslam dünyası ölkələri ilə qarşılıqlı dostluq münasibətlərinin qurulması Azərbaycanın düşmənlərinin yuxusunu ərşə çəkən amillərdəndir. Təəssuf ki, bu düşərgədə İran adlanan yer xüsusi canfəşanlığı ilə seçilir. Tehran rejiminin çoxsaylı kütləvi informasiya vasitələrində, televizya və radio kanallarında, internet saytlarında Azərbaycan dövlətçiliyinə, onun suveren hüquqlarına yolverilməz müdaxilələr edilir, ölkədə etnik-dini və məzhəblərarası münasibətlərin gərginləşdirilməsi istiqmətində sistemli siyasi-ideoloji təxribatlar və təbliğat-təşviqat işləri aparılır və bütün bunlar rəsmi dövlət səviyyəsində himayə olunur. Azərbaycanın beynəlxalq əlaqələrinin, müstəqil daxili və xarici siyasətinin İran adlanan yerin rəsmi dairələri tərəfindən Tehran rejiminin qapalı dinçi mahiyyəti baxımından təftiş edilməsi və nöqsanlar axtarılması, yumşaq deyilsə, öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaqdan başqa bir şey deyildir.
Azərbaycan torpaqlarının 20 faizini işğal edən, 1 milyon Azərbaycan vətəndaşını öz dədə-baba yurdundan didərgin salan, 20 mindən artıq günahsız müsəlmanı – qocasına, qadınına, körpəsinə belə aman vermədən məhv edən, şəhər və kəndlərimizdə dəhşətli kütləvi qətliamlar, qanlı terror aksiyaları həyata keçirən, Ermənistanda və Qarabağda məscidlərimizi, müqəddəs sitayiş yerlərimizi, qəbiristanlıqlarımızı təhqir edərək xaraba qoyan, nəhayət, Xocalı soyqırımı kimi XX əsrin ən amansız insan fəlakətini törədən təcavüzkar bir dövlətlə bu gün siyasi-strateji əməkdaşlıq münasibətində olan yeganə müsəlman dövləti məhz İran adlanan yerdir. Tehran rejiminin İslam düşməni olan bir ölkəylə bütün sahələrdə can-bir qəlbdə olması, şəhidlərimizin qanı ilə yoğrulan və ermənilərin əliylə xarabalığa çevrilən Qarabağ üzərində dostluq və qardaşlıq körpüləri yaratması təkcə Azərbaycan düşmənçiliyinin deyil, eyni zamanda İslam dünyasına və müsəlman birliyinə xəyanətkar qəsdin açıq-aşkar göstəricisidir. Bu, saxta “müsəlman təəssübkeşliyi”ni əldə bayraq edən bir irtica rejimin əslində anti-İslam xarakterinin iç üzü, İslam mənəviyyatı və əxlaqının ayaqlar altına atılmasıdır. Tehran-İrəvan arasının su yoluna döndərilməsi, “müsəlman təəssübkeşi” ağayi Əhmədinejadın Qarabağda kütləvi qətl və qarətlərin birbaşa təşkilatçısı və icraçısı Köçəryan, Sarkisyan kimi hərbi-siyasi canilərin qanlı əllərini sıxması, qucaqlaşıb-öpüşməsi kimi müdhiş səhnələrə İslam əxlaqı baxımından qoy İran adlanan yerin ictimaiyyətinin özü qiymət versin. Biz İran adlanan yerin xalqını mövcud rejimin belə xəyanətkar fəaliyyətinə, təcavüzkar Ermənistanı və erməni şovinizmini dəstəkləyən siyasi xəttinə qarşı səfərbər olmağa, qəti iradə nümayiş etdirməyə çağırırıq. Bu gün İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan 40 milyona yaxın Azərbaycan türkü ağır və dözülməz siyasi-mənəvi şərtlər altında milli varlığını qorumaq uğrunda çarpışmaqdadır. Düz 85 ildir bütöv bir xalq irtica metodları ilə idarə olunan siyasi-dini bir rejimin, antidemokratik, qapalı bir cəmiyyətin girovuna çevrilmişdir. 