[ Sayta qoyulub: 02:51 10.02.2010 ] Oxunub: 481
On dörd əsr boyunca İslam dünyasında zühur edən bidətlərin ən qorxuncu və təhlükəlisi zamanımızdakı bu təriqət və ya tayfadır
Türkiyənin ən etibarlı dini yazarlarından olan Mehmet Şevket Eygi neçə vaxtdan bəri İslam camiəsinin içindəki xainləri ifşa edən yazılar qələmə almaqdadır. Sizin üçün Azərbaycancaya çevirdiyimiz yeni yazısında da Azərbaycanda da xərçəng kimi yayılmaqda olan ermənipərəst dini camaata dair ibrətamiz iddilara yer verib. Yazının sonunda kimdən bəhs edildiyini onsuz da biləcəksiniz:
Yeni bir təriqət
17-ci əsrin ortalarında zühur edən saxta Məsih Sabatay Sevi iki dinli, iki şəxsiyyətli bir camaatın ortaya çıxmasına səbəb olmuşdu. Dönmələr deyilən camaatın bir ayağı İshaki, bir ayağı İsmayılı dairədədir, yəni onlar həm Yəhudi, həm də -sözdə- Müsəlmandır.
Zamanımızda da iki dinli, iki şəxsiyyətli bir təriqət zühur etmişdir. Bunların da bir ayağı İslamda, o biri ayaqları Əhli Kitab dairəsindədir.
Bunlar namaz qılarlar, oruc tutarlar, həccə gedirlər, amma bir tərəfdən də "Yəhudilik və Xristianlıq da haqqdır... Bir tək İbrahimi din yoxdur, üç İbrahimi din vardır... Üçü də haqqdır... Hz.Muhammədi inkar edən, Quranı inkar edən, İslamı inkar edən Əhli Kitab da qurtuluşa çatmışdır, onlar da Cənnətlikdir" deyərlər.
Bu təriqətə görə Əhli Kitab ilə Əhli İslam “Aməntuda ittifaq halındadır”. Yəni onlara görə Tövhid inancı ilə Təslis inancı birdir.
Bu təriqət, hər ayənin altında Kitabı Müqəddəsdən istinadlar olan bir Quran tərcüməsi də nəşr etmişdir.
Bu yeni təriqət düşüncələri, inancları, fikirləri ilə ənənəvi Əhli Sünnə və Camaat İslamlığından qopuqdur. Çünki Əhli Sünnəyə görə:
1. İslam, Allah qatında haqq, etibarlı, məqbul tək dindir.
2. Hz. Adəm əleyhissalamdan bu günə qədər tək haqq din vardır, o da islamdır.
3. Hz. İbrahimin, Hz.Musanın, Hz. İsanın və digər bütün Peyğəmbərlərin (Hamısına salat və salam olsun) dini İslamdır, inancları Tövhiddir.
4. Tövhid inancı ilə Təslis inancı əsla uyğun gəlməz və uzlaşmaz.
5. Hz. Məhəmmədin risaləti və dəvəti özünə çatdığı halda, bunu rədd edən kimsə kafirdir və onun üçün nicat və Cənnət yoxdur.
6. Yəhudilər İslamın haqq din olduğunu qəbul etməz, Xristianlar da qəbul etməz. Onlar İslamı haqq qəbul etmirlər, yeni təriqət mənsubları isə onları haqq qəbul edir... Nə böyük ziddiyyət!..
Bəli təkrar edirəm və israrla üzərində dayanıram:
On dörd əsr boyunca İslam dünyasında zühur edən bidətlərin ən qorxuncu və təhlükəlisi zamanımızdakı, xüsusiyyətlərini yuxarıda yekunlaşdırdığım bu təriqət və ya tayfadır.
Taqiyye etməsinlər, açıq və səmimi olsunlar və bütün İslam dünyasının seyr edəcəyi, dinləyəcəyi bir açıq iclasa qatılsınlar.
Üləma bu mövzuları müzakirə etsin və mübahisə etsin:
1. Bir haqq dinmi vardır, üç haqq dinmi?
2. Bu günki Yəhudilik və Nasranilik İbrahimi dinlərdirmi, deyilmi?
3. Tövhid inancı ilə Təslis inancı birdirmi, bir-birinə zidddirmi?
4. Hz.Muhammədin Peyğəmbərliyindən və İslam dininin göndərilməsindən sonra digər təhrif olunmuş dinlərin və şəriətlərin hökmləri nəsh edilmişdirmi, edilməmişdirmi?
Əhli Sünnə kəlam alimlərinə böyük iş düşür.
Qorxaraq yaxud bəzi mənfəətlər qarşılığında susmaq doğrudurmu?
Peyğəmbərimiz "Haqsızlıq qarşısında susan dilsiz şeytandır" buyurmamışdırmı?
Mehmet Şevket Eygi “Yeni Çağ” AİA www.yenicag.az
|