Azəri Türk Đóńńęčé
WAPPDARSS
Axtar
ANA SƏHİFƏ
Manşet
Son xəbər
Gündəm
Rəsmi Xronika
Araşdırma
Siyasət
Müsahibə
Cəmiyyət
Sosial
Dünya
Türk Dünyası
Diaspora
Güney Azərbaycan
İqtisadiyyat
Kriminal
Press Klub
Müxtəlif
Tarix
Mənəviyyat
Şou biznes
İdman
Yaşam
Bu bizik
Bizimlə əlaqə
Facebook'ta Paylaş
Azərbaycan xalqının ümummilli liderinin saytı

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı



Azərbaycanın birinci xanımının saytı

Hər şey Azərbaycan haqqında


Baş redaktor:
Aqil ƏLƏSGƏR
Redaksiyaya zəng:
(+99455) 211-11-82

GÜNDƏM:  Aqil Ələsgər təkzib etdi
[ Sayta qoyulub: 04:44 03.02.2010 ] Oxunub: 501

“Mən son bir həftə ərzində Azərbaycan mətbuatına açıqlama vermədiyim halda, adımdan açıqlama yazılması mətbu dəyərlərə hörmətsizlikdir”

Azərbaycanda azsaylı müstəqil portallardan olan
www.yenicag.az-ın baş redaktoru Aqil Ələsgərə qarşı zaman-zaman təxribatlar edilib. Gah adından e-mail açılaraq, müxtəlif şəxslər təhqir edilib, gah da özünü Aqil Ələsgərə yaxın göstərərək, ona qarşı müxtəlif tələlər təşkil edilib ki, Uca Allah hər dəfə baş yazarımıza bu problemlərdən qurtulmasına yardım edib. Sonuncu dəfə isə A.Ələsgərin adından tanınmayan bir həftəlik qəzetdə açıqlama yayımlanıb.

Bu barədə “Yeni Çağ” AİA-ya açıqlama verən Aqil Ələsgər bildirib ki, bu barədə yaxın dostlarının vasitəsi ilə xəbər tutub: “Açığı, həmin qəzetin baş yazarını tanısam da, o qəzetin müntəzəm izləyicisi deyiləm. Dəfələrlə, dostlarım portalımızda yayımlanan yazıların bu və digər qəzetlər tərəfindən istinadlı və istinadsız dərc olunduğunu söyləsələr də, əhəmiyyət verməmişəm. Ancaq dünən dostlarımdan biri ilə telefonla danışarkən, açıqlamamı oxuduğunu söylədi. Təəccübləndim. Çünki son bir həftə ərzində heç bir Azərbaycan KİV-nə açıqlama verməmişdim. Qəzetin adını öyrəndikdən sonra aldırdım və həqiqətən də mənim adımdan açıqlama verildiyini gördüm. Mən o qəzetin baş yazarına zəng edərkən, etdiyi əməli müdafiə edərək, guya məni müdafiə etdiyini iddia etdi və müsahibə verməyimi istədi. Məsələ burasındadır ki, hər hansısa bir şəxsin adından onun xəbəri olmadan açıqlama dərc etmək mətbu dəyərlərə tüpürməkdir. Bunun ərklə, qələm yoldaşlığı ilə əlaqəsi yoxdur. Bəlkə də yazıdan öncə məni arasaydılar, onların həmin yazıdakı qeyri-ciddi qüsurlara yol vermələrinin önünü alacaq açıqlama verə bilərdim. Çünki türk mətbuatı bu gün satılmış fətullahçıların kontrolundadır və çox təəssüf ki, Azərbaycanın bir çox jurnalistləri Dilmanc proqramının da yardımı ilə, yazı yazmaq yerinə türk mətbuatında dərc olunan yazıları tərcüməyə üstünlük verirlər. Gərək tərcümə edərkən də, nəyi tərcümə etdiklərinə diqqət etsinlər. Sensasiya yaratmaq istəyirlər, analiz etmək fikrindədirlərsə, Allah yollarını açıq etsin. Ancaq mənim adımdan açıqlama yazmaları neçə illik tanışlığımıza, kəsdiyimiz duz-çörəyə hörmətsizlikdir və mən düşünmürəm ki, bu məqsədli deyil. Məqsəd məni bəzi qüvvələrə hədəf göstərməkdir”.

