Azəri Türk Ðóññêèé
WAPPDARSS
Axtar
ANA SƏHİFƏ
Manşet
Son xəbər
Gündəm
Rəsmi Xronika
Araşdırma
Siyasət
Müsahibə
Cəmiyyət
Sosial
Dünya
Türk Dünyası
Diaspora
İqtisadiyyat
Kriminal
Press Klub
Müxtəlif
Tarix
Mənəviyyat
Şou biznes
İdman
Yaşam
Bu bizik
Bizimlə əlaqə
Facebook'ta Paylaş
Azərbaycan xalqının ümummilli liderinin saytı

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı



Azərbaycanın birinci xanımının saytı

Hər şey Azərbaycan haqqında


Baş redaktor:
Aqil ƏLƏSGƏR
Redaksiyaya zəng:
(+99455) 211-11-82

GÜNDƏM:  «Azəri-Türk» Qadınlar Birliyi «Kərkük Gecəsi» keçirəcək
[ Sayta qoyulub: 00:48 29.10.2007 ] Oxunub: 673

Doktor Turhan Çöməz başda olmaqla tanınmış qonaqlar bu tədbirdə iştirak edəcək

Tənzilə Rüstəmxanlı «Yeni Çağ» telekanalına verdiyi açıqlamada, Şimali İraqdakı separatçı kürdlərin Azərbaycana köç etdiklərini də açıqladı


Milli məsələlərlə bağlı hər zaman başqa təşkilatlara örnək təşkil edən «Azəri-Türk» Qadınlar Birliyi son günlərdə də öz aktivliyi ilə seçilir. Tənzilə Rüstəmxanlının rəhbərlik etdiyi təşkilat son bir ayda istər erməni, istərsə də separatçı PKK-ya qarşı Türkiyəyə dəstək verən təşkilatların önündə yer almışdır.

Ötən həftənin bazar günü Türkiyənin Azərbaycandakı səfirliyi önündə keçirilən izdihamlı mitinq də Tənzilə Rüstəmxanlının bu məsələdə qətiyyətli mövqe sərgilədiyini gözlər önünə sərirdi.

«Yeni Çağ»ın əməkdaşına «Azəri-Türk» Qadınlar Birliyindən verilən məlumatda bildirilib ki, Tənzilə Rüstəmxanlı daha bir böyük tədbir planlaşdırır. Son günlər, Şimali İraq, Kərkük mövzularının aktual olduğunu nəzərə alsaq, «Azəri-Türk» Qadınlar Birliyinin noyabrın 2-də Rəşid Behbudov adına Mahnı Teatrında təşkil edəcəyi «Kərkük gecəsi» ədəbi-bədii gecə böyük maraq doğuracaq.

Kərkük və Azərbaycan sənətçilərinin iştirakı ilə keçiriləcək mərasimə Türkiyə, İraq və Kiprdən nüfuzlu şəxslər qatılacaqlar. Eyni zamanda Azərbaycanın bütün rəsmi şəxsləri bu tədbirə dəvətlidirlər.

Ankara İnstitutunun başqanı doktor Turhan Çöməzin də qatılacağı bu mərasimdə Avrasya Ekonomik İşbirliyi Dərnəyinin başqanı Hikmet Eren, Çağatay Akengin, Osman Eler, Mehmet Süha Uçar, Murat Atasoy kimi tanınmış milliyyətçilər, o cümlədən İraq Türkmən Cəbhəsinin nüfuzlu liderləri qatılacaqlar.

Kərkük musiqi heyəti isə Abdurrahman Kızılay, Mehmet Özbek, Turgay Coşkun, Ahmet Mustafa Yelden, Kamil Kaya, Hasan Tahsin Sümbüllü, Ertuğrul Coşkun, Ali Eroğlu, Veysel Ateş kimi tanınmış türkmən musiqiçilərdən ibarətdir.
Bu gecə «Türkməneli» telekanalı tərəfindən də yayımlanacaq.

Onu da qeyd edək ki, dünən gecə vəkil Kamal Kerincsizin «Yeni Çağ» telekanalında yayımlanan «Mədəniyyət dediyin» müəllif proqramına telefonla qatılan Tənzilə Rüstəmxanlı bir daha Şimali İraq və kərkük məsələsində öz mövqeyini ortaya qoydu. Tənzilə Rüstəmxanlının diqqət çəkdiyi başlıca xüsuslardan biri də Şimali İraq kürdlərinin Azərbaycanda yerləşməsi məsələsi oldu. Türk-kürd qarşıdurmasının əsla olmasını istəmədiyinə diqqət çəkən Tənzilə Rüstəmxanlı separatçı kürdlərin öncə tələbə olaraq, Azərbaycana gəldiklərini, daha sonra isə ailələrini də buraya gətirərək, vətənimizdə yerləşdiklərindən narahatlıq duyduğunu söylədi. Onların türk insanına düşmən münasibəti bəslədiyini də qeyd edən Tənzilə xanım bu məsələdə Azərbaycan dövlətinin lazım olan işləri görəcəyinə inandığını sözlərinə əlavə etdi.

Cəmil


 
Əlavə keçidlər

Oxşar xəbərlər:
· Ramiz Mehdiyev: "Bu bəyanatların elmlə heç bir əlaqəsi yoxdur"
· Şorgöz baş nazirdən ibrətəmiz kəlamlar
· Bir terror dövləti: Ermənistan
· Hansı məmurlarımız narkotik maddələrdən istifadə edir?
· Uydurma Erməni Soyqırımı və Gerçəklər
· Hansı partiya neçə bələdiyyə yeri “aldı”?
· Azərbaycan və Gürcüstanı təhdid edən “Avarıstan” siyasəti
· Rusların Türküstan soyqırımları...
· Gürcüstan Ermənistan naminə Rusiya ilə sərhədi açır
· Gənclərə iş verdilər (yenilənir)
· Öncə vətən sonra namus getdi!..

GÜNDƏM bölümünün son 20 xəbəri:
· Şəhadətin mübarək ya Hüseyn!
· ABŞ-dan Rusiyay sərt cavab
· Ramiz Mehdiyev: "Bu bəyanatların elmlə heç bir əlaqəsi yoxdur"
· Putindən maraqlı açıqlama
· Türkiyə Suriyaya qarşı sanksiyalar tətbiq edir
· Ermənistanda növbəti istefa
· Berluskoninin dövri bitdi
· “Rafiq Əliyev bir dəyərdir”
· İran yenə aləmi bir-birinə vurdu
· Ərdoğan yenə meydan oxudu
· NATO Qafqazda nə axtarır?
· Şorgöz baş nazirdən ibrətəmiz kəlamlar
· Qardaş olur Farsistanla Hayastan
· Ramiz Mehdiyev İranın “Səhər” telekanalını ittiham etdi
· Kəmaləddin Heydərov sərt danışdı
· “İsrail Qərbin korlanmış və ərköyün uşağıdır”
· Fərhad Əliyevin yaratdığı “dondurma kralı”: Adil Şərifov
· “Facebook Qurbanlarına Azadlıq” Komitəsi yaradıldı (Bəyanat)
· Atatürk 33-də yaşayanlar təxribata çəkilir
· YAP-ın Nərimanov təşkilatının sədrindən şok açıqlama


Çap variantı  Dosta göndər


 


© Yeni Çağ Analitik İnformasiya Agentliyi, 2007-2009
Materiallardan istifadə zamanı yenicag.az linkinə istinad vacibdir.
Müəlliflərin mövqeyi agentliyin mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dərc olunan reklamların mətninə görə agentlik məsuliyyət daşımır.