[ Sayta qoyulub: 04:48 03.02.2010 ] Oxunub: 207
Vəkil müstəqil ekspertiza keçirilməsini tələb edib
Həbsdə olan jurnalist Eynulla Fətullayevin qanında və sidiyində cüzi miqdarda heroin izləri aşkarlanıb.
Bu haqda “Turan” İnformasiya agentliyinə danışan jurnalistin vəkili İsaxan Aşurov bildirib ki, ona təqdim edilmiş nəticələr etibar doğurmur və buna görə də müstəqil ekspertiza keçirilməsini tələb edib. “Həkimə etibar etməmək üçün əsas var və biz onun dindirilməsini də istədik. Analizlərin nəticələri Eynulla Fətullayevin özünə təqdim edildikdə o, rəyi tamamilə saxta adlandırıb. Bildirib ki, heç vaxt heç bir narkotik vasitədən istifadə etməyib və bu ekspertiza onu həbsdə saxlamaq məqsədilə qanunsuz əməllərin tərkib hissəsidir”. Xatırladaq ki, . fevralın 1-də ekspertiza Eynulla Fətullayevin narkomaniyadan əziyyət çəkmədiyi və məcburi müalicəyə ehtiyacı olmadığı haqda rəy vermişdi. “Yeni Çağ” AİA www.yenicag.az
|