Həmin qəzetdə təkzib yazısının dərc olub-olmayacağına gəlincə, Aqil Ələsgər “mən bir daha həmin qəzetin səhifələrində adımın çəkilməsini istəmirəm. Neçə illik tanışlıqdan sonra mənə qarşı bu hörmətsizlik edilirsə, onlardan heç nə istəmirəm. Guya məni müdafiə etdiklərini desələr də, mən belə müdafiəni onlara da arzulamıram”.

Qeyd edək ki, həmin qəzetdə açıqlaması dərc olunan başqa bir baş redaktor da açıqlama vermədiyini söyləyib. Rəsmi açıqlama vermədiyi üçün həmin şəxsin adını açıqlamırıq.

“Yeni Çağ” AİA
www.yenicag.az


 
Əlavə keçidlər

Oxşar xəbərlər:
· HYATT REGENCY Hotelində möhtəşəm mərasim keçirildi - FOTO
· “Yeni Çağ” iyulun 25-də satışda olacaq
· Hansı məmurlarımız narkotik maddələrdən istifadə edir?
· Baş yazarımız İstanbulda “18-ci ilində Xocalı Soyqırımını unutma!” kampaniyası keçirdi (FOTO)
· Aqil Ələsgər İstanbulda işgüzar səfərdədir
· Aqil Ələsgər Gürcüstandan döndü
· Baş yazarımız Gürcüstanda işgüzar səfərdədir
· Bələdiyyə seçkiləri-2009
· Rusların Türküstan soyqırımları...
· Azərbaycandakı geyim mağazasının sahibinə siyasət qadağan edildi

GÜNDƏM bölümünün son 20 xəbəri:
· HYATT REGENCY Hotelində möhtəşəm mərasim keçirildi - FOTO
· “Yeni Çağ” iyulun 25-də satışda olacaq
· "Yeni Çağ" qəzeti iyunun 18-də yenidən hər bazar köşklərdə!
· Klintondan Qarabağ xahişi...
· Bir terror dövləti: Ermənistan
· Hansı məmurlarımız narkotik maddələrdən istifadə edir?
· 28 may Azərbaycanda Respublika Günüdür
· İsmət Abbasovun erməni dili sevgisi İrəvanda tüğyan elədi
· Şuşanın işğalından 18 il ötür
· Sərdar Cəlaloğludan müxalifətin ünvanına kəskin ittihamlar
· Misirdən İran və “Hizbullah”a zərbə
· Baş prokurordan İrana qarşı şok suçlama
· ABŞ İrana qarşı dəstək naminə Rusiyanın bölgədəki “ayılığına” göz yumur
· “İslam və Media: Problemlər, Perspektivlər”
· Uydurma Erməni Soyqırımı və Gerçəklər
· Ali Məhkəmədən bayrağımıza hörmətsizlik (foto-fakt)
· Baş yazarımız İstanbulda “18-ci ilində Xocalı Soyqırımını unutma!” kampaniyası keçirdi (FOTO)
· Aqil Ələsgər İstanbulda işgüzar səfərdədir
· Aqil Ələsgər təkzib etdi
· Aqil Ələsgər Gürcüstandan döndü


Çap variantı  Dosta göndər


 


© Yeni Çağ Analitik İnformasiya Agentliyi, 2007-2009
Materiallardan istifadə zamanı yenicag.az linkinə istinad vacibdir.
Müəlliflərin mövqeyi agentliyin mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunan reklamların mətninə görə agentlik məsuliyyət daşımır.