2006-cı il mayın 22-də “İran” adlanan rəsmi qəzetdə təhqir xarakterli karikaturaya etiraz əlaməti olaraq Təbriz, Urmiya, Zəncan, Sulduz və Güney Azərbaycanın digər şəhərlərində keçirilmiş yürüş-mitinqlərdən sonra isə soydaşlarımıza qarşı təqib və təzyiqlər səngimir. 2007, 2008, 2009-cu illərdə və 2010-cu ilin yanvarından bəri öz milli hüquqlarını tələb edən minlərlə azərbaycanlı həbs olunub, hətta bəzilərindən indiyədək heç bir məlumat yoxdur, onlar təcridxanalarda ağır fiziki və mənəvi işgəncələrə məruz qalır, eyni zamanda hərəkatçılar müxtəlif üsullarla müəmmalı şəkildə qətlə yetirilir, bəzi milli fəalların səhhəti ağırlaşdığından həyatı təhlükə qarşısındadır, onlar tibbi müayinədən, ailələrilə görüşmək və vəkil tutmaq hüququndan məhrum edilirlər, məhkəmələrdə onlarla soydaşımıza ədalətsiz həbs, sürgün və şallaq cəzaları kəsilir.
Danılmaz gerçəklikdir ki, Azərbaycan xalqı tarixən İran adlanan yerin ictimai-siyasi və mədəni-mənəvi həyatını yönləndirmiş, yüz illər boyu bu ölkənin siyasi-dövlət idarəçiliyi, inkişafı və tərəqqisi bilavasitə Azərbaycan türklərinin adı ilə bağlı olmuşdur. Lakin son yüz illik tarixi mərhələdə fars şovinizminin dövlət siyasəti səviyyəsinə qaldırılması ilə çoxmilyonluq Azərbaycan türkü milli-mədəni hüquqlardan tamamilə məhrum edilmişdir. Soydaşlarımızın bu gün beynəlxalq hüququn təməl prinsiplərindən olan insan haqlarına, doğma ana dilində yazıb-oxumaq, dil və mədəniyyətini inkişaf etdirmək kimi ən adi vətəndaş hüquqlarına belə sahib deyildir. İran adlanan yerin rəsmi hakimiyyəti, siyasi-ideoloji dairələri on illərdir ki, şərəfli və möhtəşəm tariximizi hər vasitə ilə saxtalaşdıraraq özününküləşdirməkdə, soy-kökümüzlə bağlı saxta və gülünc “nəzəriyyələr” uydurmaqda, milli toponimlərimizi farslaşdırmaqda, xalqımıza qarşı məqsədyönlü etno-demoqrafik siyasət yürütməkdə davam edir. Bir sözlə, azərbaycanlıların tarixdəki və günümüzdəki misilsiz xidmətləri və rolu hər vəchlə danılır və inkar olunur.
İrtica rejiminin siyasi təqib və repressiyaları milyonlarla soydaşımızın öz doğma yurd-yuvalarını tərk edərək dünyanın müxtəlif ölkələrinə mühacirət etməsinə səbəb olmuş, minlərlə azadlıq və ədalət fədailərimiz məşəqqətli məhbəs həyatına məhkum edilmiş, keçmiş “SAVAK”, indiki “Ettelaat”ın təcridxanalarında, Kəhrizək, Evin kimi həbsxanalarda fiziki və mənəvi işgəncələrə məruz qalır, alçaldılır, təhqir olunur, zorlanaraq öldürülür. Bu acınacaqlı və dözülməz şərait indi də bütün gücü ilə davam etdirilməkdədir.
Lakin Tehran rejimi bilməlidir ki, şər və böhtan üzərində qurulmuş bir siyasətlə, zorakı təqib və repressiv metodlarla tarixin bütün dönəmlərində şərəfli izlər qoymuş böyük bir xalqı və mədəniyyəti yox etmək, onun haqq səsini batırmaq mümkün deyildir və bu uğursuz cəhdlər labüd məğlubiyyətə məhkumdur. Bu gün dünyada gedən geosiyasi proseslər, yeni dünya düzəni və tarixi gedişat bu məntiqi sonluğun qaçınılmazlığını artq bütün ciddiyyəti ilə diqtə etməkdədir.

Dünya Azərbaycanlıları Konqresi (DAK) bütün dünyada yaşayan azərbaycanlıların insan və vətəndaş haqlarının müdafiəsini, milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasını özünün fəaliyyət məramnaməsi kimi qəbul etmişdir. Biz bir beynəlxalq təşkilat kimi, soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, onların hüquq və azadlıqları uğrunda beynəlxalq hüquq prinsipləri çərçivəsində sonacan mübarizə aparacağımızı bəyanlamaqla İran adlanan yerdəki mövcud rejimin Azərbaycan türklərinə qarşı yalnız və qərəzli siyasətə son qoyulmasını, onların milli hüquqlarının təmin olunmasını tələb edirik".


 
Əlavə keçidlər

Oxşar xəbərlər:
· Xamneyi yalan danışır, yoxsa İrandan xəbəri yoxdur?..
· Şok! İranda sünnilərin camaat namazı qılmaları qadağan edildi
· Rusiyadakı terror hadisəsinin sifarişçisi İrandır
· Əjdər Tağızadə: "Qum İran adlanan yerin Vatikanıdır"
· Valentin gününün gizlədilən gerçək tarixçəsi
·  Mehmet Şevket Eygidən hər kəsin oxumalı olduğu yazı
· Azərbaycan! Azərbaycan! Azərbaycan!
· İran Ələkrəm Hümbətovun separatçılarından istifadə edir
· Rəsul Quliyev-Rza İbadov ittifaqı genişlənir
· Ermənistan-Türkiyə sərhədləri açıldı?

MANŞET bölümünün son 20 xəbəri:
· VHP Milli Məclisə yeni simalarla gedir
· “Əbu Bəkr” məscidinə qarşı terrorun üzərindən 2 il keçir...
· Qəzzə Ərdoğanı Qəddafiyə dəyişdi
· Klintondan Azərbaycan müxalifətinə incə mesaj
· Klinton Azərbaycanda çevriliş ediləcəyinin işarəsini verdi?
· Bu gün Milli Qurtuluş günüdür
· “ABU Petrol”da kütləvi istefalar başlayıb
· Türkiyədəki “Kamal Kılıçdaroğlu” rüzgarının pərdəarxası
· Azərbaycanın kənd təsərrüfatı sellər altında qalıb
· Xamneyi yalan danışır, yoxsa İrandan xəbəri yoxdur?..
· İranın casus şəbəkəsi çökdürüldü (yenilənib)
· 30 aprel Tələbə-Polis qarşıdurması günü oldu
· Şok! İranda sünnilərin camaat namazı qılmaları qadağan edildi
· Erməni-türk münasibətlərində “səssiz diplomatiya” dövrü
· Bildiriş! Aprelin 24-ü: Bizim günümüz!!!
· Rusiyadakı terror hadisəsinin sifarişçisi İrandır
· Azərsaytda ALLAH təhqir edildi (FOTO-FAKT)
· Rədd olsun fars şovinizmi!!!!!!
· Əjdər Tağızadə: "Qum İran adlanan yerin Vatikanıdır"
· Valentin gününün gizlədilən gerçək tarixçəsi


Çap variantı  Dosta göndər


 


© Yeni Çağ Analitik İnformasiya Agentliyi, 2007-2009
Materiallardan istifadə zamanı yenicag.az linkinə istinad vacibdir.
Müəlliflərin mövqeyi agentliyin mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunan reklamların mətninə görə agentlik məsuliyyət daşımır.